10:20 / 23-11-2024
COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
10:14 / 23-11-2024
Paşinyan saqqalını qırxmasının səbəbini açıqladı: Qızımın istəyidir
09:46 / 23-11-2024
"Bizi ot kimi biçirlər"- Rusiya əsgərləri döyüşdəki vəziyyətlərindən şikayətləndi
09:18 / 23-11-2024
Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
09:04 / 23-11-2024
Paşinyan Poqosyana yüksək vəzifə verdi
09:00 / 23-11-2024
Bayden Üçüncü Dünya Müharibəsini başlatdı: Nüvə savaşı isə tezliklə planeti “alov topu”na çevirəcək
08:57 / 23-11-2024
Bakıda COP zolaqları ləğv olunur
08:52 / 23-11-2024
Almaniyada gizli MÜHARİBƏ PLANI - Rusiyaya qarşı ŞOK TƏHDİD
08:39 / 23-11-2024
Qorxunc ZƏLZƏLƏ ilə bağlı XƏBƏRDARLIQ! - "7-7.5 bal arası..."
08:21 / 23-11-2024
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür
16:00 / 22-11-2024
Evdə dərman saxlayarkən bunlara DİQQƏT edin, yoxsa zəhər olar…
15:30 / 22-11-2024
Azərbaycanda “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası” dəyişib
14:22 / 22-11-2024
Hülusi Akardan dünya müharibəsi xəbərdarlığı: "Bu, zarafat deyil"
14:00 / 22-11-2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır - Bundesverin gizli planı
11:28 / 22-11-2024
İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
11:23 / 22-11-2024
Damla polisə çağırılıb - Köməkçisi AÇIQLADI
11:09 / 22-11-2024
Tikinti işləri aparanların NƏZƏRİNƏ - 5 min manat CƏRİMƏLƏNƏCƏKLƏR
11:03 / 22-11-2024
"Azərpoçt" investisiya fəaliyyəti ilə məşğul olacaq
10:58 / 22-11-2024
III dünya müharibəsi başlasa Rusiya ilk bu ölkəni vuracaq - Zaxarova
10:53 / 22-11-2024
Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyüldü - Video
10:43 / 22-11-2024
Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər
10:14 / 22-11-2024
DYP-dən küləkli hava ilə bağlı sürücülərə müraciət
10:07 / 22-11-2024
Zalujnı: Üçüncü Dünya müharibəsi başladı
09:05 / 22-11-2024
Elmi adlar ləğv edilə bilər - Nazirdən ŞOK SÖZLƏR!
Xunta buraxılır, separatçılar həbs edilir: Bəs Qarabağı kim və necə idarə edəcək? - AKTUAL
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana səfərdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan Zəngəzur yolunun açılmasına razılıq verməsə, yol İran üzərindən keçəcək və Tehran bu məsələdə maraqlıdır. Ərdoğan daha əvvəl verdiyi açıqlamalarda Ermənistanı Zəngəzur dəhlizini açmağa səsləmişdi. Ərdoğanın təklif etdiyi bu təklifin reallıq dərəcəsindən asılı olmayaraq, yeni bir formatı ortaya qoyur, suallar yaradır.
Qaynarinfo bu bu sualları, təkliflə bağlı açıq qalan məqam və qaranlıqları politoloq Rauf Mirqədirovla müzakirə edib.
"Ərdoğan Paşinyanı tələsdirir, çünki...”
- Rəcəb Tayyib Ərdoğanın Ermənistan Zəngəzur yolunun açılmasına razılıq verməzsə, bu yolun İran üzərindən keçməsi ilə bağlı səsləndirdiyi fikirlər reallaşa bilərmi? Bu təklifə regionda maraqlı olan güclər necə reaksiya verəcək?
- Bu bəyanat siyasi çalarlıdır. Söhbət hansı dəhlizdən və yaxud yoldan gedir? Əgər söhbət Naxçıvana gedən, Azərbaycanın əsas ərazisi ilə anklavı birləşdirən yoldan gedirsə, bu yol məhz Ermənistan ərazisindən keçə bilər. Burada başqa səbəblər var. Əsas səbəblərindən biri isə məhz Azərbaycan-İran arasındakı münasibətlərdə vaxtaşırı gərginliyin olmasıdır. İran regionda geosiyası maraqları olan dövlətdir. Azərbaycanı bu və ya digər formada nəzarət altında saxlamağa çalışan, Bakının xarici siyasətinə təsir göstərmək istəyən əsas oyunçulardan biridir. Burada İranın Azərbaycana qarşı formalaşan tarixi münasibətini də nəzərə almalıyıq. Bütün bu faktorlar Zəngəzur dəhlizinin - yəni, Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirən komunukasiyanın, nəqliyyat dəhlizinin açılmasından gedir. Azərbaycana dəhlizin açılması lazımdır. Bu xəttin İran ərazisindən keçməsi Azərbaycanı maraqlandırmır. Nəzərə alaq ki, İran üzərindən Azərbaycanı Naxçıvanla birləşdirən yol zatən mövcuddur. İşğal dövründə o yoldan istifadə olunub. Həmin yolun hazırkı konfiqurasiyaya nə dərəcədə sərfəli olub-olmamasını bir kənara qoysaq, burada bəzi hadisələri yada sala bilərik. Unutmayaq ki, həmin yol vaxtaşırı bağlanır, həmin yoldan Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməyə çalışıblar. Məsələ ondadır ki, həmin yoldan istifadə etməklə yükləri Naxçıvana daşıya bilmirdik. Belə problemlər mövcud idi. Düşünmürəm ki, bu yolun İran üzərindən keçməsi Türkiyənin geosiyası maraqlarına cavab verir. Bu dəhlizlə bağlı Türkiyənin öz maraqları var. Müxtəlif dövrlərdə etdikləri əməkdaşlıqlara baxmayayaraq, İranla Türkiyə regionda rəqabət aparan dövlətlərdir. Nəzərə almaq lazımdır ki, hər iki dövlət qonşudur və imperiya olublar. Hər ikisinin böyük imperiya tarixi var. Bunların hər ikisi də kontinental, materik imperiyalardır. Hər ikisinin təsiri və maraq dairəsi eyni coğrafiya ilə bağlıdır. Bura Yaxın Şərq, Asiya və s. daxildir. Məsələn, onların Yaxın Şərqdəki qarşıdurması indi də davam edir. Biz Suriyadakı qarşıdurmanın əslində hərbi qarşıdurma səviyyəsində olduğunu görə bilərik. Yəni bu dəhlizin İran ərazisindən keçməsi Türkiyənin də maraqlarına cavab vermir. Çünki bu dəhliz yalnız Azərbaycanın əsas ərazisini Naxçıvan və Türkiyə ilə birləşdirən dəhliz deyil, həm də Xəzər dənizi vasitəsiylə Türkiyəni Orta Asiyadakı türk dövlətləri ilə birləşdirən dəhliz olacaq. Biz burada iki faktoru nəzərə almalıyıq. Bu vacib faktorlardan biri İranın sanksiyalar altında olmasıdır. Bu sanksiyaları daha çox Qərb dövlətləri tətbiq edir. Dəhlizin İran ərazisindən keçməsi Qərbin maraqlarına cavab vermir. Nəhayət, seçkilər dövründə Türkiyədə CHP lideri Kılıçdaroğlunun "yol İran üzərindən salınmalıdır” bəyanatı Azərbaycanda sperkulasiya predmetinə, Ərdoğana əlavə dəstək amilinə çevrildi. Düşünürəm ki, Azərbaycanda həmin bəyanatın mahiyyətini anlamaq, görmək istəmədilər. Lakin fikirləşirəm ki, opponentlərim söhbətin mahiyyətini başa düşürdülər, ancaq konyunktur maraqlar, Ərdoğanın prezident seçilməsinə olan maraq və Azərbaycandakı böyük qüvvələrin marağı onları "kor” elədi.
