12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Ölkələrimiz arasındakı dostluq həm tarixi əlaqələrin, həm səmimi münasibətlərin, həm də dövlət başçısının uzaqgörən, sülhsevər siyasətinin bəhrəsidir





 Əsrlər boyu Azərbaycan və Gürcüstan dostluq, mehribanlıq, şəritində yaşamışlar və möhkəm təməl üzərində qurulan tarixi ənənələrə söykənən dostluq mehriban qonşuluq illər keçdikcə daha da möhkəmlənir. Ölkələrimiz arasındakı bu böyük dostluq həm tarixi əlaqələrin, həm səmimi münasibətlərin, həm də dövlət başçısının uzaqgörən, sülhsevər siyasətinin bəhrəsidir. 
Azərbaycanla Gürcüstanın mövcud münasibətləri və əməkdaşlığın xarakteri Avropa və dünya üçün əhəmiyyətli bir şəkil alıb. Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq, öz milli maraqlarını təmin edəcəklər. 
Gürcüstan səfərində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Gürcüstanla iqtisadi əlaqələrin dövriyyəsinin genişləndirilməsini xüsusi qeyd edib. Bakı Tiblisi –Ceyhan neft kəmərində nəqlin artırılması, Bakı Tiblisi Supsa neft kəmərinin yenidən qurulub işə salınması, əsaslı təmir olunması və eləcədə Bakı Tbilisi Kars dəmir yolunda yüklərin həcminin artırılması kimi danışıqların aparılması hər iki dövlətin illərlə qurduğu  sıx əməkdaşlıq, birgə iş görmək münasibətlərinin nə qədər möhkəm olduğunu göstərir. Möhtəşəm prezidentimizin sıx əməkdaşlıq və sülhsevər siyasəti nəticəsində Cənubi Qafqazda yaşayan bütün xalqlar sülh, dinc, əminamanlıq, təhlükəsizlik şəraitində yaşayacaqlar həmdə eyni zamanda əməkdaşlıq, fəal işgüzar əlaqələr quracaqlar.
Maştağa qəsəbəsi, 209 saylı orta məktəbin 
Tədris işləri üzrə müavini Xatirə Cabbarova


Tarix: 27-10-2022, 09:49 Oxunub: 22


Bölməyə aid digər xəbərlər