12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Azərbaycan Avropa İttifaqı ilə qarşılıqlı əməkdaşlıq edir





Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər ölkəmizin əldə etdiyi müstəqillikdən sonra inkişaf etməyə başlamışdır. Bu gün tərəflər arasında bərabərhüquqlu tərəfdaşlıq əsasında qurulmuş münasibətlər xarici siyasətimizin prioritet istiqamətlərindəndir. Əlaqələrimizin inkişafını, davamlılığını təmin edən isə 2018-ci ildə paraflanmış “Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri” adlı sənəddir. Azərbaycanla Avropa İttifaqı arasında enerji sektorunda da əməkdaşlıq yüksək səviyyədədir. Daim çıxışlarında “Biz nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik” söyləyən dövlət başçısı İlham Əliyev Azərbaycanın enerji sektorunda qazandığı uğurları xüsusi olaraq diqqətə çatdırır. Əgər yaxın tarixə nəzər salsaq görərik ki, 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Cənub Qaz Dəhlizi haqqında” Birgə Bəyannamə gələcək əlaqələrin inkişafında başlanğıc kimi dəyərləndirildi. Birgə Bəyannamədə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu yüksək qiymətləndirilərək əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın mövcudluğu bildirilmişdir.
Azərbaycanın ən böyük ticarət tərəfdaşları arasında Avropa İttifaqının xüsusi yeri var. Avropa ölkələri ilə aparılan iqtisadi əlaqələrin həcmi Azərbaycanın ümumi ixracının 40 faizini təşkil edir. Siyasi məsələlərə gəlincə Avropa İttifaqının Ermənistan-Azərbaycan danışıqlarında yeni format olaraq ortaya qoyduğu işlər təqdirəlayiqdir. Bu gün Avropa ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq əhəmiyyətli rol oynayır. Azərbaycanın ən böyük ticarət tərəfdaşı olan Avropa İttifaqı ölkəmizə ən çox investisiya qoyan aktor kimi əlaqələri genişləndirsin. İqtisadiyyat və İnvestisiya Planı çərçivəsində 2 milyard avro Azərbaycana cəlb olunur. 25 min azərbaycanlı kiçik və orta sahibkara dəstək, Bakı Limanının dayanıqlı haba çevrilməsi istiqamətində işlər görülür ki, bu Avropa üçün vacibdir.
Cənab Prezidentin son illər ərzində irəli sürdüyü təşəbbüslər birmənalı olaraq yüksək qiymətləndirilir və dəstəklənir. Cənab İlham Əliyevlə dünyanı narahat edən bir sıra vacib məsələlər haqqında müzakirələr aparılır, onun fikrinə böyük önəm verilir və diqqətə alınır.
Məmmədov Mikayıl-Maştağa bələdiyyəsinin sədri 


Tarix: 10-10-2022, 14:52 Oxunub: 51


Bölməyə aid digər xəbərlər