17:17 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
11:37 / 25-11-2024
Əli Əsədov qərar imzaladı
12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Nizami Əhmədov: Yeni əsrin yeni Lideri-İlham Əliyev!



Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın direktoru Nizami Əhmədov - Yeni əsrin yeni lideri olan cənab İlham Əliyev 2003-cü ilin 15 oktyabr tarixində keçirilən prezident seçkilərində seçicilərin 76,8% səsini toplayaraq birinci müddətə Prezident seçilmişdir. Həmin möhtəşəm tarixdən 19 il ötür və bu müddət ərzində Azərbaycan misilsiz inkişaf yolu keçmişdir. Müstəqil Azərbaycanın və ən güclü siyasi təşkilatın-Yeni Azərbaycan Partiyasının qurucusu Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev müdrik və düzgün siyasəti ilə Azərbaycanı dinamik inkişaf yoluna çıxarmışdır. Ötən dövr ərzində ölkəmizin beynəlxalq aləmdəki nüfuzu daha da güclənmişdir. Xüsusilə qeyd olunmalıdır ki, 1994-cü ildən etibarən ölkəmizdə gedən ən mühüm ictimai-siyasi və iqtisadi proseslərdə yaxından iştirak edən cənab İlham Əliyev neft-qaz, idman sahələrində, həmçinin parlamentdə, Avropa Şurasında və Baş nazir kimi fəaliyyəti dövrlərində də daim ümummilli liderimiz Heydər Əliyevin dahi siyasətinə sadiqlik nümayiş etdirmişdir. Həmin fəaliyətinin bariz nümunəsi  Azərbaycanın hərtərəfli çiçəklənməsi ilə nəticələnmişdir ki, nəticə etibarilə dövlətimizin başçısı xalqın etimadını və böyük sevgisini qazanmışdır. 2003-cü ildə keçirilmiş prezident seçkilərində İlham Əliyevin prezident seçilməsi xalqın liderinə olan etimadının, eləcə də dövlətimizin başçısının dahi Heydər Əliyev siyasətinə sadiq qalacağına inamının ifadəsi idi.

Nizami Əhmədov: Yeni əsrin yeni Lideri-İlham Əliyev!


Partiyamızın Sədri, Prezident İlham Əliyev 19 illik Prezidentlik fəaliyyəti dövründə Azərbaycan xalqına verdiyi vədləri ən üst səviyyədə həyata keçirdi. Bu müddət ərzində ölkəmizdə bütün sferalarda saysız-hesabsız uğurlara imza atılıb, insanların rifah halı daha da yaxşılaşıb, Azərbaycanın siyasi-iqtisadi imkanları genişləndirilib, eyni zamandan beynəlxalq arenadakı nüfuzumuz yüksəlib. Azərbaycan Prezident İlham Əliyevin fəaliyyəti dövründə əsl intibahı yaşayır. Ölkəmiz bu illər ərzində bir sıra beynəlxalq təşkilatlara- 2011-ci ildə BMT-nin Təhlükəsizlik Şurasına, 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, Qoşulmama Hərəkatına tam hüquqlu üzv qəbul olunmuşdur. Azərbaycan Respublikasının Hərəkata Sədrliyi 2019-2022-ci illəri əhatə etsə də üzv dövlətlərin müraciəti ilə sədrlik səalhiyyətləri 1 il müddətinə artırılmışıdr. Azərbaycanda cənab Prezidentin təşəbbüsü ilə bir çox böyük layihələr icra olunmuşdur. Bakı-Tibilisi-Ceyhan, Bakı-Ərzurum, Bakı-Tibilisi-Qars, TANAP, TAP layihələri ölkədə aparılan genişmiqiyaslı işlərin bariz nümunəsidir. 

Azərbaycanın 2020-ci il 27 sentyabr tarixində erməni silahlı birləşmələrinin təxribat aktına cavab olaraq, həyata keçirdiyi “Dəmir Yumruq” əməliyyatı nəticəsində 30 ilə yaxın müddətdə işğal altında olan 20% torpaqlarımız düşməndən azad olundu. Möhtəşəm Qələbəmiz cəmi 44 gün ərzində Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi, diplomatik məharəti və Azərbaycan Ordusunun rəşadəti hesabına əldə olundu. Bu gün işğaldan azad olunan doğma ərazilərimizdə bərpa-quruculuq işləri aparılır və bu da vətəndaşlarımızın öz dədə-baba yurdlarına yaxın gələcəkdə baş tutacaq Böyük Qayıdışının başlanığıcıdır. Xüsusilə qeyd etmək lazımdır ki, Böyük Zəfərin, ölkəmizdə əldə olunan nailiyyətlərin, bütün sahələrdəki inkişafın əsasında Partiyamızın Sədri, dövlətimizin güclü Lideri İlham Əliyevin yürütdüyü müdrik YAP siyasəti dayanır. Tarixə qızıl hərflərlə yazılan Vətən müharibəsi Qələbəsi bütün dünyaya sübut etdi ki, Azərbaycan qüdrətli dövlətdir və xalqımız öz Liderinin seçimində düzgün qərar vermişdir! 


Tarix: 14-10-2022, 10:53 Oxunub: 15


Bölməyə aid digər xəbərlər