16:00 / 03-12-2024
Bələdiyyə üzvlərinin sayı məlum oldu
15:30 / 03-12-2024
Tramp hədələdi: 20 yanvaradək etməsələr, dəhşət yaşadacağam
13:39 / 03-12-2024
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi istefa verib
13:02 / 03-12-2024
UEFA "Qarabağ" klubunu 26000 avro cərimələyib
12:39 / 03-12-2024
Zakir Fərəcov partlayış baş verən əraziyə getdi – FOTO
11:19 / 03-12-2024
Sumqayıtdakı partlayışda axtarış-xilasetmə əməliyyatları yekunlaşıb
11:08 / 03-12-2024
Baş nazir rezidentura təhsili ilə bağlı qərar imzaladı
11:04 / 03-12-2024
Meyxanaçı Xəyyam Əhmədlinin dəfn yeri və vaxtı açıqlandı
11:00 / 03-12-2024
Partlayışa görə zərəri kim ödəyəcək? - AÇIQLAMA
10:56 / 03-12-2024
Zelenskidən Moskvaya üçhərfli mesaj - Kremlin reaksiyası
10:41 / 03-12-2024
İlham Əliyev Yəmənin Azərbaycandakı yeni səfirini qəbul edib
10:17 / 03-12-2024
Prezident El-Salvadorun yeni təyin olunmuş səfirini qəbul edib
10:12 / 03-12-2024
İlham Əliyev Mavritaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
10:08 / 03-12-2024
Azərbaycanda təyinat gözləyən yüksək vəzifələr - SİYAHI
10:03 / 03-12-2024
Sumqayıtda baş verən partlayışla bağlı BİRGƏ MƏLUMAT
09:45 / 03-12-2024
Mərkəzi Nəbatat Bağının İdarə Heyətinin sədri təyin edildi
09:40 / 03-12-2024
Türkiyə Azərbaycana yeni səfir təyin etdi
09:03 / 03-12-2024
Axtarışlardan sonra Həbib Nurməhəmmədovun məktəbi bağlanır
08:59 / 03-12-2024
Marin Le Pen 48 saat ərzində Fransa hökumətini devirə bilər
08:45 / 03-12-2024
Novxanıda partlayış olub, yaralananlar var
08:39 / 03-12-2024
Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb
16:00 / 02-12-2024
Yağıntılı hava şəraiti nə qədər davam edəcək?
15:30 / 02-12-2024
Qarabağda işləmək istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR
12:29 / 02-12-2024
Qonşu şamına ümid olan şamlı lider - Bəşər Əsəd yaman yerdə axşamlayıb
12:23 / 02-12-2024
Manatın dövretmə sürəti azaldı - RƏSMİ
12:00 / 02-12-2024
İlon Mask: Baydenin oğlunu əfv etməsi ABŞ-ın bütövlüyünə təhdid yaradır
11:52 / 02-12-2024
Tiflisdə etirazlardan sonra 224 nəfər həbs edildi – Gürcüstan DİN
Eltun Süleymanov: Orta Dəhliz layihəsi Azərbaycanın mövqelərini möhkəmləndirdi, Fransa özünü sülh danışıqlarından kənarda qoydu
“Məlumdur ki, artıq tarixin arxivinə gömülmüş Minsk qrupunun üzvlərindən biri olan Fransa daim erməni təəssübkeşliyi mövqeyindən çıxış etmişdir. Bu sevginin qaynağı məlumdur. Hələ Osmanlı dövlətinin son dövrlərində erməni terrorizminə dəstək verən, osmanlı dövlətinə qarşı erməni kartındanm istifadə edən Fransa indi də həmin mövqeyindədir və ermənilərdən əslində bir kart kimi istifadə edir. Hətta bu yaxınlarda bir erməni politoloqu Fransa senatının son Qətnaməsinə belə ironiya ilə yanaşaraq o sənədi kağız üzərində qalacaq sənəd adlandırmışdı. Cənab Prezidentin Prezident İlham Əliyevin 25 noyabr tarixində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında qeyd etdiyi reallıqlar da bir daha göstərir ki marionet ölkə olan Ermənistan iqtisadi ayihələrdə iştirak edib öz iqtisadiyyatını dirçəltmək, dinc yanaşı yaşamaq prinsipinə əməl etmək əvəzinə, özündən güclü və qüdrətli dövlətlərə ərazi iddiaları məngənəsində boğulur. Bu məngənə daraldıqca onun-bunun ətəyindən tutmaqla təbii ki, özünə gün ağlaya da bilmir”.
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz qeyd edib ki, “Qarabağda 44 günlük müharibə başa çatsa da, Fransa qərəzli mövqeyindən əl çəkmir. Hansı ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq Fransanın ədalətli yanaşma ortaya qoyması tələb olunurdu. Biz isə bunun tam əksini görürük.
Heç kimə sirr deyil ki, Fransa hərbi əməliyyatların ilk günündən ermənilərin maraqlarından çıxış edir, dünyanın gözü qarşısında işğalçılığa və separatizmə dəstək verir. Təəssüf ki, "demokratiyanın beşiyi" sayılan ölkə mənfur əməllərindən əl çəkmək niyyətində deyil.
Beynəlxalq konfransdakı çıxışnda bu məsələrə toxunan cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Praqa görüşü oktyabrın 6-da idi, cəmi bir həftədən az müddət sonra Prezident Makron öz müsahibəsində Azərbaycana hücum edərək, etmədiyimiz işlərdə bizi günahlandırdı. Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olundu. Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul etməsi də gözlənilir. Bunun ardınca Fransanın Frankofoniya Sammitində bizə qarşı hücum cəhdi oldu. Bu, qətiyyən qəbuledilməzdir, çünki Frankofoniya humanitar təsisatdır və heç vaxt belə məsələlərlə məşğul olmayıb”.
Bu deyilənlər onu göstərir ki, Azərbaycan rəhbərliyi heç vaxt ölkəmizə qarşı qərəzli mövqedə olan bir dövlət başçısı ilə sülh prosesini müzakirə etməyəcəkdir. Məhz bu cənab Prezidentin çıxışında qəti olaraq ortaya qoyuldu: “Belə bir şəraitdə Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu. Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub”- deyə cənab Prezident vurğuladı”
Eltun Süleymanov daha sonra əlavə edib ki, “sentyabrın 27-də Ermənistanın davamlı təxribatları nəticəsində başlanmış müharibə dövründə Fransa bu günə kimi pərdələdiyi ermənipərəst siyasətini tam açıq nümayiş etdirməyə başlayıb. Fransa prezidenti Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynəlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədilə ciddi səylər göstərib. Makron başda olmaqla Fransa XİN-i ardıcıl şəkildə bəyanatlar verərək Ermənistanın işğalçılıq siyasətinə dəstək nümayiş etdirib.
Hazırda Fransanın Azərbaycana münasibətini açıq düşmənçilik kimi qiymətləndirmək olar. Bu gün erməni lobbisinin təsiri altında olan Fransa hökuməti və şəxsən prezident Makron ermənilərin dəstəyini əldə etmək üçün müharibə dövründə işğalçı ölkəyə siyasi, iqtisadi və hərbi dəstək göstərməkdən də çəkinməyib. İndiki məqamda görünən odur ki, Fransa hakimiyyəti bu addımı sanksiyalaşdırmaqla qondarma rejimin ləğv olunmuş statusu məsələsini aktuallaşdırmaq, məsələnin həllini ölü qurum kimi tanınan ATƏT-in Minsk qrupu çərçivəsində mənasız müzakirələr müstəvisinə qaytarmaq niyyəti güdür. Bu isə ondan xəbər verir ki, Fransa hakimiyyəti hələ də köhnə stereotiplərin əsiridir və yeni reallığı qəbul edə bilmir. Ermənistanın baş naziri Nikol Paşinyanın istəyinin kökündə bir şey dayanır: Fransanın sülh danışıqlarında iştirakı və Azərbaycana təsir və təzyiq edərək ermənilərə üstünlük qazandırması. Lakin həm ermənilər, həm də Fransa rəhbərliyi yanılır. İndi dünyada reallıqlar başqadır. Azərbaycan haqlı mövqeyini dünyaya sübut edib. Qalib ölkə ilə təzyiq dili ilə danışmaq dövrü bitib. Azərbaycan xalqı öz iradəsini ortaya qoyub. Onun Müzəffər Ali Baş Komandanı da bu iradəyə söykənərək mövcud reallıqlardan çıxış edərək deyir: “Minsk qrupunun dəfn mərasimindən sonra hansısa platformaya ehtiyac var. Azərbaycan Avropa İttifaqının vasitəçiliyini dəstəkləyir. Bizə və Ermənistana müəyyən razılıqlara gəlmək üçün hansısa təsisata ehtiyac var”. Bəli, hansısa təsisata. Daha yuyulmamış çömçə kimi ortaya atılan Fransaya yox.
Eltun Süleymanov son olaraq qeyd edib ki, bu mövqe əslində Fransaya da başucalığı gətirmir və təbii ki bunun bədəlini gec-tez ödəyəcək. Çünki Cənubi Qafqazda söz sahibi olan Azərbaycanla münasibətlərin bu səviyyədə korlanması Fransanın iqtisadi və geostrateji maraqlarına kifayət qədər ziyan vuracaqdır. Həm də bütün çabalara rəğmən, Fransa hər hası danışıqların iştirakçısı olmayacaqdır.
Məhz, cənab Prezidentin qeyd etdiyi kimi bu gün reallıq başqadır. Əlverişli coğrafi mövqe Orta Dəhliz üzərində yerləşən dövlətləri Avropa ilə Asiyanı birləşdirən əsas tranzit ölkələri kimi gündəmə gətirib. Orta Dəhlizin əsas üstünlüyü ondan ibarətdir ki, bütün iştirakçı dövlətlər bu marşrutun funksionallığının artırılmasına güclü siyasi iradə nümayiş etdirirlər. Dəhliz boyunca yerləşən ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq getdikcə genişlənir ki, bu da daşımalar, yüklərin cəlb edilməsi, logistika ilə bağlı məsələlərin uzlaşdırılmasına geniş imkanlar yaradır. Orta Dəhlizin funksionallığının artmasında yeni platformada birləşən Azərbaycan, Türkiyə və Qazaxıstan mühüm rol oynayırlar. Dəhlizə daha çox həcmlərdə yüklərin cəlb olunması, həmçinin aşırma infrastrukturunun genişləndirilməsi ilə bağlı Gürcüstanın, Mərkəzi Asiya dövlətlərinin hökumətləri ilə intensiv müzakirələr aparılır və koordinasiyalı fəaliyyət təmin olunur. Bu qədər maraqların təmin edildiyi bir coğrafi məkanda Fransanın Ermənista üçün dividentlər axtarması, yaxud İranın müştəbeh iradları heç nəyi dəyişməyəcəkdir. Təbiidir ki Qərbin və ABŞ-ın maraqlı olduğu prosesdə erməni maraqlarının üstünlük təşkil etməsi absurd fikirdir və Fransanın əziyyəti özünə qalacaqdır”.
Bölməyə aid digər xəbərlər

Tarix: 29-11-2022, 09:48 Oxunub: 32
Bölməyə aid digər xəbərlər
25-11-2022, 10:54
Eltun Süleymanov: Azərbaycan-Serbiya əməkdaşlığı dostluğa və sttarteji əməkdaşlığa yeni töhfədir
21-11-2022, 13:11
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
21-11-2022, 11:00
Eltun Süleymanov: ERMƏNİ SEVGİSİ FRANSANI GÜLÜNC VƏZİYYƏTƏ SALIB
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
2-09-2022, 11:20
Eltun Süleymanov: “Nəsimi RİH-nin fəaliyyətində əsas diqqət mərkəzində olan məsələ şəhid ailələri və qazilərin rifahının yaxşılaşdırılmasıdır” - FOTOLAR
15-08-2022, 16:38
Eltun Süleymanov: “Ermənistan hökuməti öz xalqının gələcəyini hansısa bir ümidə bağlamaq üçün Azərbaycanla sülh müqaviləsini imzalamalıdır”
2-05-2022, 10:00
Kamaləddin Qafarov: “Xalqımız, İlham Əliyevin liderliyi ilə öz tarixinin ən şərəfli dövrünü yaşayır”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI