Azərbaycanda hepatit xəstəliyi tam müalicə olunur


Hepatit bütün dünyada geniş yayılan və ölkəmizi də yaxından maraqlandıran mühüm bir sağlamlıq problemidir. ölkəmizdə virus hepatitləri çox böyük təşviş və həyacanla qarşılanır. Hətta insanlar "Hepatit” olduğu zaman gizlətməyə, müəyyən dərəcədə özlərini cəmiyyətdən ayırmağa çalışırlar.
 "Hər kəs bu virusun ölümcül virus olduğunu düşünür. Əslində bu davranış və fikirlər tamamilə yanlışdır. Vaxtında aşkar edilən virus hepatitlərinin bütün dünyada olduğu kimi, ölkəmizdədə tamamilə müalicəsi mümkündür. Nəzərə alsaq ki, hepatitlər təsadüfi müayinələr zamanı aşkarlanır, bunun üçün vaxtaşırı tibbi müayinələrdən keçmək məsləhətdir. 
Həkimin sözlərinə görə, virus aşkarlanan hər bir şəxs vaxt itirmədən həkimə müraciət etməlidir. Əks halda zamanla qaraciyərdə ciddi dəyişikliklər yaranacaq. Bu da öz növbəsində qaraciyər sirrozu və qaraciyər xərçənginə qədər irəliləyə bilər.
 Qeyd edək ki, "Hepatit” ümumi  anlayış olub, qaraciyər hüceyrələrinin iltihabı deməkdir. Hepatit yaradan viruslar çox olmasına baxmayaraq, ən çox 5 virus ilə qarşılaşırıq. Bunlardan Hepatit A və Hepatit E gigiyenik cəhətdən təmiz olmayan şəraitdə yoluxur. Hepatit B, Hepatit C və Hepatit D isə qan təması ilə yoluxur. Ən mühüm yoluxma yolu Hepatit virusu daşıyan qan və qan məhsullarının işlədilməsi və Hepatit virusu daşıyan şəxs ilə cinsi əlaqədir. Sterilaziya qaydalarına əməl olunmayan diş həkimi kabinetləri, gözəllik salonları, döymə (tatu) və piercing mərkəzlərində yoluxma riski yüksəkdir. Əl sıxmaq, toxunmaq, sifətdən öpmək kimi gündəlik normal təmas və sosial münasibətlərlə yoluxma olmaz.
Daşıyıcı dediyimiz xəstələrdə virusun aktiv hala keçib, qaraciyərdə müxtəlif zədələnmələr yarada bilmə ehtimalı unudulmamlıdır. Aktiv xəstəliyi olan xəstələrə ciddi yanaşmalı, həkim tərəfindən uyğun görülərsə qaraciyər biopsiyası nəticəsinə görə müalicə planlanmalıdır. Müalicə olunmaqla virusu orqanizmdən  təmizləyib, qaraciyər zədələnməsinin qarşısını almaq mümkündür.
Hepatit D virusu Hepatit B virusu olan orqanizmlərdə yaşayıb virulentlik edir. Genetik olaraq yarımçıq virus hesab olunur və hepatit B virusu olmadan yaşaması mümkün deyil.İkili infeksiyalar zamanı isə müalicə qərarını həkim verməlidir.
 Hepatit C virusu Hepatit B kimi qan yolu ilə yoluxur və vaxtında müdaxilə olunmazsa gələcəkdə qaraciyər sirrozu və qaraciyər xərçənginə qədər gətirib çıxarır. Hepatit C virusu üçün "daşıyıcı” anlayışı yoxdur. Virus təyin edilən xəstələr mütləq müalicə olunmalıdır. Tibbin ən son nəaliyyətlərindən hesab olunan, Hepatit C müalicəsi üçün kəşf edilən dərmanlar vasitəsilə artıq Hepatit C nin müalicəsi tam mümkündür.

Hepatit B-dən necə qorunmalı? 

Hepatit B nin peyvəndi mövcuddur. Lakin peyvənd mütləq həkim təyinatına əsasən vurulmalıdır, belə ki hər kəsə peyvənd vurmaq olmaz. 
Yoluxmuş insanlardan ülgüc, jilet. dırnaq tutan, diş fırçası, təmizlik əşyalarının ayrı saxlanması.
Cinsi yolla yoluxmanın qarşısını almaq üçün  qoruyuculardan istifadə, çox partnyorlu həyat tərzindən çəkinmək lazımdır.
İnvaziv tibbi müdaxilə zamanı (diş həkimi, kiçik və böyük aspektli əməliyyatlar) həkimdən HBV ilə bağlı temizlik (dizinfektan və sterilizasiya) tələb etmƏk.


Samirə Arif qızı Qəribova Azərbaycan Bayrağı media mükafatına layiq görülmüşdür



Tarix: 7-09-2020, 10:06 Oxunub: 379


Bölməyə aid digər xəbərlər