12:31 / 21-11-2024
Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
12:28 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
12:25 / 21-11-2024
Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
12:21 / 21-11-2024
Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
10:50 / 21-11-2024
Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
10:46 / 21-11-2024
Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
09:31 / 21-11-2024
Ruslar bu istiqamətdə İRƏLİLƏDİ
09:25 / 21-11-2024
Şotlandiya parlamentindən COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək
09:19 / 21-11-2024
Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
09:00 / 21-11-2024
Quterreş Azərbaycana səfərə gəlib
09:00 / 21-11-2024
Zelenskinin raket zərbələri NATO-nu “vurur”: ABŞ və Qərb Ukraynada “erməni taktikası”na keçdi
16:00 / 20-11-2024
Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
15:30 / 20-11-2024
İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
14:22 / 20-11-2024
Bina tikintisi sahəsində vergi ilə bağlı yeni mexanizm olacaq
13:25 / 20-11-2024
Neftin qiyməti enərsə, hansı.... - Nazirdən açıqlama
12:06 / 20-11-2024
Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
12:02 / 20-11-2024
Ronaldo "Fənərbaxça"ya gəlir? - FOTO
11:57 / 20-11-2024
Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
11:45 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
11:41 / 20-11-2024
Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
10:09 / 20-11-2024
İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
09:45 / 20-11-2024
Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir
09:38 / 20-11-2024
Aİ-92 benzini və dizellə bağlı dəyişiklik
09:32 / 20-11-2024
Qarakənd faciəsindən 33 il ötür
09:21 / 20-11-2024
"Barselona"dan Laportanın Bakı səfəri ilə bağlı paylaşım - Video
09:15 / 20-11-2024
Mahir Emreli göz yaşlarını saxlaya bilmədi - Video
09:11 / 20-11-2024
Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
09:09 / 20-11-2024
Ermənistan parlamentindən də istefalar başladı
09:00 / 20-11-2024
Tehran rejimi geri çəkilir - KİV
Yeni il bayramına yaxın ərzaq məhsullarının qiymətində ciddi artım gözlənilir - NƏ ETMƏLİ?
Ərzaq məhsullarının qiyməti artmaqda davam edir. Bu tendensiya gəlirləri durğun qalan istehlakçıları ciddi şəkildə qorxudur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin oktyabr ayında əvvəlki ayla müqayisədə ən çox bahalaşan ərzaq məhsulları qarabaşaq yarması, peçenye, makaron, un, düyü, kolbasa, toyuq, mal və quzu əti, təzə balıq, kəsmik, xama, qatılaşdırılmış süd, pendir, yumurta, yağ və günəbaxan yağı, süfrə marqarini, üzüm, banan, armud, pomidor, xiyar, badımcan, bibər, kələm, kartof, soğan, sarımsaq, mərcimək, yerkökü, şəkər və şəkər tozu, şirniyyatlar, təbii bal, çay, qəhvə və kakao tozu, spirtli və bəzi spirtsiz içkilərdir.
Milli Məclisin plenar iclasında çıxış edən Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bildirib ki, bahalaşmaya təsir edən təbii amillər var. Onun sözlərinə görə, süni qiymət artımı rəqabət rejimində problemlərlə bağlıdır və azad rəqabəti təmin etmək lazımdır.
İqtisadçı ekspert Natiq Cəfərli ərzaq məhsullarının bahalaşması məsələsini AYNA-ya şərh edərkən deyib ki, Azərbaycanda qiymətlərin formalaşmasına təsir edən amillər arasında hökumətdən asılı olanlar da var, xroniki olanlar da: “Hökumət ilin əvvəlində kommunal xidmətlər üçün dizel yanacağının qiymətini qaldıranda başa düşməli idi ki, bu qərar əksər məhsulların, o cümlədən kənd təsərrüfatı məhsullarının maya dəyərinə daha çox təsir edəcək. İstənilən kənd təsərrüfatı məhsulunun maya dəyəri 40 faiz dizel yanacağının qiymətindən asılıdır. Dizel yanacağının qiyməti 34% artdığından bu, qiymətlərin formalaşmasına mənfi təsir göstərməyə bilməzdi”.
“Xüsusilə, logistika xidmətlərinin qiyməti artır. Bütün bunlar ona gətirib çıxarıb ki, ilin əvvəlindən qiymətlərdə dalğa kimi artım başlayıb. Gömrük rüsumları və vergilərin tutulması məsələsi də hökumətdən asılıdır və kifayət qədər düzgün tənzimlənməyib. Bu, xüsusilə sosial məhsullara, Azərbaycanda istehsal olunmayan məhsullara aiddir. Böyük vergi və gömrük rüsumları məhsulların son qiymətinin formalaşmasına təsir göstərir. Həmçinin, qeyd etdiyim kimi, bir ildən artıqdır ki, davam edən və həllini tapmayan xroniki problemlər var. Söhbət rəqabət mühitinin olmamasından, bürokratik biznesdən, ölkəyə idxala qiymətləri diktə edə bilən bir neçə iri korporasiyanın nəzarətində olmasından gedir”, - deyə həmsöhbətimiz bildirib.
Onun sözlərinə görə, hökumət bu problemləri həll etməlidir, süni qiymət artımından danışmamalıdır: “Bazar iqtisadiyyatı, rəqabət mühiti olanda belə şəraitdə qiymətləri süni şəkildə qaldırmaq çox çətindir. Əgər bu amil baş verirsə, deməli, hökumət hələ də Azərbaycanda normal bazar iqtisadiyyatını formalaşdıra bilməyib. Ölkədə qiymətlərin formalaşmasına həqiqətən təsir edən yeganə obyektiv səbəb qlobal tendensiyalardır. Dünya bazarlarında ərzaq məhsullarının qiymətləri də kəskin şəkildə qalxır. Ərzaq indeksi son bir ildə 12%-dən çox artıb. Elə ərzaq məhsulları var ki, onların qiyməti 30-40% artıb. Dünyada bahalaşma davam edir və bunun Azərbaycana da öz təsiri olacaq”.
“Təbii ki, hökumət qlobal qiymətlərin formalaşmasına təsir göstərə bilməz, lakin ondan asılı olan məsələləri Azərbaycan daxilində həll etməlidir, o zaman qiymətlər sabitləşəcək. Və beləliklə, yeni ilə yaxın ərzaq məhsullarının qiymətində ciddi artımın şahidi olacağıq. Azərbaycanda ərzaq məhsulları ənənəvi olaraq Yeni il və Novruz öncəsi xeyli bahalaşır, tələb artır, təklif isə həmişə olduğu kimi eyni səviyyədə qalır. Növbəti il üçün də bu məsələ ilə bağlı proqnozlar o qədər də ürəkaçan deyil”, - deyə Cəfərli vurğulayıb.
Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov mövzu ilə bağlı AYNA-ya açıqlamasında söyləyib ki, biz daha çox idxaldan asılıyıq, ona görə də ixrac edən ölkələrdə qiymət artımı bizə də təsir edir: “Məsələn, iki ay əvvəl Rusiya bazarında bitki yağının, eləcə də şəkər tozunun qiyməti xeyli qalxdı və bu, respublikada həmin məhsulların maya dəyərinə təsir etməyə bilməz”.
Həmsöhbətimiz daha bir məqama toxunub: “Supermarketlər mallarını öz piştaxtalarında təqdim etmək üçün təchizatçılardan külli miqdarda pul tələb edirlər. Bu pul nağd şəkildə ödənilir və vergi orqanlarından keçmir. Belə ki, Xaçmaz rayonundan olan bal istehsalçılarından biri məhsulunu supermarketdə satmaq istədiyini və bunun üçün ondan 18 min manat istənildiyini və bunun hələ kiçik məbləğ hesab edildiyini bildirib. Bu, son nəticədə məhsulların maya dəyərinə təsir edir və istehlakçıları vurur”.
Bundan əlavə, Hüseynovun onun sözlərinə görə, supermarketlər öz rəflərini dolu saxlamaq üçün tədarükçüləri, məsələn, çörək tədarükçülərini daha çox mal verməyə məcbur edir: “Qalan çörəklər istehsalçıya qaytarılır və bu, onun üçün itkilərlə doludur, bu da xərcdə əks olunur. Nəticədə qiymət qalxır. Belə hallarla mübarizə aparmaq üçün istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna dəyişiklik etmək lazımdır və bu, həqiqətən də istehlakçıların maraqlarını əks etdirməlidir. AİB bu məsələdə Sahibkarlar Konfederasiyası ilə əməkdaşlıq etməyi planlaşdırır”.
Bölməyə aid digər xəbərlər

Tarix: 23-11-2021, 15:00 Oxunub: 48
Bölməyə aid digər xəbərlər
27-09-2021, 16:00
Koronavirusdan sağalanlar bunları YEMƏSİN!
23-09-2021, 11:29
"Kimsə istədiyi vaxt, heç bir əsas olmadan qiymətləri artırsın və adını “azad sahibkarlıq” qoysun, belə olmaz" - ETİRAZ
15-09-2021, 11:48
Bəzi firmalar çörəyin qiymətini artırıb - AÇIQLAMA
7-09-2021, 09:58
Gələn il üçün subsidiya əmsallarını açıqlandı - CƏDVƏL
26-08-2021, 11:19
Nazirlikdən SOS : "Balıq məhsullarının əvvəlki çeşidliliyi və bolluğu artıq olmayacaq"
19-08-2021, 10:15
Protein içən 19 yaşlı gənc iflic oldu - FOTOLAR
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
6-02-2021, 17:17
Qida məhsullarının etiketlənməsinə dair tələblər açıqlanıb
20-01-2021, 21:03
Tibb üzrə fəlsəfə doktoru, cərrah-onkoloq, mammoloq Tamara Quliyeva süd vəzi xəstəliyinin simptom və əlamətləri haqqında danışdı
9-10-2020, 08:23
Dr. Aynur Cavadova ilə müsahibə
18-09-2020, 16:08
Mərkəzi Bank faiz qərarını açıqladı
13-09-2020, 17:01
Şərablar anbarlarda qalıb - MÜƏSSİSƏLƏR ÇƏTİN VƏZİYYƏTDƏ
4-08-2020, 20:35
Büdcəyə dəyişiklik layihəsi plenar iclasa tövsiyə olundu
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 10:58
“Expressbank” 2020-ci ilin altı ayını 6,5 milyon manatdan artıq xalis mənfəətlə tamamladı
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
8-07-2020, 10:37
Yay aylarında qida zəhərlənmələrindən necə qorunaq? - TÖVSİYƏLƏR