Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz ,məscidlərimiz məqsədli şəkildə dağıdılıb,təhqir və talan edilib. Təəssüf ki, 30 il ərzində biz erməni cəmiyyətinin bu vandalizminə qarşı heç bir etiraz səsimizə ədalətli cavab ala bilmədik.
Hətta bəzən bəzi cəmiyyətlər tərəfindən erməni vandalları və hərbi cinayətkarları təqdir edilir,qəhrəmanlaşdırılırdı.
Prezident İlham Əliyev 14 Oktyabr tarixli Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçılarının Astana görüşündə bəzi qurumların bu məsələyə laqeyd yanaşması mövzusuna toxunub. Minsk qurumunun bu yolda problemin həllinə deyil,problemin dondurulmasına çalışmasına münasibət bildirib. Minsk qurumu ilə danışıqların aparılması münaqişənin həllinin hələ uzun illər həll olunmaması idi.
Mövcud vəziyyətdə Azərbaycan münaqişəni özü həll etdi. BMT-nin Nizamnaməsinə əsasən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasından istifadə edərək Nizamnamənin 51-ci maddəsinə əsasən münaqişəni özü həll etdi.
Münaqişədən sonra Ermənistan yenə də silahlı toqquşmalara əl atır. Bu silahlı toqquşmaların səbəbi Azərbaycana qarşı aparılan terrordur.
Rusiya tərəfinin atəşkəs təklifi ilə, vasitəçilik fəaliyyəti nəticəsində silahlı toqquşmalar dayandırıldı. 6 oktyabr tarixli Avropa Siyasi Birliyinin yeni platforması çərçivəsində dördtərəfli görüş təşkil olundu. Görüşün nəticəsində Ermənistan – Azərbaycan sərhəddində 50 nəfərdən ibarət mülki missiya yerləşdirildi.
Baxmayaraq ki, dördtərəfli görüş Fransa Prezidentinin iştirakı ilə keçirilmişdi,lakin Praqa görüşündən sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, təxribat xarakterli bəyənatlarla çıxış etdi. Bu bəyanatlarla Azərbaycan haqqında faktları manipulyasiya edərək dünya ictimaiyyətinə çatdırmağa səy göstərib.
Sabunçu qəsəbəsi,155 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Günay Əhmədova
Bölməyə aid digər xəbərlər