12:31 / 21-11-2024
Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
12:28 / 21-11-2024
Nazir pensiyalarda proqnozlaşdırılan artımları açıqladı
12:25 / 21-11-2024
Daha 46 sayda avtobus marşrutunun fəaliyyəti bərpa edilir
12:21 / 21-11-2024
Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır
10:50 / 21-11-2024
Onlar hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcək
10:46 / 21-11-2024
Baş nazirdən şəhid ailələri ilə bağlı YENİ QƏRAR
09:31 / 21-11-2024
Ruslar bu istiqamətdə İRƏLİLƏDİ
09:25 / 21-11-2024
Şotlandiya parlamentindən COP29-un sülh çağırışına və Azərbaycanın təşəbbüslərinə dəstək
09:19 / 21-11-2024
Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
09:00 / 21-11-2024
Quterreş Azərbaycana səfərə gəlib
09:00 / 21-11-2024
Zelenskinin raket zərbələri NATO-nu “vurur”: ABŞ və Qərb Ukraynada “erməni taktikası”na keçdi
16:00 / 20-11-2024
Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq
15:30 / 20-11-2024
İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
14:22 / 20-11-2024
Bina tikintisi sahəsində vergi ilə bağlı yeni mexanizm olacaq
13:25 / 20-11-2024
Neftin qiyməti enərsə, hansı.... - Nazirdən açıqlama
12:06 / 20-11-2024
Bakıda 3, 4 və 5 mərtəbəli binalar söküləcək - Bu ünvanlardan başlanacaq
12:02 / 20-11-2024
Ronaldo "Fənərbaxça"ya gəlir? - FOTO
11:57 / 20-11-2024
Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
11:45 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
11:41 / 20-11-2024
Jurnalistlərə müjdə: qanun müzakirəyə çıxarıldı
10:09 / 20-11-2024
İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT
09:45 / 20-11-2024
Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir
09:38 / 20-11-2024
Aİ-92 benzini və dizellə bağlı dəyişiklik
09:32 / 20-11-2024
Qarakənd faciəsindən 33 il ötür
09:21 / 20-11-2024
"Barselona"dan Laportanın Bakı səfəri ilə bağlı paylaşım - Video
09:15 / 20-11-2024
Mahir Emreli göz yaşlarını saxlaya bilmədi - Video
09:11 / 20-11-2024
Azadlığın dördüncü ili: Ağdam şəhər gününü qeyd edir
09:09 / 20-11-2024
Ermənistan parlamentindən də istefalar başladı
09:00 / 20-11-2024
Tehran rejimi geri çəkilir - KİV
Ermənilərin Xankəndiyə təcili yardım maşınında silah daşıması ifşa olundu - İLGİNC FAKTLAR
Dekabrın 12-dən etibarən azərbaycanlı eko-aktivistlər, QHT təmsilçiləri, media nümayəndələri və könüllülər Xankəndi-Laçın yolunun Şuşa şəhəri yaxınlığından keçən hissəsində, Rusiya sülhməramlılarının postunun yaxınlığında etiraz aksiyasına başlayıblar. Aksiyanın əsas tələbi Azərbaycan nümayəndələrinin Ağdərə rayonu ərazisindəki "Qızılbulaq" qızıl yatağına və "Dəmirli" mis-molibden yatağına baş çəkməsinə şərait yaratmaqdır. Bundan başqa Azərbaycanlı aksiyaçılar Laçın yolu ilə Ermənistandan Xankəndiyə qanunsuz silah daşınmasına da etiraz edir və bu qeyri-qanuni hərəkətlərin qarşısını sivil formada almaqda israrlıdılar. Çünki Rusiya sülhməramlılarının son iki ildəki fəaliyyətsizliyi nəticəsində Ermənistandan Xankəndiyə humanitar məqsədlərdən kənar, konkret olaraq silah daşınması faktları dəfələrlə aşkarlanıb.
Erməni tərəfi isə Azərbaycanlı aktivistlərin hərəkətlərini hər vəchlə yalanlamağa çalışır, bölgədə “120 min” insanın “humanitar fəlakətlə” rastlaşdığını iddia edir, hətta soyqırım törədildiyini dilə gətirirlər. Onlar və sülhməramlılar koridordan silah daşınmasını birmənalı inkar edirlər.
Faktyoxla Lab. bu yöndə araşdırma aparıb.
Öncə qeyd edək ki, təkcə ötən 2 ay ərzində Ermənistandan Xankəndiyə silah və terrorçu daşınması haqda Azərbaycan mediası səhih məlumatlar yaymışdı. Məlumatlardan birini caliber.az saytı yaymışdı. Məlumatda “sülhməramlıların müvəqqəti məsuliyyət zonasından külli miqdarda silah-sursat, portativ rabitə və digər texnikaların Xankəndiyə ötürülməsi qeyd olunurdu.
Digər fakt isə 14 nəfər İran vətəndaşının rusiyalı sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərə keçməsi haqqında idi. Qafqazinfo-nun aşkarladığı bu fakta görə, Qarabağda müvəqqəti məskunlaşmış rusiyalı sülhməramlılar mandatlarına zidd daha bir addım ataraq 14 xarici ölkə vətəndaşının Azərbaycan ərazisinə keçidini təmin edib. Məlumata görə, iranlılar rusiyalı sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə özünü çox rahat hiss edən qanunsuz terrorçu dəstələrə terror-diversiya təlimləri keçmək və konkret diversiyalar hazırlamaq üçün göndərilib. Bundan başqa, onların Qarabağda qalmış terrorçu dəstələrə İran istehsalı olan silah-sursatdan istifadə üçün təlim keçə biləcəyi də deyilir.
İndi isə Faktyoxla Lab.-ın əldə etdiyi və Xankəndiyə humanitar yardım adı altında ötürülən silah və texnika haqda məhz ermənilər tərəfindən yayılan məlumatı təqdim edirik.
Müharibə dövründə aktivliyi ilə seçilən “reyncer13” teleqram kanalı az müddət öncə Ermənsitandan Xankəndiyə humanitar yardım adı altında xüsusi mobil müşahidə məntəqəsi maşını, saysız-hesabsız iriçaplı atıcı silahlar daşındığı haqda məlumat paylaşıb. Paylaşımda deyilir ki, “Karen Hovannisyan adlı bir erməni xaricdən külli miqdarda pul toplamağı bacararaq Xankəndi və ətraf ərazilərə gizli şəkildə silahlar göndərir, nəticəni isə gizli qrupda donorlara və iştirakçılara hesabat verirdi”.
Həmin paylaşım əsasında araşdırma apardıq. Karen Hovanissyanın kimliyi ilə maraqlandıqda sosial mediada haqqında heç bir məlumata rast gəlmədik. Görünür, o, məlumatlarının sızdığını anlayıb, bütün sosial media hesablarını dondurub. Sonda axtarış zamanı bu mövzuda hazırlanmış video tapdıq.
Video youtube kanalına ötən ilin dekabrında yüklənib. Erməni dilində olan videoda “Qüdrətli erməni ordusu” layihəsi və Karen Hovannisyanın “fədakarlığı” haqda danışılır. Biz videonu həm də ona görə təqdim edirik ki, qarşı tərəf sonradan sadalayacğımız faktların saxta, qurama olduğunu iddia etməsinlər.
Videonun qısa məzmunu belədir:
“Qüdrətli erməni ordusu” layihəsinin kordinatoru Karen Hovanisyan bu proqramın 2016-cı il aprel müharibəsindən sonra yarandığını deyir. “Proqramın yaradılmasında yeganə məqsəd ordunun yanında olmaq, dövlətin həll edə bilmədiyi bəzi problemləri həll etmək olub. Proqram özündə bir neçə alt proqramları və eyni zamanda mərhələləri birləşdirir. Bu mərhələlərdə mümkün ərazilər üçün müxtəlif fəaliyyətlər həyata keçirilir”-deyən K. Hovanisyan bildirir ki, 44 günlük müharibədən sonra çağırışlar dəyişildi və biz, “Qüdrətli erməni ordusu” proqramında dəyişiklik etməli oldu. “Layihə rəhbərlərinin toplantısı təşkil edildi və iclasda qərara aldıq ki, bizim konkret siyasət xəttimiz olmalıdır və ordunun hazırlığının təkmilləşdirilməsi istiqamətində konkret 5 fəaliyyət həyata keçirməliyik. Və o çərçivədə qərara alındı ki, orduya hədiyyə etmək üçün maşınlar əldə edək”- deyən K.Hovanisyan bu maşınların mahiyyətinə aydınlıq gətirir. Onun sözlərinə görə, bu maşınlar Ermənistan ordusunda olmayan “yolsuzluq” maşınları olmalı, ordunun döyüş qabiliyyətinə təsir edə biləcək işlər görməlidir.
Diqqət yetirdinizsə, orduya 2 tibbi maşını təqdim edən layihə rəhbəri (videoda görünür), ordunun döyüş qabiliyyətinə təsir edəcəyindən danışır. Əgər söhbət təcili tibbi yardım maşınlarından gedirsə, bu maşınların ordunun döyüş qabiliyyətinə təsir edəcəyini demək gülünc səslənir. Elə deyilsə, söhbət hansı maşınlardan gedir.
Videoda layihənin idarəetmə şurasının sədri Artur Martirosyanın da fikirlərinə yer verilib. O da təcili tibbi yardım maşınlarının nə məqsədlə alındığına “aydınlıq” gətirir: “Yanvarda “qüdrətli erməni ordusu” layihəsinin idarəetmə şurasının iclası keçirildi. Biz ilk öncə layihənin illik planı üzrə qərar qəbul etdik. Budur artıq iki maşınımız var, çox önəmli problemləri həll etmək məqsədi daşıyan planlarımız var. Demirəm ki indi, amma aylar ərzində, deyək ki, iyuna kimi əlimizdə olanlarla nəsə edə biləcəyik. Sonra yenidən layihənin gedişinə baxacağıq”. 2014-cü ildə Ağdərədə məhv edilmiş Armen Hovanisyan adlı əsgərin anası Marine Hovanisyan bildirir ki, layihəyə 2016-cı ildən qoşulub. “Karen Hovanisyan bildirdi ki, layihə qurmaq istəyir, hansı ki orduya dəstək olacaq, çox maraqlandıq bu proqram üçün. Mən 2014-cü ildə övladımı itirmişdim, o sərhəddə-Mardakertdə (Ağdərə-red.) həlak olub. O vaxt başımda bir fikir dolandı ki, mən övladımın yarım qalan işini hansı formadasa davam etdirməliyəm”. Qeyd edək ki, videoda fikir bildirənlərdən biri də terrorçu “Duşman” Vardanın bacısı Armine Stepanyan olub. O, “bu təşəbbüsdə hər şeydən önəmli olan güvəndir. Bir-birinə olan güvən, karen Hovanisyana olan güvən” ifadələrini işlədib.
İndi isə Karen Hovnisyanın qapalı qrupda yazdığı statusları və hesabat xarakterli fikirlərini təqdim edirik. Əslində bu fikirlər cinayətin etirafı, maskalanmış “erməni terror”nun ifşasıdır.
Beləliklə, diqqət yetirək:
Paylaşım 1. 9 sentyabr 2021-ci il
Karen Hovannisyan yazır: Bu paylaşım yalnız qapalı qrup üçündür və burada olan fotoları dərc etmək qadağandır. Bu bizim aldığımız sonuncu maşındır. Mebelləşdirmə amerikalı dostumuzun hesabına aparılır. Qiyməti 2 500 000 dramdır. Texniki dəstəklə bağlı bəzi işlər bitəndən sonra bu maşın rayonu tərk edəcək və döyüş növbətçiliyinə başlayacaq. İcazənizlə sizə digər şad xəbəri çatdırım. Hökumət bu texnikaların yeniləyən (çevirən) təşkilata 10 avtomobil ayırıb. Başqa sözlə, hökumət 10 maşının “çevrilməsi” üçün pul ayırıb. Nəhayət, biz bu “mobil idarəetmə mərkəzləri”nin əhəmiyyətini sübut edə bildik. Bu bizim proqramın qələbəsidir.
Qeyd: Hovannisyan bu paylaşımda bəzi mətləblərə aydınlıq gətirir. “Daha 10 avtomobilin “çevrilməsi” və “mobil idarəetmə mərkəzləri” ifadələri və fotolar təxmini mənzərəni yaradır.
Paylaşım 2. 11 sentyabr 2021.
Karen Ovanisyan yazır: Əziz dostlar, mən sizin ağrınızı türkün başına tökülsün. Biz, mərhələni tamamlamaq üçün 6-cı yolsuzluq maşını almışıq. Beləliklə, biz 6 000 000 dram dəyərində 6-cı yolsuzluq maşını aldıq. 6000 avro və ya 3 460 000 dramı direktoru Daniel Marancanyan olan Grenobldakı (Fransa) Erməni Mədəniyyət Evi köçürüb. Beləliklə, daha bir yolsuzluq maşını bu gün yenilənməyə (çevrilməyə-) göndərildi. Daha bir yolsuzluq maşını tezliklə döyüş növbətçiliyinə gedəcək və üzərinə düşən missiyanı- insan həyatını və sağlamlığını qorumaq və düşmənə qalib gəlmək missiyasını yrinə yetirəcək. Erməni kimi yaşayın. Mən sizə tipinizə, əzilməmiş (sınmamış) tipinizə görə təşəkkür edirəm. Hər adam vətəni üçün əlini cibinə salmır.
Qeyd: Diqqət etdinizsə “daha bir yolsuzluq maşının yenilənməyə (çevrilməyə-) göndərildiyini deyir. Bu, “çevrilmə”nin nə olduğunu təxmin etmək olar.
Paylaşım 3. 2 noyabr 2021-ci il.
Statusda deyilir: Əziz dostlar, hər birinizə təşəkkür edirəm. Bizim proqram vasitəsilə artsaxda “mobil idarəetmə məntəqəsi” fəaliyyət göstərir. Təhlükəsizlik məqsədilə mən paylaşımları məhdudlaşdırıram. Əsas odur ki, hər bir qəpik öz hədəfinə çatsın. O hədəf ki, siz pul köçürmələri etmisiniz. Artsaxdan hamıya salam. KTM
Qeyd: Axı, bu, təcili yardım maşını idi. Fotolara diqqət etsək, real döyüşün idarəedilmə məntəqəsi maşınını xatırladır. Demək “çevrilmə” deyərkən Hovanisyan bunu nəzərdə tuturmuş.
Paylaşım 4. 12 noyabr 2021.
Paylaşımda deyilir: Proqramda iştirak edən əziz dostlar, ştata görə yeni proqramla alınmış sonuncu yolsuzluq maşını. Belə deyək: uğurlu döyüş növbətçiliyi olsun. Sayənizdə Ermənistan Ordusunda 7 yolsuzluq maşını var, hansılar ki, mobil idarəetmə mərkəzləri olacaqlar. İndi biz qisas mərmiləri ilə atəş açacağıq. Biz türkün anasını ağlamağa məcbur edəcəyik.
Qeyd: Burada 3 mesaj verilir: uğurlu döyüş növbətçiliyi. Əslində hərbi vəziyyətdə əraziyə çıxan tibb maşınları da döyüş növbətçiliyinə çıxmış sayılır. Amma döyüşlərin getmədiyi bir vaxtda təcili tibbi yardım maşını hansı döyüş növbətçiliyinə çıxır? Hovanisyan özü də etiraf edir ki, bunlar tibb xidməti üçün nəzərdə tutulan, şəkillərdən göründüyü kimi adi təcili tibbi yardım maşınları deyillər, elə bildiyimiz mobil idarəetmə mərkəzləri-dir.
Paylaşım 5. 20 aprel 2022.
Karen Hovanisyan qapalı “Qüdrətli Ermənistan ordusu” qrupunda yazıb: “Bu qapalı qrupda bəzi şeylər haqda danışmaq istəyirəm, qoy elə burada, qrup üzvləri arasında qalsın. Artsaxa ikinci partiya mərmi və minatanları aparıb çatdırdım. Gün ərzində rusların nəzarəti altında biz təhlükəsiz və gizli şəkildə qutuları keçirə bildik. Artsaxa mərmiləri daşımazdan öncə biz bir məsələ ilə üzləşdik. Minatan mərmilərini yerli istehsalçılardan alırdıq. Bu həm də onlar üçün yaxşı şans idi. Onlar öz məhsullarını 15 dəfə test etdilər. Nəticədə onların istehsal etdiyi məhsullar artıq Artsaxda istifadə olunur...
Qeyd: Nəhayət, Karen Hovanisyan hər şeyi açıq etiraf edir. 1. Xankəndiyə mərmi və minatanların ikinci partiyasını aparıb çatdırıb. Yəni, artıq bir dəfə bu addım atılıb, bu ikinci cəhddir. 2. Bu silah-sursatı, günün-günorta çağı, rus sülhməramlılarının gözü qarşısında, heç bir yoxlama, təhlükə olmadan keçirə biliblər. 3. Mərmiləri isə Ermənistanda adı bəlli olmayan şirkət tərəfindən istehsal edilib. Demək, bu ölkədə adi sexdə silah, mərmi istehsal edilə bilir və hətta bunu test etmək üçün Qarabağa, azərbaycanlılara qarşı sınaqdan çıxardırlar.
Paylaşım 6. 23 avqust 2022
Karen Hovanisyan qapalı “Qüdrətli Ermənistan ordusu” qrupunda yazıb: Layihədə iştirak edən əziz dostlar, dünən mən, mərmi istehsal edən şirkət üçün daha 1 milyon dram köçürdüm. Sabah bu mərhələnin sonunda (əminəm ki, bu minatan və mərmilər, biz tərəfdən təqdim olunan digərləri kimi erməni ordusunda geniş istifadə olunacaq) partiyalar hazır olacaq və biz onları Artsaxa aparacağıq. İndi hər bir güllə Artsax və ümumiyyətlə vətənimiz üçün çox əhəmiyyətlidir. Xahiş edirəm, böhtan xarakterli paylaşımlara fikir verməyin. Artsaxda və sərhədyanı bölgələrdə insanlar yaşayır və onların bizə ehtiyacı var. Bu paylaşım və müsahibələrdə bir məqsəd var: bizi məyus etmək və bununla da hərəkət etməyək və düşünək ki, hər şey qaydasınadır. Bu hərbi uğursuzluq bizim çün məğlubiyyət deyil”
Qeyd: Burada əlavə şərhə ehtiyac yoxdur. Hər şey aydın yazılıb.
Bəs, niyə məhz təcili tibbi yardım maşınında?
Yaxın keçmişdə ermənilərin öz fəaliyyətlərini maskalamaq, “humanitar addım” adı ilə komufulyaj etmklərini çox görmüşük.
Misal üçün, 26 oktyabr 2020-ci ildə Gürcüstanla sərhəddəki Lars keçid məntəqəsində xaricdən göndərilmiş təcili tibbi yardım maşınlarının sərhəddə saxlanılması xəbərini yada salaq. Həmin vaxt Gürcüstan tərəfi təcili tibbi yardım maşınlarında silah daşındığını əsas gətirərək yükün Ermənsitana keçməsinə imkan verməmişdi. O zaman iki dövlət arasında ciddi söz atışmasının yarandığını, ermənilərin səs-küy salmasını, gürcülərin isə təmkinlə sübut təqdim etməsini yaxşı xatırlayırıq.
İkinci fakt, peşəkar MMA döyüşçüsü Eduard Vartanyanın erməni mediasına açıqlamasında səslənmişdi. Vartanyan erməni mediasına demişdi ki, "Cəbrayılda olan erməni general təcili tibbi yardım maşınını saxladı, içindəki əsgərləri düşürüb, özü mindi. Çünki Azərbaycanın Pilotsuz Uçuş Aparatları mülki maşınları, obyektləri vurmurdu. Buna görə də erməni genral təcili tibbi yardım maşınına minib ərazidən qaçdı.”
Üçüncü fakt isə bədnam Wargonzo layihəsinin əməkdaşı, “kürən tülkü” ləqəbli Semyon Peqovun Hadrutdan etdiyi sonuncu çəkiliş zamanı qeydə alınmışdı. O, əmin idi ki, Azərbaycan Ordusu təcili tibbi yardım maşınlarına atəş açmır. Peqov bu məqamdan sui-istifadə edərək təcili tibbi yardım maşınında (meyitlərin təhvil verilməsi zamanı-red.) Hadruta gəlmiş və oradan çəkiliş edərək, bu şəhərin hələ də erməni terror birləşmələrinin nəzarətində olması haqda feyk reportaj yaymışdı.
Bəs, "Qorunan beynəlxalq nişanlardan sui-istifadə" haqda Konvensiyalarda nə müddəalar var?
1. "Beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsi ilə bağlı 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına Əlavə Protokol" (Protokol 1), Maddə 38.
Tanınmış (qəbul edilmiş) emblemlər Qızıl xaç, Qırmızı aypara və ya qırmızı şir və günəşin fərqləndirici emblemindən və ya Konvensiyalarda və ya bu Protokolda nəzərdə tutulmuş digər emblemlərdən, işarələrdən və ya siqnallardan qeyri-qanuni istifadə edilməsi qadağandır. Həmçinin silahlı münaqişə zamanı digər beynəlxalq səviyyədə tanınmış qoruyucu emblemlərdən, işarələrdən və ya siqnallardan, o cümlədən atəşkəs bayrağından və mədəni sərvətlərin qoruyucu emblemindən qəsdən sui-istifadə etmək qadağandır. mənbə
2. BQXK-nın “Beynəlxalq Humanitar Hüquq: Suallarınıza cavablar” broşürası, “Emblemin istifadəsini beynəlxalq humanitar hüququn hansı müddəaları tənzimləyir?” məqaləsindən bir hissə:
“Simvollardan qanunsuz istifadə” Beynəlxalq humanitar hüquqda açıq şəkildə nəzərdə tutulmayan emblemdən istənilən istifadə qeyri-qanuni istifadədir.
- Döyüşçüləri və ya hərbi texnikanı qorumaq üçün münaqişə zamanı gerbdən, emblemdən sui- istifadə beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması, yəni müharibə cinayəti sayıla bilər. Cenevrə Konvensiyalarına üzv olan dövlətlər gerbdən həm sülh, həm də müharibə dövründə qeyri-qanuni istifadə hallarının qarşısının alınması və qarşısının alınması üçün cinayət-hüquqi tədbirlər görməyi öhdələrinə götürmüşlər. mənbə
3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, maddə 119. "Müdafiə olunan nişanlardan sui-istifadə".
Hərbi əməliyyat rayonunda Qızıl Xaç və ya Qızıl Aypara nişanlarını daşımaq hüququ olmayan şəxslər tərəfindən həmin nişanları daşıma, habelə müharibə zamanı Qızıl Xaç və ya Qızıl Aypara bayraqlarından, nişanlarından və ya sanitariya köçürmə nəqliyyat vasitələrinin rəngindən sui-istifadə etmə hərəkətlərinə görə Azərbaycan Respublikası CM-nin 119.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
«Qırmızı Xaç və Qırmızı Aypara emblemlərinin istifadə edilməsi və müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa görə müdafiə olunan nişanlara aşağıdakılar aiddir:
- Qırmızı Xaç və Qırmızı Aypara emblemləri;
- Qırmızı Xaç və Qırmızı Aypara adı;
- Tibbi birləşmələrin və tibbi nəqliyyat vasitələrinin tanınması üçün fərqləndirici siqnallar.
Fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində Cenevrə Konvensiyalarına və onlara Əlavə Protokollara, habelə adı çəkilən Qanuna zidd olaraq:
- Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən müdafiə və fərqləndirici nişan kimi, habelə fərqləndirici siqnallardan;
- Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara hərəkatının məqsəd və prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən hüquqi şəxslərin adlarında, əmtəə nişanlarında (xidmət nişanlarında);
- Qırmızı Xaç və Qırmızı Aypara emblemlərinə hər hansı oxşar nişanlardan istifadə edilməsi qadağandır.
CM-nin 119.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün cinayət əməlləri hərbi əməliyyat rayonunda (cinyaətin törədildiyi yer, rayon, şəhər, kənd və s.) habelə müharibə zamanı (cinayətin törədildiyi vaxt) törədilməlidir.
Beləliklə,
- Azərbaycanlı QHT təmsilçiləri və könüllülərin Rusiya sülhməramlılarının postu qarşısında keçirdikləri etiraz aksiyasının əsas tələblərindən biri- "qanunsuz silah daşınmasına son” tələbi ədalətlidir.
- Ermənistandan Xankəndiyə sülhməramlıların nəzarətində olan yollarla silah-sursat və döyüş üçün digər texnikalar göndərilib və bu proses, yalnız aksiya başlayandan səngiyib.
- Təcili tibbi yardım maşınında hərbi texnika daşımaq, qeyri-humanitar hərəkətlər etmək, bu kimi sui-istifadə hallarına yol vermək Beynəlxalq qanunlarla, Konvensiya və Protokollarla qadağandır.
Bölməyə aid digər xəbərlər

Tarix: 21-12-2022, 15:30 Oxunub: 96
Bölməyə aid digər xəbərlər
16-12-2022, 10:47
Aqiyə Naxçıvanlı: “Ermənistanın ekoloji terroruna son qoyulmalıdır”
13-12-2022, 14:22
Laçın-Şuşa yolunda tutulan NOBATIN DAHA BİR HƏDƏFİ... - Ekspert danışır
13-12-2022, 10:51
Rusiya sülhməramlılarından Xankəndi yolundakı aksiya ilə bağlı qərar - YENİLƏNİB + CANLI YAYIM
13-12-2022, 09:48
Xankəndi yolunda aksiya iştirakçılarının sayı artır: İctimai fəalların axını başladı - YENİLƏNİB - VİDEO
9-12-2022, 11:17
Qarabağda təbii sərvətlərimizi talayan şirkətlər və şəxslər
20-10-2022, 10:41
Tehran Mənsimov Xankəndi ətrafındakı döyüşlərdən danışdı
21-09-2022, 18:45
İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı - Fotolar
29-09-2021, 11:17
Ermənistanın talan etdiyi sərvətlərimiz: Milyardlarla dollar dəyərində zərər necə ödəniləcək? - FOTOFAKT
16-07-2021, 09:00
Amerikalı mütəxəssislər Şuşa uğrunda döyüşlərdən yazdı
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
24-07-2020, 17:57
Son hadisələrdə saxta “məzlum erməni” obrazı necə məhv oldu? - TƏHLİL
24-07-2020, 17:56
Samir Qurbanov: “İşğal altındakı ərazilərdə qanunsuz fəaliyyətə beynəlxalq səviyyədə reaksiya verilməlidir”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO