Azərbaycanda koronavirusa yoluxma faktı daha da azaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 57 yeni yoluxma faktı qeydə alınıb, 273 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 229 032 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 220 565 nəfər müalicə olunaraq sağalıb, 3 093 nəfər vəfat edib, aktiv xəstə sayı 5 374 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 257, ötən müddət ərzində isə ümumilikdə 2 364 809 test aparılıb.
Qeyd edək ki, 24 Yanvar 2021-ci il tarixində 287 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.
13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.



Tarix: 25-01-2021, 18:31 Oxunub: 70


Bölməyə aid digər xəbərlər