12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Şuşadan verilən mesajlar





Noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizə gedən yoldan bəhs edərək bildirdi ki, 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilib. Vətən müharibəsinə qədər atılan hər bir addım bir amala xidmət edirdi ki, torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq. Azərbaycan Ordusunun gücündən, qüdrətindən, döyüş ruhundan bəhs edən Müzəffər Ali Baş Komandan iki ilə yaxın müddətdə tikilib istifadəyə verilən Zəfər yolu ilə Şuşaya yaxınlaşanda hərbçilərimizin qəhərəmanlığının, şücaətinin şahidi olduğumuzu bildirdi. Çünki bu yol Azərbaycan əsgərini Qarabağın tacı Şuşaya aparırdı. O zaman hərbçilərimiz dağlardan, cığırlardan bu məsafəni qət edərək Şuşaya yaxınlaşmışdılar. Dastana çevrilən Şuşa əməliyyatı bu gün dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində müzakirə edilir, təhlillər aparılır. Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq mədəniyyət paytaxtımız olan Şuşanı işğalçılardan azad etdilər. Artıq bu gün Zəfər yolu hər kəsi Şuşaya qovuşduraraq daim Vətən oğullarının qəhrəmanlığını xatırlamağa çağırışlar edir. Füzuli-Şuşa yolunun Zəfər yolu kimi dəyərləndirilməsinin rəmzi mənası vardır. Qələbəmizin carçısı olan bu yolun təməli dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tarixi Zəfərimizdən 6 gün sonra, 16 noyabr 2020-ci ildə Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı qoyulmuşdur. Ötən ilin noyabrında isə Zəfər yolu istifadəyə verildi.
Artıq iki ildir Böyük Qayıdış strategiyası icra edilir. Mənfur düşmənin dağıtdığı şəhər və kəndlərimiz yenidən qurulur. Öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın evlərinə qayıtması mərhələsi artıq başlayıb. Böyük Qayıdış strategiyası yeni ihfrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunan əraziləri, ümumiyyətlə, regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtmaları üçün bütün imkanlar səfərbər olunub. Dövlət başçısı Şuşada hərbçilər qarşısındakı çıxışında da bu məqama diqqəti yönəldərək bildirdi ki, müharibədən keçən iki ildə öz siyasətimizi davam etdirmişik. İki il ərzində böyük quruculuq işləri görmüşük, Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq və quracağıq.
Çingiz Tağıyev - Qarabağ qazisi, YAP Sabunçu rayon təşkilatının fəal üzvü 


Tarix: 15-11-2022, 15:22 Oxunub: 25


Bölməyə aid digər xəbərlər