12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Azərbaycan bir daha güclü bir dövlət kimi öz qüdrətini bütün dünyaya göstərdi



27 sentyabr Anım günündə ölkə başçısı İlham Əliyev və I Vitse-Prezident Mehriban Əliyeva şəhidlərin xatirəsini əziz tutmaq üçün Füzuli rayonuna səfər etdilər və şəhidlərin xatirəsinə ucalmış abidə önündə onların ruhlarına ehtiramlarını bildirdilər. Bu, Ali Baş Komandan tərəfindən Vətən uğrunda canından keçmiş Azərbaycan əsgərinə qarşı sərgilənən ən yüksək diqqətin nümunəsidir. Məhz şəhidlərin xatirəsinin bir vaxtlar döyüş meydanı olmuş bir ərazidə yad edilməsi olduqca vacib əhəmiyyətə malikdir.
Azərbaycana qarşı hər zaman təxribat-terror hadisələrini həyata keçirməkdən usanmayan Ermənistana xəbərdarlıq edildi ki, növbəti belə addımların da qarşısı Azərbaycan əsgəri tərəfindən rəşadətlə alınacaqdır. Bu məsələdə beynəlxalq hüquq, iqtisadi güc və siyasi iradə Azərbaycanın əlindədir. Bölgədə yaranmış sülh gündəliyinin davam etdirilməsi, qarşılıqlı inteqrasiyanın təmin edilməsi və bölgənin iqtisadi inkişafı üçün Ermənistanın bu proseslərdə, məhz konstruktiv mövqedən çıxış etməsi lazımdır. Əks halda, Azərbaycan dövləti həll olunmamış məsələləri özü təkbaşına həll etmək məcburiyyətində olacaqdır. Sərhədlərin tanınması, azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtması, sülüh sazişinin imzalanamsı və Zəngəzur dəhlinin açılması kimi strateji addımlar Azərbaycan tərəfindən icra ediləcəkdir. Ermənistanın son zamanlar yeni havadar axtarışı və bundan ruhlanaraq Azərbaycan qarşı revanşist mövqedən çıxış etməsi ümumilikdə Ermənistan üçün olduqca fəlakətli nəticələnə bilər. Ermənistan rəhbərliyi anlamalıdır ki, bu məsələdə Azərbaycan heç bir güzəştə getməyəcək, Azərbaycan qalib dövlət kimi bölgədə güc faktorundan istifadə etmək hüququnu özündə saxlayır və əgər yeni təhlükə baş verərəsə, dərhal adekvat cavab veriləcəkdir. Bu mesajlar bir daha cənab Prezident tərəfindən Ermənistan rəhbərliyinə ötürüldü. Ümid edirik ki, kömək axtarışında olan Ermənistan rəhbərlyi bu mesajların ciddiliyini nəzərə alıb adekvat addımlar atacaq. Əks təqdir də Azərbaycan bölgədə sülhün davamlılığını təmin etmək üçün nə lazımdırsa, onu da edəcək.
Şəhla Namazova, Zabrat Müalicəvi Diaqnostika Mərkəzinin baş həkimi 


Tarix: 29-09-2022, 11:10 Oxunub: 12


Bölməyə aid digər xəbərlər