12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
BQXK-nın bu hərəkəti işğalçılıq siyasətinə xidmət edir - AÇIQLAMA

BQXK-nın bu hərəkəti işğalçılıq siyasətinə xidmət edir - AÇIQLAMA


“Xəbərdarlılara baxmayaraq Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə olunması ilk növbədə ciddi qanun pozuntusu olmaqla, təşkilatın  dünyada üzərinə götürdüyü missiyaya vurduğu inmazsızlıq və etimadsızlıq  zərbəsidir.  Azərbaycan tərəfi Qarabağda yaşayan ermənilərin humanitar  və qida tələblərini təmin etmək üçün  BXQK-ya hərtərəfli şərait yaratsa da, onlar öz səlahiyyətlərini aşaraq ermənilərlə əlbir olub   qaçaqmaçılıqla məşğul olmağa başlyıblar.  Azərbayan tərəfinin onlara xəbərdarlıq etməsinə baxmayaarq, onlar qanunazidd əmələrini davam etdiriblər.  Nəticədə Azərbaycan məcburiyyət qarşısında qalaraq  BQXK-nın da Laçın sərhəd  nəzarət-buraxılış məntəqəsindən keçidinə qadağa qoyub və  Bakı belə bir addımı atmaqda tamamilə haqlıdır. Azərbaycan tərəfinin bu addımı beynəlxalq hüququn tələblərinə tamamilə uyğundur”.

Bunu açıqlamasında deputat Kamran Bayramov deyib.

Onun sözlərinə görə, məhz Azərbaycanın bu qətiyyətli addımından sonra BQXK  qanunsuz əməldə əli olduğunu etiraf edərək, bu işlə məşğul olan şəxsləri işlərindən kənarlaşdırmalı olub.
 O əlavə edib ki, digər tərəfdən Azərbaycan məsələ ilə bağlı mövqeyi qətidir: “Kimliyindən, hansı təşkilat olmasından asılı olmayaraq ərazisində qanunsuz hərəkətlərə imkan verməyəcək. Əgər burada söhbət ərazisində irredentist ideyalara xidmət edənlərdən gedirsə, buna qətiyyən imkan verilməcək.  BQXK-nın bu addımı bölgədə sülhə deyil, işğalçılıq siyasətinin  və gərginliyin davam etməsinə xidmət edir.  

Hesab edirəm ki, belə xoşgəlməz halların qarşısını almaq və bir daha təkrarlanmamsı məqsədi ilə Qarabağ bölgəsində olan erməni əhalisinin Ermənistan tərəfindən deyil, birbaşa Azərbaycan tərəfindən təmin edilməsi istiqamətində təxirəsalınmaz addımlar atılmalıdır. Bu həm reinteqrasiya prosesinin sürətləndirib, etimadın mühitinin yaranmasına, həm də sülhün tez bir zamanda əldə olunmasına öz töhfəsini verər”.

Tarix: 12-07-2023, 10:56 Oxunub: 9


Bölməyə aid digər xəbərlər