Prezident İlham Əliyevin 1 noyabr 2022-ci il tarixində Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı etmişdir. Prezident İlham Əliyev Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə fəxri qonaq statusunda iştirak edib. Belə bir nüfuzlu toplantıda təmsil olunmaq ölkəmiz üçün əlamətdar hadisədir. Sözügedən fakt dostluq və qardaşlıq əlamətidir.Ümumiyyətlə, Azərbaycan 2006-cı ildən təşkilatın müşahidəçi statusuna üzvdür. Sammitdə Azərbaycanın iştirakı İslam ölkələri arasında birliyin göstəricisidir. Ərəb Dövlətləri Liqası 1945-ci il martın 22-də Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən yaradılıb. Hazırda təşkilata 22 dövlət daxildir. Təşkilatın mərkəz-qərargahı Misirin paytaxtı Qahirə şəhərində yerləşir.
Prezident İlham Əliyev Sammitdəki çıxışı zaman söylədiyi “Azərbaycan da Əlcəzair kimi zamanla işğala məruz qalıb. Ermənistan torpaqlarımızı 30 il işğal altında saxlayıb. Biz bu illər ərzində ərəb qardaşlarımızın dəstəyini hiss etmişik” fikri böyük maraqla qarşılandı.
Prezidentimizin çıxışında vurğuladığı tarixi faktların fonunda Fransa və Ermənistan arasındakı həmrəyliyin və doğmalığın eyni qəddarlıq və zorakılıqdan qaynaqlandığını gördü. "Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik".
Azərbaycan bütün beynəlxalq forumlarda müsəlman qardaşlarına öz dəstəyini əsirgəməyib. Ölkəmiz İslam həmrəyliyinə kifayət qədər töhfə verib. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir.
2009-cu ildə ölkəmizin paytaxtı Bakı şəhəri, 2018-ci ildə isə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan İslam mədəniyyətinin paytaxtı kimi öz missiyasını uğurla həyata keçirib.
Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının, “Avropa siyasi birliyi”nin, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin, indi isə Ərəb Dövlətləri Liqasının sammitlərində iştirakı ölkəmizin həm fəal, təşəbbüskar xarici siyasət aparmasının, həm də multilateralizmə, beynəlxalq əməkdaşlığa verdiyi önəmin bariz nümunəsidir.
Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
kitabxana müdiri Nübar Əliyeva
Bölməyə aid digər xəbərlər