Siyəzəndə SMS icazə olmadan küçəyə çıxanlar cəzalandırıldı - FOTO

Siyəzəndə sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.
Bildirilib ki, elan edilmiş sərt karantin rejiminin tələblərinə riayət olunması istiqamətində Siyəzən Rayon Polis Şöbələrinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Polis əməkdaşları xidməti əraziyə ciddi nəzarət edir, avtopatrul və piyada marşrutları ilə xidmətlərini davam etdirirlər. Bundan əlavə, rayonların giriş və çıxışlarında müvəqqəti postlar qurulub, nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunur. 
Polis əməkdaşları tərəfindən xidmət aparan zaman elan edilmiş qaydaları pozaraq tibbi  maskadan istifadə etməyən, eləcə də xüsusi SMS vasitəsi ilə icazə almadan yaşayış yerlərini tərk edən vətəndaşlarda aşkarlanıb.
Qayda pozan həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb olunublar.


Tarix: 10-07-2020, 14:46 Oxunub: 120


Bölməyə aid digər xəbərlər