12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
TBİLİSİDƏ BAKI HAVASI ƏSDİ





          Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri bir sıra  vacib məqamlarla yadda qaldı. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Azərbaycan və Gürcüstan regional layihələri reallaşdıran əsas ölkələrdən biridir. Tarixən davam edən mehriban qonşuluq münasibətləri bu gündə uğurla davam edir. Rəsmi Bakı mövcud siyasi-iqtisadi vəziyyəti, əlaqələri daha da inkişaf etdirmək istəyir. Çünki dünyada yaranmış yeni reallıqlar yeni əməkdaşlığı tələb edir. Buna da hazır olmaq lazımdır. Prezidentin Gürcüstana səfəri zamanı da bu məsələlərə xüsusi diqqət yetirildi. Qeyd eləmək lazımdır ki,Gürcüstan Azərbaycanın xarici ticari tərəfdaşı olaraq 8-ci yerdədir. Azərbaycanın Gürcüstandakı sərmayəsi 3 milyard dollardan çoxdur. Azərbaycanda isə təxminən Gürcüstan sərmayəli 700 şirkət fəaliyyət  göstərir.2 ölkə arasında indiyə kimi 120-ə yaxın sənəd imzalanıb.
      Təkbətək görüşdən sonra liderlər birgə bəyanatla çıxış ediblər. Dövlət başçısı bildirdi ki, Azərbaycan dünya bazarlarına qaz ixracatını artırmaq fikrindədir. Bu il 22 milyard kubmetr ixrac olacaq. Növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. Eyni zamanda, gələn il Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixrac artırılacaq. Bununla bərabər hazırda istismarda olmayan Bakı-Supsa neft kəmərindən də istifadə edilməsi gündəlikdədir. Buna da böyük ehtiyac və böyük potensial var. Neft-qazla yanaşı Azərbaycan elektrik enerjisinin ixracını da artırmağı planlaşdırır. Təkcə azad edilmiş torpaqlarda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır.
         Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi isə bu il 75 faiz artıb. Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini 5 milyon tona çatdırmaq fikrindədir. Bu məqsədlə bu il və gələn il bu layihəyə əlavə sərmayələr qoyulacaq. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatdırılacaq."Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır. Çünki qonşularla bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz" deyən dövlət başçısı bildirib ki, 2 ölkə arasındakı starateji tərəfdaşlıq, müttəfiqlik səviyyəsinə çatıb. Paytaxt Tbilisidən Ermənistana da mesaj ünvanlanıb. Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrə başlaya bilər. Əgər Ermənistan tərəfi buna hazırdırsa, Rəsmi Bakı da buna hazırdır. Əslində Gürcüstan tərəfi də Azərbaycan kimi Cənubi Qafqazda sülhün bərqərar olmasını arzulayır. Çünki sülh olarsa bütün ölkələr, region bundan faydalana bilər. Təəssüf ki, Ermənsitan hələ də ona təklif edilən şərtləri qəbul etmək istəmir. Əvvəlki dövlərdə olduğu kimi vaxtı uzatmağa çalışır. Zaman isə gözləmir. Sabahın qalibləri bu gün qərar verib bir yerdə işləyənlərdir.
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta  
           məktəbin direktoru Ruhiyyə İbrahimova


Tarix: 27-10-2022, 09:49 Oxunub: 143


Bölməyə aid digər xəbərlər