Ümumiyyətlə, Asiyanı Avropa ilə birləşdirən üç dəhliz mövcuddur. Söhbət quru yollarını birləşdirən dəhlizlərdən gedir. Bunlardan biri Şimal dəhlizidir. Hazırda Şimal dəhlizi fəaliyyət göstərmir. Bu dəhliz Rusiya üzərindən keçir, tarixi dəhlizdir, uzun müddət fəaliyyət göstərirdi, lakin o qədər də effektiv və səmərəli deyildi. Amma nəzərə almaq lazımdır ki, Rusiya çox böyük dövlətdir, Asiya dövlətlərinin bir çoxunun Rusiya ilə əməkdaşlıqda öz maraqları var idi, müəyyən investisiyalar qoyulmuşdu və s. Azərbaycan üzərindən keçən dəhliz Orta dəhlizdir. Orta dəhlizin Cənubi Qafqaz üzərindən keçməsi nəzərdə tutulur və bu istiqamətdə işlər görülür. Daha bir variant mövcuddur - Cənub dəhlizi. Orta dəhliz və Cənub dəhlizi qismən fəaliyyət göstərir. Rusiya - Ukrayna müharibəsi başlayandan sonra Orta dəhlizlə Cənub dəhlizinin əhəmiyyəti artmağa başladı. İndi Azərbaycan üzərindən çoxlu yüklər daşınır. Cənub dəhlizi ilə bağlı variantlardan biri onun İran üzərindən keçməsidir. Kılıçdaroğlunun bəyanatında deyilmiş sözlər, Azərbaycan üzərindən olan Orta dəhlizin istisna edilməsini nəzərdə tutmurdu. Zəngəzurdan keçəcək yol, həmin dəhlizin bir elementidir, Ermənistan və ya Gürcüstan üzərindən keçəcək yeganə element də deyil. Bizdə təəssüf ki, dəhliz anlayışı insanlar tərəfindən dar mənada anlaşılır. Lakin burada söhbət həddindən artıq böyük yüklərdən və insan axınından gedir. Burada təkcə Ermənistan üzərindən gedən komunikasiyalardan söhbət getmir. Biz, sadəcə diqqətimizi Naxçıvana yönəltmişik. Ermənistan üzərindən keçən bir çox nəqliyyat yolları var. Bu da dar çərçivədə başa düşüldüyü üçün hay-küy effekti verdi, insanlar düşündü ki, Kılıçdaroğlu Aəzrbaycanın düşmənidir. Mən Kılışdaroğlunun tərəfdarı deyiləm, ona siyasi lider kimi bir simpatiyam yoxdur, lakin onun dediyi tamamilə fərqli idi. O demək istəyirdi ki, bu yolun üstündə də işləməliyik. Sözsüz ki, biz Azərbaycan üzərindən keçən bütün komunikasiyaların işə düşməsində maraqlıyıq. O, bu yolun İrandakı azərbaycanlar yaşayan hissəsindən keçməsinin mühümlüyünü bildirmişdi. Bu, Azrbaycan üçün də önəmli idi. Quru yol ilə türk respublikalarının birləşdirilməsi maraqlarımıza cavab verirdi. Təəssüflər olsun ki, hələlik Aəzrbaycan üzərindən bunu etmək mümkün deyil. İran üzərindən yolun salınması gələcək perespektiv üçün nəzərdə tutulub. Bu variant bu gün real deyil. Amma Ərdoğan bu dəhlizə iqtisadi maraqlar çərçivəsindən yanaşır.
- Dediniz ki, gələcək prespektivdə İran üzərindən salınacaq yol, həm də Azərbaycan üçün yaxşı seçimdir, bəs, Rusiyanın bu məsələdə marağı nədir?
- Azərbaycan üçün ən əsas məsələ Zəngəzurdur. Hədəf budur. Amma İran üzərindən keçərək, Orta Asiyaya çıxacaq yol da hədəfdədir. Bu dəhlizlər fərqli dəhlizlərdir. Eyni zamanda, Şimal-Cənub dəhlizi nəzərdən keçirilir. Rusiyadan Azərbaycan, İran üzərindən Orta Asiyaya gedən yol nəzərdə tutulur. Bu iki dəhlizin kəsişməsindən söhbət gedir. Ərdoğanın bəyanatına gəldikdə isə, mənə elə gəlir ki, o, sadəcə Paşinyanı tələsdirmək istəyir. Bu, ciddi, bir qədər də yarızarafatdır. Amma düşünürəm ki, ciddilik səviyyəsi kifayət qədər güclüdür. Ərdoğanın bu layihələrdə iqtisadi maraqları var və ona görə də tələsir. O düşünür ki, Türkiyə və türk şirkətləri bu layihələrdən qazanc götürsün.
Rusiya və İranın maraqları bölgədə toqquşur
- Ərdoğanın, siz dediyiniz kimi, yarızarafat, yarıciddi səsləndirdiyi bu təklif reallaşsa, Rusiyanın mövqeyi necə olacaq?
- Bu təklifin reallaşacağını düşünmürəm.
- Reallaşmasa belə, Rusiya bu təkliflə bağlı hansı mövqedən çıxış edəcək?
- Azərbaycanı Naxçıvanla birləşdirən yol var, bu da Rusiyanı narahat eləmir. İranı nə üçün Zəngəzur yolu narahat edir? Məsələ ondadır ki, bu yol reallaşarsa, İran Azərbaycana təsir imkanını itirə bilər. Amma Rusiyanı belə gedişat narahat etmir. Vaxtilə belə bir yol var idi. Naxçıvana gedən avtobuslar pandemiya elan olunana qədər İran ərazisindən gedirdi, yüklər daşınırdı. Rusiya ilə İranın Azərbaycana, ümumiyyətlə, Cənubi Qafqaza münasibəti xarici oyuncular nəzərindən üst-üstə düşür. O cümlədən bu maraqlar Türkiyəyə münasibətdə də üst-üstə düşür. Xarici aktorlar Türkiyənin regiona daxil olmasını, proseslərdə iştirakını məhdudlaşdırmağa çalışırlar.
Məsələn, Xəzərin statusu ilə bağlı konvensiyada göstərilir ki, Xəzər hövzəsində regiondan kənar ölkələrin hərbi birləşmələrinin təmsilçiliyi yolverilməzdir. İranla Rusiya Türkiyəni regiondan kənar qüvvə kimi kənarda saxlayırlar. Regiondakı üçüncü imperiya Rusiyadır. Cənubi Qafqazda, Qara dəniz hövzəsində Rusiya ilə Türkiyə tarixən rəqabət və müharibələr aparıb. Buna görə də Rusiya və İranın maraqları bölgədə toqquşur. Lakin bu məsələdə onlar eyni maraqlar çərçivəsində fəaliyyət göstərə bilirlər.
Nəzərə almaq lazımdır ki, Aəzrbaycanla Ermənistan kiçik dövlətlərdir. Əgər Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalansa, Ermənistanın o yolun bağlanmasında elə bir marağı olmayacaq və imkanları da məhdud olacaq. Çünki o yoldan təkcə Azərbaycan yükləri keçməli deyil, çox böyük marağı olan ölkələrin də yükləri keçəcək. Ona görə də həmin ölkələr o yolun fəaliyyətində maraqlı olacaqlar. Sizə başqa bir misal deyim. Hazırda Ukraynada müharibə gedir. Müharibə getməsinə baxmayaraq, Ukryana ərazisindən keçən və Rusiya enerji daşıyıcılarını Qərb dövlətlərinə idxal edən kəmərlər məhdud həddə olsa da, hələ də işləyirlər. Əgər sülh olarsa, onlar özləri maraqlı olacaq ki, həmin yol daim fəaliyyət göstərsin. Çünki ərazilərindən keçən tranzit yol olacaq, yüklərdən onlar böyük gəlirlər əldə edəcəklər. Azərbaycan Orta Asiyadan gələn yükü o yola yönəldəcəksə, böyük gəlirlər əldə ediləcək. Düşünürəm ki, insanlar indi Naxçıvana görə o yola hədəflənsələr, gələcəkdə Ermənistan ərazisindən başqa yollar da açılacaq. Bu gün daha çox Xəzər dənizində öz liman infrastrukturlarımızı genişləndirməyə çalışmalıyıq. Xəzər dənizindəki donanmanın yük daşıma imkanlarını genişləndirmək, qonşularımızla birgə fəaliyyət üzərində ciddi işləməliyik.
Mən başa düşürəm ki, Naxçıvan məsələsi bizm üçün çox vacibdir. Ancaq söhbət Azərbaycanın gələcəyindən və gəlirlərindən gedirsə, nəzərə almaq lazımdır ki, bu gün Azərbaycana gəlir gətirən enerji mənbələri tükənən ehtiyatlara aiddir, ona görə də bunun üzərində Azərbaycanın gələcəyini qurmaq mümkün deyil. Enerji daşıyıcıları ilə gələcək qurmaq mümkün deyil, onlardan yalnız kapital kimi istifadə etmək olar. Ordan olan gəlirləri başqa sahələrə qoyub, ölkənin gələcəyini qurmaq lazımdır. Ehtimal var ki, bu enerji mənbələrindən istifadə edilməsin. Yüklərin daşınmasında isə konkret yollardan istifadə olunur. Yollar zəruri infrastrukturdur. Eyni zamanda, Trans-Xəzər qaz, neft kəmərləri strateji maraqlara cavab verir. Biz onların həlli ilə bağlı məsələlərə diqqət etsək, daha yaxşı olardı. İndiki infrastruktur həmin yola yönəlmiş yükləri qəbul etmək iqtidarında deyil. Bunu nəzərə almaq lazımdır. Bu yola olan marağın səbəblərindən biri də elə budur.
- Qarabağda cərəyan edən son hadisələr fonunda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması nə dərəcədə realdır?
- Prinsipcə, indi bu sazişin imzalanması üçün şərait anti-terror tədbirləri həyata keçirilənə qədər olan dövrdən daha realdır. Sülh müqaviləsinin imzalanması imkanları artıb.
- Dediniz ki, indiki şəraitdə sülh sazişinin imzalanması daha real görünür, bəs Rusiya bu sazişin imzalanmasında nə qədər maraqlıdır? Moskva sülh sazişinin imzalanmasına mane ola bilər?
- Biz burda iki amilə diqqət etməliyik. Bu cür məhdud miqyaslı hərbi əməliyyatlar həyata keçiriləndən sonra adətən sülh danışıqlarında müəyyən bir fasilə yaranır. Ya tərəflərdən biri müvəqqəti də olsa danışıqlar prosesindən çıxır, ya da vasitəçilər öz fəallıqlarını azaldırlar və s. Son 30 ildə belə hallar çox baş verib. Bir sıra hərbi və siyasi fitnəkarlıqlar danışıqları ləngidib. Biz indi bunun tam əksinin şahidi oluruq. Regionda kifayət qədər ciddi dəyişiklik baş verib. Söhbət hərbi əməliyyatın mahiyyətindən yox, onun nəticəsi kimi baş verən dəyişikliklərdən gedir. Qarabağdakı ərazinin böyük hissəsi artıq Azərbaycanın nəzarəti altına keçib, erməni silahlı qüvvələr tərksilah olunub və s. Buna baxmayaraq, sülh prosesinə heç bir təsir etmir, hətta onu müəyyən mənada sürətləndirir. Əvvəldən nəzərdə tutulmuş görüşlər təxirə salınmadı, Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Paşinyanın Qrenadadakı görüşü əvvəldən nəzərdə tutulmuşdu. Brüsseldə Hikmət Hacıyevin Mirzoyanla görüşü olacaq, hətta görüşdə Almaniya lideri Şoltsun, Fransa prezidenti Makronun nümayəndəsi də iştirak edəcək. Azərbaycan indiki halda Fransa ilə olan münasibətlərə baxmayaraq, onun nümayəndəsinin bu görüşdə iştirakının əleyhinə çıxmır. Ermənistan əgər sülh sazişinin əleyhinə olsaydı, bundan bəhanə kimi istifadə edərdi. Ermənistan deyir ki, tarixi bir imkan var, yaxın vaxtlarda və ya Qrenadada sülh sazişi imzalana bilər. Bu o deməkdir ki, bir günlük əməliyyatın nəticələri strateji yox, taktiki baxımdan bütün maraqlı tərəfləri qane edir. Digər amil isə indiki vəziyyətədə Paşinyanın hakimiyyətdə qalmasıdır. Paşinyan indiki vəziyyətdə hakimiyyətdə qalarsa, Rusiya ilə məsafəni böyüdəcək, Kremldən daha çox uzaqlaşmağa çalışacaq. Bu baxımdan, İrəvan Azərbaycan və Türkiyə ilə dil tapmağa çalışarsa, Qərbdən müəyyən təminatlar alarsa, sülh sazişini imzalamağa hazır olacaq. Söhbət taktiki planlardan gedir. Azərbaycanın isə bu halda sülh sazişindən imtina etmək imkanları da məhdudlaşacaq. Düşünürəm ki, indi mübahisə daha çox bağlı qapılar arxasında başqa bir məsələ üzərində gedir. Mənə elə gəlir ki, Zəngəzurla bağlı indi Türkiyədə Ərdoğanın qaldırdığı ajiotaj bəzi məqamlara xidmət edir.
"Qarabağda "Donetsk modeli”ni görə bilərik, amma rus icması…”
- Bəlkə hansı məsələni nəzərdə tutduğunuzu aydınlaşdırasınız?
- Bu, Rusiya sülhməramlılarının gələcək statusu ilə bağlı olan məsələdir. Onlar orada nə ilə məşğul olacaq, nəyə nəzarət edəcək, hansı funksiyaları olacaq və s. Azərbaycan hazırda müəyyən taktiki üstünlük əldə edib. Amma Rusiya sülhməramlılarının gələcək statusu ilə bağlı məsələ sona qədər aydın deyil. Rusiya burda da müəyyən maraqlarını gerçəkləşdirir. Paşinyana böyük basqı təşkil edib və biz bunun nə ilə nəticələnəcəyini gözləyirik. Rusiyanın da Türkiyə ilə öz münasibəti var. Türkiyə BMT Baş Assambleyasının Sammitində Rusiyanın sülhməramlı səfiri kimi çıxış etdi. Rusiyanın sanksiyalardan yan ötməkdə Türkiyənin rolunun böyük olması heç kimə sirr deyil. Türkiyə, Gürcüstan, Ermənistan şirkətlərinə sansksiyalar olsa da, Azəzrbaycan şirkətlərinə qarşı sanksiyalar olmayıb, bu, müəyyən mənada Bakının Rusiyaya yardımda rolunun o qədər də böyük olmamasının göstəricisidir. Yəni, hər tərəfin öz taktiki marağı mövcuddur. Ərdoğanın taktiki gedişlərindən biri də Qərblə apardığı mürəkkəb oyundur, Rusiya vasitəsi ilə qazanmaq imkanlarıdır və s. Amma bu situasyada sular durulana qədər müəyyən addımlar atmaq imkanı var. Mən istərdim ki, Azərbaycan ictimaiyyətinin diqqəti Rusiya qoşunlarının buradakı sonrakı taleyinə fokuslansın. Bəsitləşdirərək demək istəyirəm ki, rusların bu dəqiqə məqsədi Qarabağda 20 kvadratmetrlik ərazi olsun, ora 15-20 erməni sığışdırsınlar və onları 1000 nəfərlik rus ordusu qorusun. Onların bu dəqiqə məqsədi bu statusu almaqdır. Bunu da alarlarsa, Azərbaycan üçün gələcəkdə çox böyük təhlükələr yarana bilər.
- Qarabağda rus icmasının yaranmasının, yaxud da "Donetsk modeli”nə bənzər variantın həyata keçirilməsinin şahidi ola bilərikmi?
- Qarabağda Rusiya pasportları paylaya bilərlər, orada yaşayan erməniləri Rusiya vətəndaşı elan edə bilərlər. Bu, Donetsk, Luqans variantına aparır. "Donetsk modelini” real hesab edirəm, amma rus icmasının söz sahibinə çevrilmə ehtimalını yüksək qiymətləndirmirəm.
"Paşinyan bu gün erməni cəmiyyətini parçalayan simaya çevrilib”
- Paşinyanın gələcək taleyi ilə bağlı proqnozlar nə deyir?
- Düzü, mən hər şeyi dəqiqliklə deyə bilmərəm. Amma Paşinyan bu gün xalqı birləşdirən fiqurdur. Səhv, ya düz olmasından asılı olmayaraq, konkret siyasət həyata keçirir. O, xalqı birləşdirə bildi, ancaq hadisələr elə inkişaf etdi ki, o xalqı parçalanan fiqura çevrildi. Bu baxımdan, sabah nə olacağını deyə bilmərəm. Lakin onun duruş gətirməsini istəyərdim. Nəticə etibarı ilə onun hakimiyyəti diktaturaya çevrilmirsə, bir müddət sonra hakimiyyətdən getməsi, onun başqa bir fiqurla əvəzlənməsi labüddür.
- Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib. Yanvarın birinə qədər hakimiyyətin təhvil veriləcəyi bildirilib. Bu üç aylıq proses necə irəliləyəcək?
- Hakimiyyət orqanlarının buraxılması ilə bağlı fərman maraqlı sənəddir. Burada təxminən söhbət 3 aylıq müddətdən gedir. Bu isə onu göstərir ki, hakimiyyət 3 ay ərzində kiməsə verilməlidir. Fərmanın məntiqini araşdırsaq, görərik ki, əsas məqsəd ondan ibarətdir ki, bu müddətdə hansı qurum necə formalaşacaq, hansı qurumlara səlahiyyət veriləcək - Azərbaycan hakimiyyət orqanlarına, yoxsa hansısa digər formul üzrə formalaşan hakimiyyət orqanlarına? Bu, əsas məsələdir. Təhlükə var ki, yeni hakimiyyət orqanları Rusiya sülhməramlıları ilə birlikdə formalaşacaq. Bu halda onların hansı prinsiplər əsasında fəaliyyət göstərəcəyi çox ciddi problemdir. Biz indi ermənilərin Qarabağın dağlıq hissəsindən Ermənistana axınını görürük. Bu axın kifayət qədər genişdir. Ümumiyyətlə, axın dayanacaqmı, onlar geri qayadacaqlarmı və s. sual atındadır. 44 günlük nüharibədən sonra da belə bir axın var idi, böyük bir hissəsi sonra qayıtdı. Bütün bu məsələlərin həlli bizi gözləyir. İkinci əsas məsələ isə bundan ibarətdir ki, 3 aylıq müddət kifayət qədər böyükdür, bu zaman ərzində hansı proseslərin şahidi olacağımızı deyə bilmərik. Bizim hüquqa görə, onlar qeyri-qanuni hakimiyyət orqanları idi. Onların buraxılması da onun göstəricisidir ki, ermənilərin oyuncaq seperatçı rejimin yaradığı "dövlətin” "president”inin səlahiyyətinin olub-olmaması söhbəti gedir. 3 ay müddətində kifayət qədər təhdidlər var ki, oyuncaq "Respublika”nın parlamenti haradasa formalaşa bilər, həmin qərarı ləğv edə bilər və s. Qarşıdakı 3 ayda maraqlı proseslərlə qarşılaşa bilərik.
- Bildiyimiz kimi, Ruben Vardanyan və digər şəxslər həbs olundu. Bu həbslər haqqında nə düşünürsünüz?
- Həbs edilən insanların bir hissəsinin yaxın vaxtlarda azad olunacağını istisna etmirəm. Vardanyanı çox məsələlərdə ittiham etmək olar, amma onun hərbi cinayətlərdə əli olmayıb. Onların azad edilməsi müəyyən alver predmeti olacaq. David Babayana gəldikdə isə, bu personajı mən şəxsən tanıyıram. Onunla bir neçə dəfə beynəlxalq konfranslarda qarşılaşmışam. Bu şəxs Azərbaycan və azərbaycanlılara nifrətini gizlətməyən insanlardan biridir. Konfransların birində bəyanatla çıxış etdi ki, azərbaycanlılar bir millət kimi hələ də formalaşmayıblar. Bu bəyanat hətta Ermənistan tərəfindən həmin konfransa iştirak edənlərin etirazına səbəb oldu. Düşünürəm ki, həbs olunanların bir hissəsi özlərinin gələcək karyeralarını düşünərək, təslim olurlar. Sona qədər erməni millətinin "məqsədlərə” sadiq qaldıqlarını nümayiş etdirib, özlərindən cəfakeş qəhrəman obrazı yaratmaq istəyirlər. Düşünürəm ki, bu insanlara qarşı maksimal korrekt münasibət göstərilməlidir. Onların arasında əli hərbi cinayətlərdə olan adamlar var. Onların istintaqı da maksimum açıq şəkildə aparılmalıdır. Hüquqları maksimum təmin olunmalıdır ki, sonradan beynəlxalq aləm tərəfindən ittihamlara məruz qalmayaq.
Bölməyə aid digər xəbərlər

Tarix: 29-09-2023, 10:00 Oxunub: 94
Bölməyə aid digər xəbərlər
2-08-2023, 09:32
Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi - TAM MƏTN
20-06-2023, 15:30
Kreml xəbərdarlıq etdi: Paşinyan kimi seçəcək? - İNCƏLƏMƏ
15-05-2023, 08:09
Səslərin 99.86%-i sayıldı: rəsmi nəticələr - CANLI - YENİLƏNİR
11-05-2023, 15:00
ABŞ səfirinə Bakıda sui-qəsd cəhdi: köhnə və yeni “İran izləri” - İLGİNC
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU