12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Azərbaycanda iki yaşlı uşağın qətlinin TƏFƏRRÜATI

Tərtər rayonunda iki yaşlı Ömər Ağazadənin qətlinin təfərrüatı üzə çıxıb.
Oxu.Az xəbər verir ki, qətldə təqsirləndirilən şəxs uşağın qohumu olub.
Uzun müddət psixi pozğunluğu olan E.Hüseynov qətldən əvvəl Ramin adlı bir şəxslə (Ö.Ağazadənin evinin yaxınlığında yerləşən dükanın sahibi) dava edib, hirsini isə evinin qapısının ağzında dayanan uşağa töküb - başına bağça kürəyi ilə vurub. Sonra uşağın anasına hücum edib və əlindən yaralayıb.
Bundan sonra E.Hüseynov küçəyə qaçıb, qışqıraraq ona hücum etdiklərini və öldürməyə çalışdıqlarını deyib.
Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
Xatırladaq ki, iyulun 2-də axşam saatlarında Elmir Hüseynov (1988-ci il təvəllüdlü) uşağın başına kürəklə vurub. İyulun 3-də körpə xəstəxanada ölüb. Cinayət şübhəlisi saxlanılıb.


Tarix: 3-07-2020, 02:23 Oxunub: 110


Bölməyə aid digər xəbərlər