09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
10:47 / 27-07-2026
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
10:35 / 27-07-2026
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
10:26 / 27-07-2026
Qarabağ və Şərqi Zəngəzura 1 milyard manatdan çox pul qoyulub
10:21 / 27-07-2026
Kalininqrad uğrunda yeni savaş – Putindən qəzəbli açıqlama
10:01 / 27-07-2026
Xəzərdə müharibə böyüyür – İran Ukraynaya görə dünyaya ultimatum verdi
Tariflər və geosiyasət 2025-ci ilin qlobal iqtisadi gözləntilərini necə formalaşdırır?

ABŞ-də yaşayan soydaşımız Kənan Məmmədovun bu ölkənin CFA (Chartered Financial Analysts) İnstitutunun təsis etdiyi “Enterprising Investor” saytında məqaləsi dərc olunub. Oxucularımız üçün maraqlı olacağını nəzərə alıb, məqaləni dəyərli oxucularımızın diqqətinə çatdırırıq.
Qlobal iqtisadiyyat 2025-ci ilin ikinci rübü ərzində həm dözümlülük, həm də narahatlıq qarışığı ilə irəliləyir. İnflyasiyanın azalmasına və iqtisadi artımın ehtiyatla bərpa olunmasına baxmayaraq, 2025-ci il artan geosiyasi risklər və struktur fərqliliklər altında inkişaf edir. Buna baxmayaraq, perspektiv hələ də qeyri-müəyyəndir. Son tariflərin və ticarət gərginliklərinin təsiri özünü yeni göstərməyə başlayıb və onların qlobal bazarlara uzunmüddətli təsiri hələ aydın deyil.
İqtisadi fundamental şərtlər
Amerika Birləşmiş Ştatları gözlənilməz iqtisadi güc nümayiş etdirməyə davam etdiyi halda, Avropa iqtisadi artıma nail olmaqda çətinlik çəkir, Çin isə yeni bir iqtisadi tənəzzüllə üzləşir. Eyni zamanda, ticari gərginliklər, sanksiyalar və hərbi münaqişələr kapital, mal və təsir axınlarını yenidən formalaşdırmaq təhlükəsi yaradır.
Beynəlxalq Valyuta Fondu (BVF) 2025-ci ildə qlobal iqtisadi artımı 3.3% səviyyəsində proqnozlaşdırır - bu, ötən illə müqayisədə sabit qalsa da, pandemiya öncəsi tendensiyalardan aşağıdır (BVF). ABŞ isə 2024-cü ildəki 2.8%-lik artımdan sonra 2025-ci ildə 2.7% artım gözləntisi ilə seçilir; bu artım əsasən güclü istehlakçı xərcləri və kapital investisiyaları ilə dəstəklənir (IMF). Əksinə, Avrozonanın 2025-ci ildə yalnız 1.0% artması proqnozlaşdırılır, Almaniya iqtisadiyyatı resessiya həddindədir, Fransa və İtaliyada isə cüzi bərpa əlamətləri hiss olunmaqdadır.
Çin 2024-cü ildə 5% iqtisadi artım hədəfinə çatdıqdan sonra 2025-ci ildə yenidən zəifləyir: artım 4.5%-ə düşəcək, səbəblər arasında daşınmaz əmlak sektorunun zəifləməsi, demoqrafik yaşlanma və yeni ABŞ tarifləri özünü xüsusi olaraq göstərir (Reuters). Hindistan 6–7% arası yüksək artım tempi ilə irəliləyir, lakin Meksika və Şərqi Avropa kimi digər inkişaf etməkdə olan bazarlar qlobal ticarət tələbinin zəifləməsinin təsirini hiss edir (Reuters).
İnflyasiya sahəsində isə dönüş nöqtəsi müşahidə olunur. ABŞ-da istehlak qiymətləri 2025-ci ilin fevralında illik 2.8%-ə qədər düşüb — son iki ildə ən aşağı səviyyədir (BLS). Avrozonada da inflyasiya 2.4%-ə enib və Avropa Mərkəzi Bankının hədəfinə yaxınlaşıb (Reuters). Çində isə inflyasiya 1%-dən aşağı düşərək zəif istehlak tələbi fonunda deflyasiya risklərini artırır. BVF 2025-ci ildə qlobal inflyasiyanın 4.2%-ə enəcəyini proqnozlaşdırır (BVF).
Siyasət fərqləri və artan ticarət gərginlikləri
Pul siyasətində yanaşmalar parçalanmış vəziyyətdədir. ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini 4.25%-4.50% aralığında saxlayıb və bazar gözləntiləri və siyasi təzyiqlərə baxmayaraq, dərəcələri azaltmağa tələsmədiyini bildirib. Sədr Jerome Powell xəbərdarlıq edib ki, Vaşinqtonun yeni idxal tarifləri və sənaye siyasətləri "qeyri-adi dərəcədə yüksək" qeyrimüəyyənlik yaradır və həm inflyasiyanı artıra, həm də iqtisadi artımı zəiflədə bilər (Reuters).
Frankfurtda isə Avropa Mərkəzi Bankı (AMB) mart ayının əvvəlində depozit faiz dərəcəsini 2.5%-ə endirib və bunu iqtisadi durğunluqla əsaslandırıb. AMB-nin prezidenti Christine Lagarde vəziyyətin kövrəkliyini vurğulayıb və ABŞ ilə yaxınlaşan ticarət müharibəsi və artan müdafiə xərclərinin yaratdığı risklərə diqqət çəkib (Reuters). Əks tərəfdən, Çin Mərkəzi Bankı isə kapital axınlarının artması fonunda iqtisadi artımı dəstəkləmək üçün faizləri 10 baza bəndi azaldıb və əlavə likvidlik təmin edib (Reuters).
Aprelin əvvəlində Trump administrasiyası yeni tariflər tətbiq edib - 10%-lik qlobal tarif və 57 ölkəyə qarşı 50%-ə qədər tariflər tətbiq olunub (Holland & Knight). Çin mallarına tətbiq olunan orta tarif dərəcəsi 54%-ə yüksəlib və bu, ticarət gərginliklərini daha da alovlandırıb. AB və Çin qarşılıqlı tədbirlər hazırlayır, Kanada və Meksika isə USMCA çərçivəsində qismən istisnalar əldə edib.
İqtisadi müttəfiqlər arasında parçalanma müşahidə edilir və bazarlarda qlobal ticarət müharibəsinin uzanacağı qorxusu artır. Belə şəraitdə mərkəzi bankların siyasətləri və qlobal iqtisadi sabitlik ciddi sınaq qarşısındadır (Gibson Dunn).
Bazarlar dalğalanmalarla mübarizə aparır
ABŞ səhmlər bazarı yeni tarif açıqlamalarına cavab olaraq əhəmiyyətli dəyişkənlik yaşayıb. Aprelin 2-də yeni tariflərin elanından sonra S&P 500, Dow Jones Industrial Average və Nasdaq Composite indeksləri ciddi enişlər qeydə alıb. S&P 500 indeksi cəmi iki gün ərzində 10%-dən çox geriləyib və bu, İkinci Dünya Müharibəsindən bəri ən pis nəticə olub (Reuters).
Sonradan, Prezident Trump bəzi tariflər üçün 90 günlük təxirə salma elan edib və bu da bazarda müvəqqəti canlanmaya səbəb olub. Aprelin 9-da S&P 500 indeksi 9.5% artaraq 2008-ci ildən bəri ən böyük günlük artımı göstərib (Reuters). Lakin bu rahatlıq qısaömürlü olub. Çinlə artan
gərginliklər fonunda, S&P 500 və Nasdaq Composite aprel 10-da müvafiq olaraq 4.6% və 5.4% geriləyib (Reuters).
Dalğalanmalar yüksək olaraq qalır. Wall Street-in "qorxu göstəricisi" kimi tanınan VIX indeksi 2023-cü ildən bəri ən yüksək səviyyəyə qalxıb və siyasət səhvləri və geosiyasi gərginliklərə dair narahatlıqları əks etdirir. Bir çox şirkət kapital xərclərini təxirə salıb və tariflər və tənzimləmə perspektivləri ilə bağlı qeyri-müəyyənlikləri əsas gətirib. Avropada isə bank və enerji sektorlarının səhmləri zəif performans göstərir, bu isə həm fiskal təzyiqləri, həm də müdafiə xərcləri və enerji qiyməti dalğalanmaları ilə bağlı yeni vergilərin təhlükəsini əks etdirir.
2025-ci ilin əvvəllərində ən diqqətçəkən maliyyə hadisələrindən biri qızıl qiymətlərinin meteorit artımı olub. Geosiyasi qeyri-müəyyənlik və tariflərlə bağlı inflyasiya təzyiqləri qorxusu investorları qızıla yönəldib. Spot qızıl aprel ayının 3-də bir unsiya üçün 3,167.57 dollarla tarixi
maksimuma çatıb və ilin əvvəlindən bəri təxminən 15% bahalaşıb. Aprelin 10-da isə 3,100 dolların üzərində ticarət olunmağa davam edirdi (Mint).
Nəticə: Analitiklər və investorlar üçün təkliflər
2025-ci ildə maliyyə analitikləri və investorlar yalnız fundamental göstəricilərə fokuslanmaqla kifayətlənməməlidirlər. İnflyasiya azalsada və bəzi bölgələrdə iqtisadi artım davam etsədə, artan ticarət gərginlikləri və geosiyasi qeyri-müəyyənliklər riski real vaxtda dəyişir. Ənənəvi modellər siyasət şoklarının - xüsusilə tariflər və kapital axınları ətrafında - təsirini az göstərə bilər. Makroiqtisadi şərtlər daha kövrək hala gəldikcə, sərhədlərarası dinamikaları anlamaq və proqnozları və investisiya qərarlarını buna uyğun tənzimləmək həyati əhəmiyyət daşıyır. Bu qeyri-müəyyən və fərqli mənzərədə investorların əsas vəzifəsi yalnız reaksiya vermək deyil, həm də düzgün şərh etmək, hazırlanmaq və uyğunlaşmaq olacaq.
Dalğalanmalara baxmayaraq, kredit bazarları nisbətən sabit qalır. Korporativ istiqraz spreyləri bir qədər genişlənib, lakin investorlar dərin resessiya riskini qiymətə daxil etməyiblər. İnkişaf etməkdə olan bazarlar, xüsusilə qlobal ticarət axınlarından asılı olan və dolların güclənməsinə həssas olan ölkələr zəif performans göstərib. İstisna hallardan biri isə əmtəə ixrac edən ölkələr - xüsusilə Körfəz və Afrika regionları olub; yüksək resurs qiymətləri və "dəyər bazarlarına" investor axını bu ölkələrə üstünlük verib.
BVF qeyd edir ki, qlobal maliyyə şərtləri sərtləşsə də, hələ ki, kəskin dəyişiklik müşahidə olunmur. Bank of England da daxil olmaqla, inkişaf etmiş ölkələrin mərkəzi bankları hələlik faiz dərəcələrini sabit saxlayır və ehtiyatlı olmağa dair siqnallar verirlər. Siyasətçilər yaxşı başa düşürlər ki, ticarət, enerji və ya münaqişə sahəsində baş verə biləcək hər hansı bir kəskinləşmə makroiqtisadi trayektoriyanı sürətlə dəyişə bilər.
Kənan Məmmədov,
Corc Vaşinqton Universitetinin Maliyyə üzrə magistri
Bölməyə aid digər xəbərlər

Tarix: 2-05-2025, 11:40 Oxunub: 75
Bölməyə aid digər xəbərlər
30-04-2025, 10:34
İnkişaf etməkdə olan bazarlar “mükəmməl qasırğa” ilə üz-üzədir
28-04-2025, 09:12
Ermənistanı xəritədən siləcək dörd ssenari: Bütün variantlar onu Rusiyanın tərkibinə aparır
8-04-2025, 16:00
Trampın siyasəti ABŞ-ı, yoxsa dünya iqtisadiyyatını dağıdacaq - Azərbaycan üçün təsirlər...
4-04-2025, 11:34
Üç qurum ləğv olundu - Sərəncam
4-04-2025, 09:11
ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
3-04-2025, 09:18
Tramp dediyini etdi: Qlobal ticarət müharibəsi başladı - DÜNYA ŞOKDA
18-12-2024, 13:44
İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi - Yenilənib
19-01-2024, 13:00
Orta Güclərin Dövrü Gəlib Çatdı
3-10-2023, 11:09
Tofiq Hüseynov: Böyük liderlik missiyası
2-10-2023, 16:00
Yeni bahalaşmanın ayaq səsləri? - NƏ ETMƏLİ?
10-04-2023, 10:22
“Dövlət qulluğu haqqında” Qanunda dəyişikliklər edildi
4-05-2022, 14:11
Gömrükdə inhisarçılığı yaradan generallar - Kimlər hansı sahələrə nəzarət edir? - ARAŞDIRMA
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi