Abşeron rayonunun Xırdalan şəhəri yaxınlığında, Hökməli dairəsindən Müşfiqabad yoluna keçiddən 300 metr aralıda yerləşən yaşayış məntəqəsində məskunlaşan məcburi köçkünlərin vəziyyətinin acınacaqlı olduğu barədə məlumat vermişdik. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən sözügedən problemə münasibət bildirilib.
Bildirildiyinə görə, Xırdalan şəhərinin yaxınlığındakı beton və kərpic zavodunun həyətində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məlumat var.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata qeyd olunub.
Bildirilib ki, Komitədə fəaliyyət göstərən komissiyanın tərkibindəki işçi qrupu tərəfindən burada məskunlaşmış məcburi köçkün ailələrinin siyahıya alınması aparılır:
"Qeyd edilən ünvanda məskunlaşmış ailələrin Abşeron rayonunda "Stansiya Sumqayıt" ərazisində inşa edilən yeni qəsəbəyə köçürülməsi nəzərdə tutulub. Yaşayış kompleksinin bu ilin sonuna kimi istifadəyə verilməsi planlaşdırılır".
Eyni zamanda, qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və Bakı şəhəri ərazisində məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər planı – Yol xəritəsinə uyğun olaraq, məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilir.
Yeni yaşayış sahələrinə qəzalı vəziyyətdə olan tikililərdə və ən ağır şəraitdə yaşayan məcburi köçkünlər mərhələli şəkildə köçürülürlər. 2020-ci ildə 7 mindən çox məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılması nəzərdə tutulub.
[video=]
Bölməyə aid digər xəbərlər