16:00 / 21-11-2024
Onlayn alış-verişdə aldanmamaq üçün nə etməli - fırıldaq, yoxsa alıcı diqqətsizliyi...
13:33 / 21-11-2024
Azərbaycan daha bir beynəlxalq konfransa ev sahibliyi edəcək
13:19 / 21-11-2024
Milli Məclisdə yeni təyinatlar - Foto
13:15 / 21-11-2024
Əlillik pensiyası kəsilən şəxslər nə etməlidir? - Nazirdən açıqlama
12:53 / 21-11-2024
Son Dəqiqə: Rusiya Ukraynanı ilk dəfə bu raketlə vurdu
12:49 / 21-11-2024
Azərbaycanda yaşayış minimumu davamlı olaraq artırılacaq - Rəsmi
12:31 / 21-11-2024
Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
12:28 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
12:25 / 21-11-2024
Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
12:21 / 21-11-2024
Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
10:50 / 21-11-2024
Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
10:46 / 21-11-2024
Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
09:31 / 21-11-2024
Ruslar bu istiqamətdə İRƏLİLƏDİ
09:25 / 21-11-2024
Şotlandiya parlamentindən COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək
09:19 / 21-11-2024
Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
09:00 / 21-11-2024
Quterreş Azərbaycana səfərə gəlib
09:00 / 21-11-2024
Zelenskinin raket zərbələri NATO-nu “vurur”: ABŞ və Qərb Ukraynada “erməni taktikası”na keçdi
16:00 / 20-11-2024
Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
15:30 / 20-11-2024
İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
14:22 / 20-11-2024
Bina tikintisi sahəsində vergi ilə bağlı yeni mexanizm olacaq
13:25 / 20-11-2024
Neftin qiyməti enərsə, hansı.... - Nazirdən açıqlama
12:06 / 20-11-2024
Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
12:02 / 20-11-2024
Ronaldo "Fənərbaxça"ya gəlir? - FOTO
11:57 / 20-11-2024
Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
11:45 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
11:41 / 20-11-2024
Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
10:09 / 20-11-2024
İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
09:45 / 20-11-2024
Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir
Millətin qəlbində həmişə yaşayan unudulmaz şəxsiyyət
Heydər Əliyev ölkəmizə fikir plüralizmi, demokratik düşüncə tərzi və ədalət duyğusu gətirdi
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə bu il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Möhtərəm Prezident tərəfindən imzalanmış digər bütün aktlar kimi, həmin Sərəncam da xalq tərəfindən rəğbətlə qarşılanıb. Bunun səbəbi isə Azərbaycanın taleyində mühüm rolu, vətən və xalq qarşısında müstəsna xidmətləri olmuş Ulu Öndərə olan ölməz millət sevgisidir. Məhz buna görə də sözügedən Sərəncam əsasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında hazırlanmış “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı” Tədbirlər Planı istər icraçı orqan və qurumlar, istərsə də hər bir vətəndaş tərəfindən yüksək fərəh hissləri ilə böyük həvəslə icra olunur. Sözsüz ki, hər kəs, o cümlədən bütün prokurorluq işçiləri bu ilin əvvəlki illərlə müqayisədə daha çox uğurlarla yadda qalmasına çalışır. Bu onunla əlaqədardır ki, qədirbilən Azərbaycan xalqı Ümummilli Liderin 100 illik yubileyini böyük sevgi və təntənə ilə qeyd etməyi özünə borc bilir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyevin “Heydər Əliyev İli” çərçivəsində hazırladığı məqaləsində əksini tapıb. Həmin məqaləni təqdim edirik.
Dahi şəxsiyyət Heydər Əliyev hələ yeniyetmə vaxtlarından qeyri-adi keyfiyyətləri ilə həmyaşıdlarından seçilən fenomenal insan səmimiliyi, vətənpərvərliyi və digər nümunəvi davranışları ilə böyükdən-kiçiyə hər kəsin rəğbətini qazanır ki, bu da onun gələcək uğurlarını şərtləndirirdi. 1944-cü ildə gənclərin çoxunun arzusunda olduğu, lakin əldə edə bilmədiyi nailiyyəti qazanaraq dövlət təhlükəsizliyi orqanlarına qulluğa qəbul olunan Heydər Əliyev ömrünün 25 ilini həmin orqanda şərəflə qulluq keçir. Həyatı boyu əlinə düşən imkanlardan özünün şəxsi maraqları deyil, millətinin və dövlətinin naminə istifadə edən böyük insan fəaliyyətinin ilk günlərindən Azərbaycanı və xalqını xoşbəxt gələcəyə aparmağı qarşısına məqsəd qoyur və bu müqəddəs amal uğrunda qətiyyətlə mübarizə aparır. Ötən əsrin 20-30-cu illərində ermənilərin və qeyri millətlərin anti-Azərbaycan qüvvələrinin kök salmış olduğu və xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb həyata keçirmiş Dövlət Təhlükəsizlik Komitəsinin azərbaycanlılaşdırılması və xalqımızın düşmənlərindən təmizlənməsi kimi son dərəcə çətin və eyni zamanda şərəfli işə ilk dəfə hələ sovet rejiminin ən güclü vaxtlarında məhz Heydər Əliyev başlayır. Bununla da 1950-1960-cı illərdə qeyrətli və milli əhvali-ruhiyyəli gənclər Dövlət Təhlükəsizlik Komitəsinə işə cəlb edilməklə, həm bu orqan milliləşdirildi, həm də xalqımızın namuslu övladlarına qarşı gözlənilən növbəti təqiblərin qarşısı alındı. Bu baxımdan Ulu Öndərin Dövlət Təhlükəsizlik Komitəsini azərbaycanlılaşdırmaq sahəsindəki xidmətləri vətən və xalq qarşısında misilsiz xidmətlər kimi vurğulanmalıdır.
Sirr deyil ki, XX əsrin 60-cı illərinin əvvəllərində respublika iqtisadiyyatında öz həllini gözləyən çoxsaylı problemlər mövcud idi. Ölkəmiz həmin dövrə qədər Sovet İttifaqında ən geridə qalmış respublika kimi tanınırdı. Belə ki, respublikada sənaye potensialı və digər göstəricilər aşağı səviyyədə idi. Ölkəni geriləməkdən xilas etmək üçün Azərbaycanda xalqa əsl rəhbər ola biləcək şəxsiyyətə böyük ehtiyac duyulurdu. 1969-cu ildə hakimiyyətə gələn millətinin böyük oğlu Heydər Əliyev respublikamızı qısa müddətdə sürətlə inkişaf etdirdi, xalqımızın milli mənlik şüurunun alovlanmasına təkan verən məqsədyönlü tədbirlər həyata keçirdi və nəticədə Azərbaycan Sovet İttifaqında ən inkişaf etmiş və qabaqcıl respublikaya çevrildi. Bir müddət sonra isə ölkəmiz özünü tam təmin etməklə, ümumittifaq büdcəsinə töhfələr verən cəmi iki respublikadan biri oldu. Əlbəttə, Azərbaycan müstəqil deyildi və Sovet İttifaqında müəyyən ideoloji çərçivələr daxilində məhdudlaşırdı, bununla belə, totalitar rejimin sərt tələblərinin qüvvədə olduğu bir dövrdə dahi şəxsiyyət Heydər Əliyev Azərbaycana ilk dəfə olaraq fikir plüralizmi, demokratik düşüncə tərzi, güclü sosial ədalət duyğusu gətirdi. O, keçmiş İttifaq rəhbərliyində çalışdığı illərdə müdrik bir siyasətçi kimi Azərbaycanın bütün sahələrdə daha da qüdrətlənməsi üçün əlindən gələni etdi. Müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə ixtisaslı mütəxəssislərin, peşəkar kadrların hazırlanması istiqamətində müdrik şəxsiyyət Heydər Əliyevin gördüyü nəhəng işlər uzaqgörənliyin parlaq sübutu idi. Ulu Öndər hələ 1969-1982-ci illərdə Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə gələcəkdə ölkəmizin müstəqil dövlət olması üçün fundamental işlərin hamısını uğurla həyata keçirib.
SSRİ-nin süqutu ilə əlaqədar yaranmış tarixi şəraiti düzgün qiymətləndirməklə, vəziyyətdən bəhrələnən xalqımız ötən əsrin sonlarında ikinci dəfə öz müstəqilliyinə qovuşsa da, AXC-Müsavat iqtidarı təmsilçilərinin ambisiyaları və səriştəsizlikləri çox qısa müddətdə müstəqilliyimizi uçurumun kənarına gətirib çıxartdı. Müstəqilliyimizin ilk illərində siyasi çəkişmələr ölkə həyatını iflic edir, müharibə aparan, işğala məruz qalan dövlətdə vahid komandanlığa tabe olan ordu olmadığından silahlı qüvvələr ayrı-ayrı şəxslərin əlində alətə çevrilir, iqtisadiyyat tənəzzülə uğrayır, respublikada vətəndaş həmrəyliyi pozulur, hətta ölkədə “qardaş qanı” axıdılır və vəziyyət ADR-in acı taleyinin təkrarlanması, ikinci dəfə qazanılan müstəqilliyin yenidən tarixə qovuşması təhlükəsi həddinə çatır. Belə bir olduqca çətin şəraitdə dövlətçilik ənənələrinə böyük önəm verən və nicatın onda olmasına əmin olan xalq, doğru seçim edərək özünün sınanmış rəhbərini-Ümummilli Lider Heydər Əliyevi israrlı tələblə müstəqil Azərbaycanın rəhbərliyinə dəvət edir. Azərbaycanını və xalqını özündən çox sevən Ulu Öndər bütün təhlükələri gözaltına almaqla, heç birinə məhəl qoymadan xalqın çağırışını qəbul edərək, 1993-cü il 9 iyun tarixində Naxçıvandan Bakıya gəlir və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilir. Bir müddət sonra Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan dünyaşöhrətli siyasətçi Heydər Əliyev, 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilir. Sağlam düşüncəli hər kəs yaxşı dərk edir ki, ölkəmizin müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən həmin anda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, nəinki bugünkü qüdrətli Azərbaycan olmazdı, ümumiyyətlə, onun mövcudluğu şübhə altına düşə bilərdi. Ulu Öndər Heydər Əliyev növbəti dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizdə bütün sahələrdə köklü islahatlar həyata keçirildi, dövlətimiz hərtərəfli qüdrətləndi və əhalinin rifahı yüksəldi. Belə ki, müdrik liderin qətiyyəti və mükəmməl siyasi strategiyası sayəsində 1994-cü ilin sentyabr ayında ölkəmizin qüdrətlənməsində mühüm əhəmiyyəti olan, Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının istifadə edilməsi barədə “Əsrin müqaviləsi” kimi möhtəşəm bir müqavilənin bağlanılmasına dövlətimiz nail oldu. Təbii ki, Azərbaycan neftinin dünya bazarlarına çıxmasında müstəsna rolu olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlinin qoyulması, Azərbaycanı dünyada böyük qaz potensialına malik olan bir dövlət kimi tanıdan “Şahdəniz” layihəsinin, türk dünyasının bir-birilə, o cümlədən bütün dünya ilə birləşdirilməsinə xidmət edən tarixi “İpək Yolu” layihəsinin reallaşması da bu dahi şəxsiyyətin xidmətləri idi. Aqil rəhbərin müəyyən etdiyi bütün sahələrdə islahatlar aparmaq yolu ilə ölkə iqtisadiyyatını inkişaf etdirmək və mövcud iqtisadi potensialdan istifadənin səmərəsini təxirə salmadan artırmaqla onu xalqın bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırılmasına yönəltmək kimi bir-birini tamamlayan iki istiqamət ölkənin inkişaf gerçəkliyinin obyektiv nəzəri-praktiki təməli kimi çıxış etdi. Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş fundamental iqtisadi islahatlar sayəsində sürətlə qüdrətlənən Azərbaycanda paralel olaraq digər sahələrdə, o cümlədən hüquq sahəsində də əsaslı islahatların aparılmasına zəmin yarandı. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Ümummilli Lider Heydər Əliyevin hüquqi dövlət quruculuğunda ən böyük xidmətlərindən biri də müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar və ümumbəşəri prinsiplər əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi üçün təşəbbüs göstərməsi və bu işə hərtərəfli dəstək verməsi olub. Təsadüfi deyil ki, bu ali qanun xalq arasında “Heydər Əliyev Konstitusiyası” adlandırılır. 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə bərabər, demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu. Ulu Öndərin təşəbbüsü və şəxsi nəzarəti ilə insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm hüquqi aktlar qəbul edildi, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşuldu, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə silsilə tədbirlər həyata keçirildi. Görülən böyük işlər sırasında Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 21 fevral tarixli Sərəncamı ilə yaradılmış Hüquq İslahatları Komissiyasının fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Mövcud ictimai münasibətlərə uyğun yeni Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, İnzibati Xətalar, Cəzaların İcrası, Əmək və digər məcəllələrin hazırlanması isə bu sahəyə böyük töhfələr oldu.
Fərəhləndirici və qürurvericidir ki, bu gün ölkəmizin uğurları davamlı hal alıb və respublikamız daha da qüdrətlənib. Dövlətimizin hərtərəfli inkişafı prosesi müxtəlif illərin göstəriciləri ilə də öz təsdiqini tapıb. Belə ki, ölkəmizdə ilbəil qeyri-neft sənayesinin, kənd təsərrüfatının, eyni zamanda orta əməkhaqqının, orta pensiyanın və digər müavinətlərin artması, qeyd olunanlarla bərabər valyuta ehtiyatlarımızın qorunub saxlanılması və manatın məzənnəsinin sabitliyinin təmin edilməsi qazanılan nailiyyətlərin təzahürüdür.
Sözsüz ki, bu möhtəşəm uğurlar artıq 20 ilə yaxın müddətdir ki, Ulu Öndər Heydər Əliyev siyasətini yüksək məharətlə davam etdirməklə ölkəyə rəhbərlik edən möhtərəm Prezidentimiz İlham Əliyevin müdrikliyi, mükəmməl siyasi strategiyası, misilsiz xidmətləri və onun etibarlı silahdaşı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük dəstəyi, xalqımızın əzmkarlığı, eləcə də sarsılmaz xalq-iqtidar birliyi sayəsində qazanılıb və əmin ki, davamlılığı təmin ediləcək.
Qeyd olunanlar onu göstərir ki, Ümummilli Lider Heydər Əliyevin dövrün tələblərinə uyğun uğurla davam etdirilən müdrik siyasəti və həyata keçirilən ölməz ideyaları həmişə olduğu kimi, bu gün də dövlətimizə və xalqımıza fayda verməkdədir və gələcəkdə də bu tendensiya davam edəcək. Odur ki, Ulu Öndər bütün azərbaycanlıların qəlbində son nəfəsədək yaşayacaq və hər kəs böyük tarixi şəxsiyyəti daim sonsuz məhəbbət hisləri ilə xatırlayacaq.
Bölməyə aid digər xəbərlər

Tarix: 4-04-2023, 17:51 Oxunub: 41
Bölməyə aid digər xəbərlər
28-12-2022, 16:10
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
22-11-2022, 09:21
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
20-10-2022, 09:11
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər - YENİLƏNİB
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
12-11-2020, 18:14
İlham Əliyev 3 fərman imzaladı
13-09-2020, 18:35
Karantin rejimi ilə bağlı yeni qərar - BU MƏHDUDİYYƏTLƏR QALIR
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO