Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən, dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, humanitar böhran vəziyyəti daha da kəskinləşdirir. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hər tərəfli və dinamik şəkildə inkişafı, müstəqil , çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edir.
Azərbaycan Prezidenti İlham Əliyev mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan etmişdir. Beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmişdir. Azərbaycanın diplomatik səyləri ilə keçən dövr ərzində BMT, ATƏT, AŞ, NATO, İƏT və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü təmin edilməsi ilə bağlı qərar və qətnamələr qəbul etmişlər.
Son illər ərzində beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın haqlı mövqeyini dəstəkləyən sənədlərin qəbul edilməsi dövlət başçısı İlham Əliyevin yürütdüyü ölkəmizin milli maraqlarına söykənən xarici siyasətinin nəticəsi idi. Ümumiyyətlə prezident İlham Əliyevin prinsipial mövqeyi və diplomatik fəaliyyəti sayəsində Azərbaycanın İkinci Qarabağ Müharibəsində beynəlxalq təşkilatların sənədləri əsas hüquqi baza kimi tarixi qələbəni şərtləndirən amillərdən biri oldu.
Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş Naziri Nikol Paşinyanla dördtərəfli danışıqların yekununda qəbul olunan bəyanat mühüm əhəmiyyət kəsb edir. Sözsüzki bu, Azərbaycanın növbəti siyası ,diplomatik qələbəsi hesab edilir. Çünki , əldə edilən sənədin müddəaları və burada yer alan vacib məsələlər ölkəmizin maraqlarına uyğundur. Burada başlıca prinsip Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb qəbul etməsi və beynəlxalq birlik qarşısında bunu bəyan etməsidir. Ərazı bütövlüyü və suverenliyin tanınması zamanı BMT nizamnaməsi əsas sənəd kimi götürülür. Bu isə o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiqlənir. Ölkəmizin suverenliyi tanınmaqla Ermənistan faktiki olaraq Qarabağ üzərində Azərbaycanın hakimiyyətini qəbul edir. İkinci Qarabağ Müharibəsində sonra Azərbaycan tərəfi delimitasiyası və demarkasiya məsələsini daim olaraq gündəmdə saxlayır. Azərbaycan Ermənistana təklif etdiyi 5 maddəlik prinsip arasında dövlət sərhəddinin delimitasiyası və demarkasiyası məsələsi də xüsusi yer alır. Məhz indiki şəraitdə Ermənistanın Avropa İttifaqının himayəsi altında bu məsələ ilə bağlı razılaşması , yaxın zamanlarda əldə olunacaq irəliləyişə böyük ümidlər yaradır. Aİ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdi. Amma öz suverenliyinə dəyər verən Azərbaycan buna etiraz edib. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırılıb ki, missiyası yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək.
Azərbaycan bütün imkanlarından istifadə etməklə Ermənistanı öz öhdəliklərinin icrasına məcbur edir və bu proses məntiqi sonluğa kimi davam etdiriləcək. Praqa görüşündə Prezident İlham Əliyev bir daha mahir diplomat kimi Azərbaycanın maraqlarını layiqincə təmin etdi.
Sabunçu qəsəbəsi, 311 saylı məktəbin
tarix müəllimi Sevinc Qəhrəmanova
Bölməyə aid digər xəbərlər