13:33 / 21-11-2024
Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
13:19 / 21-11-2024
Milli Məclisdə yeni təyinatlar - Foto
13:15 / 21-11-2024
Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
12:53 / 21-11-2024
Son Dəqiqə: Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu
12:49 / 21-11-2024
Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
12:31 / 21-11-2024
Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
12:28 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
12:25 / 21-11-2024
Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
12:21 / 21-11-2024
Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
10:50 / 21-11-2024
Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
10:46 / 21-11-2024
Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
09:31 / 21-11-2024
Ruslar bu istiqamətdə İRƏLİLƏDİ
09:25 / 21-11-2024
Şotlandiya parlamentindən COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək
09:19 / 21-11-2024
Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
09:00 / 21-11-2024
Quterreş Azərbaycana səfərə gəlib
09:00 / 21-11-2024
Zelenskinin raket zərbələri NATO-nu “vurur”: ABŞ və Qərb Ukraynada “erməni taktikası”na keçdi
16:00 / 20-11-2024
Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
15:30 / 20-11-2024
İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
14:22 / 20-11-2024
Bina tikintisi sahəsində vergi ilə bağlı yeni mexanizm olacaq
13:25 / 20-11-2024
Neftin qiyməti enərsə, hansı.... - Nazirdən açıqlama
12:06 / 20-11-2024
Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
12:02 / 20-11-2024
Ronaldo "Fənərbaxça"ya gəlir? - FOTO
11:57 / 20-11-2024
Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
11:45 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
11:41 / 20-11-2024
Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
10:09 / 20-11-2024
İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
09:45 / 20-11-2024
Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir
09:38 / 20-11-2024
Aİ-92 benzini və dizellə bağlı dəyişiklik
Eltun Süleymanov: “Cəbrayıl rayonunda düşmənə vurulan sarsıdıcı zərbələr Zəngilanın azad edilməsi üçün əlverişli taktiki şəraitin yaranmasına səbəb oldu
“Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il oktyabrın 30-da işğal olunmuş Zəngilan rayonu həmin tarixə 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun əhalisi 45 mindən çox olub. İşğaldan sonra bu insanlar məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. Rayon iqtisadiyyatının əsasını təşkil edən 29 kolxoz-sovxoz, 1 arıçılıq təsərrüfatı, 4 kooperativ və 3 kəndli-fermer təsərrüfatının maddi-texniki bazası işğal dövründə tamamilə dağıdılaraq talan edilmişdir. Rayon ərazisində olan zəngin təbii resurslar – tikinti daşı, qızıl, qara mərmər, əhəng xammalı, susuzlaşdırılmış soda üçün əhəng daşı yataqları da işğal dövründə erməni qəsbkarları tərəfindən qeyri-qanuni istismar olunmuşlar.”
Bu sözləri AİA.Az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz qeyd edib ki, 44 günlük Vətən müharibəsinin gedişində Cəbrayıl rayonunda düşmənə vurulan sarsıdıcı zərbələr Zəngilanın azad edilməsi üçün əlverişli taktiki şəraitin yaranmasına səbəb olub: “2020-ci ilin 27 sentyabr tarixində Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən torpaqlarımızın işğaldan azad olunması məqsədilə Vətən müharibəsinə başlayan Azərbaycan Silahlı Qüvvələri hərbi əməliyyatların gedişində Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurmaqla əlverişli taktiki mövqelərə çıxdılar. Məhz bundan sonra 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsilə ordumuzun Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yarandı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Artıq oktyabrın 20-də Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Xüsusilə vacib məqamlardan biri də budur ki, Zəngilanın işğaldan azad olunması ilə işğal altında olmuş 132 kilometr uzunluğunda Azərbaycan-İran sərhədi tam bərpa edildi. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6972 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.”
Daha sonra E.Süleymanov “Böyük Qayıdış” layihəsinin getdikcə daha böyük vüsət aldığını vurğulayaraq bunları deyib: “Bu gün Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində yenidənqurma işləri böyük vüsətlə davam edir. Ölkə Prezidenti cənab İlham Əliyevin həmin ərazilərə etdiyi müntəzəm səfərlər isə bu işlərin daha böyük dinamikasını və effektivliyini təmin edir. Artıq “Böyük Qayıdış” layihəsinin birinci pilot layihəsi Zəngilanın Ağalı kəndində icra edilib. Ağalıda 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Cari ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Bir məqamı da qeyd edək ki, Heydər Əliyev Fondu azad edilmiş digər ərazilərdə olduğu kimi, Zəngilan rayonunda da həyata keçirilən yenidənqurma işlərinə önəmli töhfələr verməkdədir. Hazırda Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olur. Əminliklə demək olar ki, çox az müddətdən sonra işğaldan azad edilmiş bütün rayon və bölgələrimiz yeni, möhtəşəm simaları ilə bütün dünyanı heyrətə gətirəcəklər”, - deyə Eltun Süleymanov fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 16-10-2022, 14:09 Oxunub: 50
Bölməyə aid digər xəbərlər
13-10-2022, 13:40
Eltun Süleymanov: “Azərbaycan-Qırğızıstan əməkdaşlıq əlaqələrinin inkişafı bütün Türk dünyasının gücünü artırır”
6-10-2022, 16:00
Ermənistan Azərbaycan ekologiyasına 16 milyard manat ziyan vurub
5-09-2022, 09:40
Rüstəm Nağıyev: “Goranboy rayonunda indiyə qədər heç zaman sahibkarlığın inkişafı üçün bu gün olduğu qədər əlverişli şərait mövcud olmayıb”
2-09-2022, 11:20
Eltun Süleymanov: “Nəsimi RİH-nin fəaliyyətində əsas diqqət mərkəzində olan məsələ şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılmasıdır” - FOTOLAR
2-09-2022, 10:27
Eltun Süleymanov: “Ulu Öndər Heydər Əliyevin misilsiz fəaliyyətinin Naxçıvan dövrü Azərbaycan dövlətçiliyi tarixinin ən parlaq səhifələrindən biridir”
15-08-2022, 16:38
Eltun Süleymanov: “Ermənistan hökuməti öz xalqının gələcəyini hansısa bir ümidə bağlamaq üçün Azərbaycanla sülh müqaviləsini imzalamalıdır”
21-10-2021, 11:13
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda olublar - YENİLƏNİB
20-10-2021, 09:00
Zəngilanın işğaldan azad olunmasından 1 il ötür
29-09-2021, 11:17
Ermənistanın talan etdiyi sərvətlərimiz: Milyardlarla dollar dəyərində zərər necə ödəniləcək? - FOTOFAKT
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 17:56
Samir Qurbanov: “İşğal altındakı ərazilərdə qanunsuz fəaliyyətə beynəlxalq səviyyədə reaksiya verilməlidir”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
10-07-2020, 14:14
“Qaçqınkom”da qanun pozuntuları: “Azərsu”ya pul ödəməyib