Dr. Zahir Abbasovla müsahibə

QanunXəbər.com İnformasiya Agentliyinin Həkimim rublikasının qonağı həkim-stomatoloq Zahir Abbasovdur. Həkimlə Diş əti xəstəliyinin simptomları, formaları və müalicəsi haqqında danışacayıq. 

 Diş əti xəstəliyi nədir?
-Diş əti xəstəlikləri, dişləri əhatə edən toxu-maların şişkinliyi, həssaslığı və ya infeksiyalaşması ilə xarakterizə olunur.

Diş əti xəstəliklərinin simptomları hansılardır?
 -Diş əti xəstəliklərinin ilk və ən əhəmiyyətli simptomu dişəti qanaması
-Diş ətlərində şişmələr, qızarmalar
-Diş ətlərində çəkilmələr və açığa çıxan kök səthlərində  həssaslıqlar olursa,
-Dişəti kənarlarında və ya dişlər arasında, diş daşlarına bağlı olaraq əmələ gələn qara ləkələr görünürsə
-Diş ilə dişəti arasından iltihab
-Dişlərdə laxlamalar, uzanmalar və dişlər arasında açılmalar
-Ağızda daimi bir pis qoxu və pis dad

Diş əti xəstəliklərinin neçə əsas forması var?

Diş əti xəstəliklərinin iki əsas forması var; gingivit və periodontit.
- Gingivit diş ətinin iltiha-bi xəstəliyidir. Bu diş ətinin dişlərin ətrafındakı hissə-lərinin qızartılı və şişkin ol-masıdır. Şişkin diş əti adə-tən fırçalama zamanı qa-nayır.

- Uzun müddət davam edən gingivit periodontitə gətirib çıxara bilər. Peri-odontitin bir neçə növü var və hamısı dişətrafı to-xumalara təsir edir. Peri-odontit kəskinləşdikcə dişi saxlayan toxumalar itirilir və diş laxlayır. Əgər müa-licə olunmazsa onda diş yuvadan laxlayaraq çıxa bi-lər. Statistikaya görə peri-odontitdən itirilən dişlərin sayı kariesdən itirilən dişlərin sayından çoxdur.


Diş əti xəstəlikləri müalicə olunmadıqda nə baş verir?
 -Diş əti xəstəlikləri ağrısız inkişaf edir və bu pasientlərin prosesdən tam xəbərsiz olmasına gətirib çıxarır. Lakin bəzən bakteriyalar çox aktiv olur və diş ətini xoralaşdırır. Bu da öz növbəsində diş ətinin absesinə (irinləməsinə) gətirib çıxarır və dişin boynu boyu diş ətindən irin xaric ola bilir. Bir neçə ildən sonra dişi çənələrdə saxlayan sümük toxuması itirilə bilər. Əgər xəstəlik uzun müddət müalicəsiz qalarsa onda müalicə daha çətin olur.

Sonda pasiyentlərə məsləhətiniz?
Diş əti ilə bağlı problemlərə nə qədər erkən müdaxilə edilir isə müalicələr də bir o qədər asanlaşır. Gələcəkdə daha böyük problemlər yaşamamaq üçün diş əti qan sızmasına qarşı laqeydlik etməyin. Həkiminizə müraciət edərək 6 ayda 1 dəfə mütləq müayinə olunun.


Tarix: 27-02-2021, 14:41 Oxunub: 348


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı