Borclar niyə çox yazılır? - "Azərişıq"dan açıqlama

Borclar niyə çox yazılır? - "Azərişıq"dan açıqlama


"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri İdarəsinin rəisi Mahir Abdullayev 2023-cü ilin dekabr ayı üzrə kommunal işıq borcunun çox yazılması barədə şikayətlərə aydınlıq gətirib.

İdarə rəisi Pravda.az-ın sorğusuna cavab olaraq bildirib ki, dekabr soyuq aylardan biri hesab edilir: "Bu səbəbdən də isitmə cihazları və s. istifadə olunur, bu da enerji sərfiyyatını artırır. Enerji sərfiyyatının hesabatı elektrik sayğacları vasitəsi ilə aparılır. Vətəndaşların ödəyəcəkləri məbləğ sayğac göstəriciləri əsasında yaranır".

Tarix: 25-01-2024, 10:42 Oxunub: 23


Bölməyə aid digər xəbərlər