Müasir dövrdə kosmetologiya sahəsində çox istifadə edilən dolğu prosedurları haqqında həkim-kosmetoloq Dr.Arzu Akbulut QanunXəbər.com-a danışıb. Hər bir xanım gözəlliyinin və cavanlığının daimi olmasını arzulayır. Bunun üçün də estetik kosmetologiyada müxtəlif prosedurlar, manipulyasiyalar vardır. Lakin son illər ərzində dolğu proseduru daha geniş istifadə olunur.Dolğular təbii gözəlliyinizi artıraraq dərinizi bərpa edir və üz cizgilərinizi canlandırır.
Dolğu nədir?
Dolğu ineksiyası, dərini gözəlləşdirmək üçün ən çox istifadə edilən tibbi müdaxilələrdən biridir. Hər bölgə üçün fərqli müdaxilələr təklif edilir. Əsasən hialuron turşusu tərkibli maddələrdən istifadə edilir. Qırışlar, dəridəki yaşlanmalar, üz konturlarında pozulmalar dolğu ilə aradan qalxır və üz daha canlı görünür. Dəri altına verilən dolğu maddəsi, dərinin alt qatlarına dəstək verərək, qırışın və ya çökmələrin içini dolduraraq görünməməsini təmin edir. Ətrafdakılar bu şəxslərin hər hansı müdaxilə etdirdiklərini hiss etmirlər, sadəcə daha cavan göründüklərini deyirlər.
Üz dolğusu ilə incə qırışların, çuxurların yüngül və orta dərəcəli burun-ağız kənarı cizgilər doldurula bilər və üzün hər bölgəsində ciddi olmayan qırışlarda istifadə edilə bilər. Burun bölgəsinə də asimmetriyanı düzəltmək üçün istifadə edilə bilər. Daha çox istifadə edilən yerlərdən biri də dodaqdır.
Yaşla əlaqəli olaraq, xüsusilə yanaq bölgəsində həcm itkisi olur və bu vəziyyət yorğun bir görünüşə səbəb olur. Dolğu ilə almacıq sümüyünü üzün tələb etdiyi qədər doldurmaq olur. Almacıq sümüyünün həcmini artıracaq müdaxilə aparılarkən diqqətli olmaq lazımdır.
Dolğuların istifadəsi üçün göstərişlər hansılardır?
⚜️ Alın nahiyyəsindəki horizontal qırışlar
⚜️ Qaşların arasındakı şaquli qırışlar
⚜️ Qaşların bitdiyi nahiyyənin aşağı düşməsi
⚜️ Göz ətrafındakı “qaz ayaqları” qırışları
⚜️ Göz altı və yanaqlardakı mimik qatl
⚜️ Burun
⚜️ Yanaqlara həcm vermək
⚜️ Burun-dodaq nahiyyəsindəki qatlar
⚜️ Ağızətrafı qırışlar
⚜️ Dodaq konturu
⚜️Gülüş qırışları
⚜️ Dodaq kənarlarının aşagı enməsi
⚜️ Dodaqlara həcm vermək
⚜️ Çənənin böyüdülməsi
Dodaq dolğusu nədir?
Dodaqların formasını korreksiya etmək və dolğunlaşdırmaq üçün dolğulardan istifadə olunur. Dodaq üçün ən yaxşı dolğular hialuron turşusu əsasında hazırlanır.Hialuron turşusu orqanizmin özündə də hazırlanır. Bu maddə dərinin nəmliyinə, möhkəmliyinə, elastikliyinə cavabdehlik daşıyır, dəri hüceyrələri tərəfindən kollagenin istehsal edilməsinə kömək edir. Hialuron turşusu orqanizm üçün “doğma” olduğu üçün ondan istifadə edilməsi zamanı allergik reaksiyanın əmələ gəlməsi ehtimalı az olur.
Dodaq dolğusu necə olunur ?
Prosedurdan əvvəl həkim-kosmetoloq pasientin özü ilə müzakirə etməklə “dodaqların formasını” seçir. Daha sonra həkim dodaq nahiyələrini iynə vurmaqla və ya xüsusi anestetik kremlərdən istifadə etməklə ağrısızlaşdıraraq, nazik iynələrlə hazır olan preparatı dəri altına yeridir. Dodaq ölçülərinin artırılması proseduru orta hesabla 30-dəqiqəyədək davam edir.Prosedur icra olunduqdan dərhal sonra nəticə verir, güzgüyə baxanda dəyişiklik dərhal fərq edilə bilər. İnyeksiya ilə bağlı bir miqdar şişkinlik yarana bilər və maksimum 2-3 gün davam edə bilər .
Prosedurun nəticəsini yalnız bir neçə gündən - dodaq nahiyəsindəki şişkinlik keçdikdən sonra, tam şəkildə qiymətləndirmək olar.
3. Dodaq dolğusu proseduruna hazırlıq necə həyata keşirilir?
Prosedurdan 1 həftə öncə aspirin, ibuprofen, balıq yağı, vitamin E preparatlarının və alkoqol qəbulu dayandırılmalıdır. Həmçinin menstural siklin ilk günlərində də prosedur olmaz.Bu prosedur sonrasi göyərmə hallarını minimallaşdırmağa kömək edir.
Dodaq dolğusu prosedurundan sonra tövsiyyələr :
-Prosedurdan sonra 3-4 saat ərzində isti və kəskin qida qəbul etməmək;
-Dodağa toxunmamaq;
-Aktiv mimik hərəkətlər etməmək;
-12 saat ərzində dekorativ kosmetikadan istifadə etməmək;
-5 gün ərzində sauna, basseyn , aktiv idman hərəkətləri etməmək;
-Göyərmə və şişkinlik hallarında xüsusi məlhəmlərdən istifadə etmək;
-Prosedurdan 2 həftə sonra təkrar müayinəyə gəlmək.
Yanaq dolgusu nədir?
Üzün cizgiləri yaşa dolduqca dəyişməyə, üz dərisi aşağıya doğru düşməyə başlayır. Yanaq dolgusu üzün ifadəsini daha dolğun şəkildə göstərməklə yanaşı, üz çevrəsini yığılmasına səbəb olur. Dolgunun tərkibində təbii komponentlər üz dərisinin nəmlənməsini təmin edir. Bununla pasiyent 10 yaş cavan görünür.
Prosedurun əsas üstünlükləri hansılardır?
- Nəticə dərhal bilinir;
- Əlavə mənfi təsirlər baş vermir;
- Müdaxilədən sonra iz, çapıq qalmır;
- Botoks edilmiş üz əks-göstəriş sayılmır;
- Yaşla bağlı dəyişikliklər və travma izləri aradan qalxır;
- Yanaq dolğusu pasiyentdən hər hansı hazırlıq tələb etmir.
Arzu xanım müsahibə üçün sağ olun.
Buyurun, həmişə gözəlliyinizi qoruyun.
Bölməyə aid digər xəbərlər