08:28 / 04-03-2025
Bu gün Od çərşənbəsidir
11:41 / 03-03-2025
Bu məmurlar cərimələnəcək
Ağ Ev Ukraynaya hərbi yardımın dayandırıldığını təsdiqləyib

Ağ Ev Ukraynaya hərbi yardımın dayandırıldığını təsdiqləyib


"Amerika Birləşmiş Ştatları Ukrayna tərəfinin sülh razılaşmasını asanlaşdırmaq istəyinə əmin olana qədər Ukraynaya hərbi yardımı dayandırıb".

Bu barədə adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi "Reuters" agentliyinə deyib.

“Prezident diqqətini sülhə yönəltdiyini açıq şəkildə bildirdi. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasına ehtiyac duyuruq. Biz yardımımızı dayandırırıq". 

Məlumata görə, təkcə gələcək tədarüklər deyil, həm də artıq tranzitdə olanlar da dayandırılıb.

Agentlik qeyd edib ki, söhbət kritik əhəmiyyətli döyüş sursatları, idarə olunan çoxsaylı buraxılış raket sistemləri və tank əleyhinə silahlardan gedir.

Tarix: Bu gün, 09:59 Oxunub: 1


Bölməyə aid digər xəbərlər