20:18 / 05-06-2026
AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
16:00 / 05-06-2026
Dünyanı lərzəyə gətirən terror zərbəsi: Omanın nəhəng neft terminalında dəhşətli partlayış
15:30 / 05-06-2026
Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
15:28 / 05-06-2026
Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
14:29 / 05-06-2026
Prezidentdən Azərbaycan Minifutbol Federasiyası ilə bağlı Sərəncam
14:22 / 05-06-2026
İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
12:48 / 05-06-2026
Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
11:41 / 05-06-2026
Onlar belə maaş alacaqlar
11:37 / 05-06-2026
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
11:21 / 05-06-2026
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
11:13 / 05-06-2026
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
10:39 / 05-06-2026
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
10:29 / 05-06-2026
Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
10:13 / 05-06-2026
Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
10:08 / 05-06-2026
Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
09:52 / 05-06-2026
Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
09:24 / 05-06-2026
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
09:00 / 05-06-2026
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
08:53 / 05-06-2026
Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
08:49 / 05-06-2026
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
08:41 / 05-06-2026
"Bitcoin" kəskin ucuzlaşdı
08:36 / 05-06-2026
Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
08:29 / 05-06-2026
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
Azərbaycanın şanlı Ordusu cəmi 44 gün içində düşmən ordusunun belini qırdı, 30 ilə yaxın davam edən işğala son qoydu, xalqın ruhunu dirçəltdi
27 sentyabr tarixi bir dönəmin başlanğıc günüdür. Bir başlanğıc günü, eyni zamanda, bir dönəmin də qapandığı günü ifadə etməkdədir. Qırx dörd günlük müharibədə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədilə sentyabrın 27-də bütün cəbhəboyu əks-hücuma keçən şanlı Ordumuz I Qarabağ müharibəsi zamanı Ermənistanın işğal etdiyi əraziləri geri qaytardı. İkinci Qarabağ müharibəsi şanlı Ordumuzun gücünü, dövlət-xalq birliyinin təntənəsini göstərdi. Tarixi Zəfərimiz tarixdən silinməyəcək böyük hadisədir. Azərbaycanın şanlı Ordusu cəmi 44 gün içində düşmən ordusunun belini qırdı, 30 ilə yaxın davam edən işğala son qoydu, xalqın ruhunu dirçəltdi. Düşməndən ağır intiqam alındı, işğalçı ordu torpaqlarımızdan qovuldu, ədalət bərpa olundu. Ləyaqətli Zəfər qazanmış Azərbaycan dövləti qürurludur, alnıaçıq, üzü ağdır.
Sübut olundu ki, Azərbaycanın Zəfəri heç bir xarici qüvvəyə, dəstəyə əsaslanmır və xalq ruhunun yenilməzliyini, Ordumuzun gücünü, Müzəffər Ali Baş Komandanın siyasi iradəsini təcəssüm etdirir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin azad edilməsi isə xüsusi unikal hadisə kimi dünya hərb elminin qızıl səhifəsinə düşdü. Peşəkarlıq və döyüş hazırlığını artıran birgə hərbi təlimləri xüsusilə vurğulamalıyıq. Müxtəlif dövrlərdə, qardaş Türkiyə ilə birgə keçirilmiş hərbi təlimlər sayəsində Azərbaycan Ordusunun təcrübəsi və taktik manevretmə səriştəsi əsaslı şəkildə artıb. Ümumilikdə Vətən müharibəsi Azərbaycanla Türkiyənin sarsılmaz dostluq-qardaşlığının bir daha təsdiqi oldu. Qardaş ölkənin mənəvi, siyasi-diplomatik dəstəyi Zəfərin qazanılmasında əvəzsiz rol oynadı.
İki ölkə arasında hərbi əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub. Bu əlaqələr getdikcə möhkəmlənir. Dövlətlərimiz arasında münasibətlərin inkişafında təbii ki, ölkə rəhbərlərinin dostluq münasibətləri mühüm rol oynayır. Qardaş Türkiyə Vətən müharibəsində Azərbaycana ciddi mənəvi və siyasi dəstək göstərdiyi kimi, savaşdan sonrakı dönəmdə, Qarabağın bərpası mərhələsində də öz köməyini əsirgəmir. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, o cümlədən bölgənin birinci özəl sərmayəsi olan “Dost Aqropark” da qeyd olunmalıdır. Tarixə söykənən səmimi münasibətlər illər keçdikcə daha da dərinləşir, iki dövlət arasında ayrılmaz bağlar yaranır. Bu müttəfiqlik digər ölkələrə nümunə olmaqla yanaşı, gələcək nəsillər üçün qardaşlıq və dostluğun simvoludur. Prezident İlham Əliyevin də dediyi kimi, bu günün reallığı və xalqlarımızın qürur mənbəyi olan nümunəvi Azərbaycan-Türkiyə birliyi və qardaşlığı gələcək nəsillərə strateji yol xəritəsi, əbədi və sarsılmaz miras olaraq qalacaq.
Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin
təsərrüfat işləri üzrə direktor müavini Vahidə Sultanova
Bölməyə aid digər xəbərlər

Tarix: 25-10-2022, 09:48 Oxunub: 98
Bölməyə aid digər xəbərlər
27-09-2022, 11:35
Mehman Mehdiyev: 27 sentyabr-tarixi zəfərin başlanğic günü
21-09-2022, 18:45
İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı - Fotolar
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
20-10-2020, 16:36
Prezident İlham Əliyevin xalqa müraciətinin TAM MƏTNİ
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 17:55
Tovuz döyüşlərinin dərsləri - TƏHLİL
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI