Sağlam dişlərə necə sahib olmalı?
Dişlərin sağlamlığına kiçik yaşlardan fikir vermək lazımdır.
- Dişlərdə qoz-fındıq kimi qalın qabıqlı çərəzləri sındırmaq olmaz.
- Gündə ən azı iki dəfə dişləri təmizləmək lazımdır. Çünki ağızda bakteriyalar 12 saatdan bir çoxalır.
- Yemək yeyəndən sonra mütləq ağızı qarqara etmək məsləhətdir. Belə olanda qida qalıqları dişin dibində ilişib qalmır.
- Dişlərin funksiyası çeynəməkdir. Yumşaq qida qəbul etmək dişlərin daha tez çürüməsinə səbəb olur. Odur ki, dişləri çox işlətmək lazımdır.
- Xırçıldayan meyvə - tərəvəz (alma, kök, turp, xiyar) yemək diş ərpinin yaranmasının qarşısını alır.
Dişlərə necə qulluq etməli?
Dişləri hər gün səhər və axşam yeməyindən sonra, yatmazdan əvvəl düzgün təmizləmək lazımdır.
Dişlərin təmizlənməsi 3 dəqiqə ərzində aparılır. Əvvəlcə dişlərin xarici, sonra daxili, daha sonra çeynəmə səthləri təmizlənir. Dilin üzərində ağ ərp olduqda onu müvafiq yeri olan xüsusi diş fırçası ilə təmizləmək lazımdır.
Axşam dişləri təmizlədikdən sonra barmaqlarla diş ətini masaj etmək tövsiyə olunur. Diş ətini masaj etmək üçün təmiz barmaqları onun üzərinə qoyaraq, dişlərə tərəf olmaqla dairəvi hərəkətlər etmək lazımdır. Masaj 5-7 dəqiqə ərzində aparılır. Prosedurdan qabaq diş ətinə diş pastası da sürtmək olar. Ağız boşluğu və diş ətinin iltihabları zamanı masaj etmək olmaz.
Dişləri mexaniki zərərlərdən necə qoruyaq?
- Bir çoxları tumu dişləri ilə çıtlayır. Bu isə dişlərin yeyilməsinə səbəb olur. Bundan əlavə dişlərlə butılkaları, bankaları açmaq, qələmin başlığını və bu kimi şeyləri çeynəmək dişlər üçün çox zərərlidir.
Yeməkdən sonra diş sapından istifadə etmək olarmı?
- Əlbəttə, diş sapından və ağız boşluğunu yaxalamaq üçün mayelərdən istifadə etmək lazımdır. Öncə onu deyim ki, dişləri hər gün səhər və axşam yeməyindən sonra, yatmazdan əvvəl düzgün təmizləmək lazımdır. Dişlərin təmizlənməsi 3 dəqiqə ərzində aparılır. Əvvəlcə dişlərin xarici, sonra daxili, daha sonra çeynəmə səthləri təmizlənir. Dilin üzərində ağ ərp olduqda onu müvafiq yeri olan xüsusi diş fırçası ilə təmizləmək lazımdır. Amma bəzi yerlərə diş fırçası müdaxilə edə bilmir. Dişlərinizi tərtəmiz təmizləmək və ağız boşluğundan gələn qoxunun qarşısını almaq üçün diş sapından və ağız boşluğunu yaxalamaq üçün nəzərdən tutulmuş xüsusi mayedən istifadə etmək vacibdir.
Gözəl dişlərlə gülüş insanın özünə olan güvəninin simvoludur. Cəzbedici gülümsəmə və dümağ dişlər digər insanlarda yaxşı fikir formalaşdıra bilər. Unutmaq lazım deyil ki, insan dünyaya bir dəfə gəlir. Axı niyə hər şeyin yaxşısına siz sahib olmayasız?!
Bölməyə aid digər xəbərlər