09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
10:47 / 27-07-2026
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
10:35 / 27-07-2026
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
10:26 / 27-07-2026
Qarabağ və Şərqi Zəngəzura 1 milyard manatdan çox pul qoyulub
10:21 / 27-07-2026
Kalininqrad uğrunda yeni savaş – Putindən qəzəbli açıqlama
Ermənistanda xunta rejiminin pulları ilə bağlı qalmaqal böyüdü - Bakı üçün şans?
Qarabağdakı kriminal rejim ləğv ediləndən və yeri “dezinfeksiya” olunandan sonra separatçı ünsürlər indi də Ermənistanda baş qaldırmağa və özlərini hansısa şəkildə təsdiqləməyə çalışırlar. Bu zaman unudurlar ki, onların əsas varlıq şərti uzun illər məhz İrəvanın ayırdığı maliyyəyə bağlı olub.
Bunu rəsmən və açıq bəyan etməyi xoşalmasalar da. Amma artıq indi bu dəstək də mənasız hala gəlib. Köhnə intriqalar isə yeni məzmun qazanmaqda, hətta separatçı elementlərlə Nikol Paşinyan hökuməti arasında didişmə-çəkişmələrə səbəb olmaqdadır. “Son onilliklər ərzində "artsax hökuməti"nin buraxdığı istiqrazlarla bağlı hakim “Vətəndaş müqaviləsi” partiyasında üsyan yetişməkdədir". “Yeni Müsavat” xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazıb.
“Partiyadakı mənbə bizə bildirdi ki, uzun illər ərzində Ermənistan hökuməti "artsax hökuməti"ni təkcə pulla təmin etməyib, həm də xüsusilə Serj Sərkisyan erməni banklarını “artsax hökuməti”nin buraxdığı istiqrazları almağa məcbur edib və beləcə, “artsax”a nağd pul daxilolmaları təmin edilib. Artsaxın özünü buraxmasından sonra isə buraxılmış istiqrazları alan müxtəlif erməni bankları hazırkı hakimiyyətdən bu istiqrazlar üçün ödənilən pula görə təzminat tələb edir. Bu da kifayət qədər böyük məbləğ, təxminən 340 milyard dram və ya 800 milyon dollar deməkdir", - qəzet yazıb.
Nəşrin bildirdiyinə əsasən, keçən həftə hakim fraksiyanın bəzi deputatları baş nazirin müavini Mqer Qriqoryan və Mərkəzi Bankın sədri ilə qapalı görüş keçirib. “Onlar isə pulları qaytarmaqdan imtinanın mümkünsüzlüyünü bildiriblər ki, bu da hakimiyyət deputatlarını qəzəbləndirib. Onlar hesab edirlər ki, Serj Sərkisyan bu yolla bəzi banklar vasitəsilə pul qazanıb və indi hökumət bunun bədəlini ödəməyə borclu deyil”, - nəşr əlavə edib. Bəs bu qalmaqaldan Azərbaycan beynəlxalq müstəvidə Ermənistana qarşı yararlana bilərmi? Yəni bir daha İrəvanın ərazimizdə separatçı-xunta rejimini maliyyələşdirdiyi, işğalçı mahiyyəti təsdiqlənmiş olur. Onu da deyək ki, xunta rejiminin büdcəsində hələ də dondurulmuş 3,1 milyard dramlıq qalıq var. “Hraparak” bildirir ki, sentyabr üçün pullar köçürülüb, lakin sonradan dondurulub. Separatçılara verilən “əmək haqqı” fondunun aylıq məbləği 4-4,1 milyard dram təşkil edir.
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Qarabağ separatçıları pulsuz qalıblar: “Qarabağ separatçıları 35 il ərzində Ermənistanın büdcəsi və erməni lobbisinin ianələri hesabına kef çəkiblər, maaşlarını alıblar, göndərilən pulun bir qismini şəxsi məqsədlər üçün istifadə ediblər. İndi bunların heç biri yoxdur. Azərbaycan torpaqlarını azad etdikdən və ermənilər bölgəni tərk etdikdən sonra Ermənistan hökuməti və erməni lobbisi İrəvanda qərarlaşan separatçılara maaş verməkdən imtina edib. Buna görə də keçmişdə Qarabağda "dövlət idarələrində" çalışanlar separatçıların İrəvandakı “nümayəndəliyi” qarşısında etiraz ediblər. Onların qarşılarına çıxan separatçıların sonuncu “lideri” Samvel Şahramanyan keçmiş tərəfdarlarını sakitliyə çağırıb, onların problemləri ilə məşğul olacağını vəd edib. Boş sözlərdir. Samvel Şahramanyanın özü İrəvanda qeyri-müəyyən vəziyyətdədir, baş nazir Nikol Paşinyan onunla görüşmək istəmir. Bu vəziyyətdə Samvel Şahramanyan Qarabağ ermənilərinin hansı problemini həll edə bilər?"
Analitikin fikrincə, Paşinyanın mövqeyi belədir ki, havayı maaş dövrü arxada qalıb, bölgənin tamamı Azərbaycanın nəzarətinə keçib, bu səbəbdən Ermənistana köçən Qarabağ erməniləri, o cümlədən separatçıların “məmurları” və “deputatları” hamı kimi Ermənistanda özlərinə iş tapıb çalışmalıdırlar. Erməni lobbisi də Qarabağı tərk edən ermənilərə pul vermək istəyində deyil.
Siyasi təhlilçi Asif Nərimanlı hesab edir ki, erməni separatizmi artıq praktiki olaraq Azərbaycana təhlükə yaratmasa da, onların Ermənistanda “mövcud” olması və qondarma “hökumət” kimi qalması ilk növbədə Bakı-İrəvan xəttində sülh danışıqları üçün təhlükə yaradır. Onun sözlərinə görə, Qarabağ ermənilərinin etiraz aksiyasının sosial motivli olduğu aydındır, çünki separatçı rejimin özünü ləğv etməsi prosesi 1 yanvar 2024-cü il tarixinə qədər başa çatmalı idi və bu rejimdən “maaş” alanlar ən azı üç ay təmin olunacaqlarını düşünürdülər: “Lakin Ermənistan hökuməti daha maliyyə yardımı ayırmaqdan imtina edir və görünür, onlar bu aksiya ilə nəticə əldə etməyə çalışırlar. Paşinyanın qəbuluna düşə bilməyən Şahramanyan da bu yolla səsinin eşidilməsinə çalışır. Hərçənd, Şahramanyan da anlayır ki, özünü buraxmaq haqda qərardan imtina onların özü üçün də problem yaradacaq”.
Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, Ermənistanda olan ictimai-siyasi böhranın üzərinə bir də separatçıların problemləri əlavə olunub. Onun fikrincə, Paşinyan iqtidarı ilə bu qüvvələr pulları bölüşdürə bilmirlər: “Qondarma hökumətin adamları istəmirlər ki, vəsaitlər hakimiyyətdə olsun. Saxta hökumətin istiqrazlar üçün ödənilən pula görə təzminat tələb etdiyini görməkdəyik. Amma Paşinyan buna getməyəcək. Azərbaycan üçün burada dividentlər ondan ibarətdir ki, dünya ictimaiyyətinə Ermənistan hakimiyyətinin separatizmi dəstəklədiyini bir daha təqdim edək. Onsuz da hər il Qarabağ ermənilərinə yardım adı ilə İrəvan pul ayırırdı. Paşinyan 2023-cü ildə də vəsait ayırıb. Amma bu dəfə marionet rejim gorbagor oldu və indi ilin sonuna yaxın həmin qalan pullar üstündə qırğın gedir. Digər tərəfdən, Paşinyan Qarabağ ermənilərinə səsləndi ki, 100 milyon maliyyə ayrılıb, getməyin, problemləri həll edəcəyik. Hər halda, qanunsuz rejim son "akkord"larını vurur. Bu da pullarla bağlıdır. Artıq hər şeyi itiriblər, pulları xilas etmək haqda fikirləşirlər. Sadəcə, o vəsaitlər də separatizmin baş qaldırmasına xərclənə bilər. Hərçənd bunu edəcək taqətləri qalmayıb. Əgər Ermənistan hüquq-mühafizə orqanları araşdırma aparsalar, bu işdə böyük yeyintilər də aşkarlana bilər".
“Yeni Müsavat”
Bölməyə aid digər xəbərlər

Tarix: 24-10-2023, 12:57 Oxunub: 124
Bölməyə aid digər xəbərlər
5-10-2023, 08:51
Qukasyan meyitlərdən qızılı buna görə toplamışdı - ŞOK
11-09-2023, 08:16
Xankəndinin təhvil-təslim mərhələsi başlayır: Paşinyan "Vaqneri" Ermənistana niyə "gətirdi"
5-09-2023, 12:32
Xankəndidə silahlar işə düşür: Xaotik vəziyyət pik həddə
4-09-2023, 09:00
Araikdən sonra növbə Paşinyana çatdı: Rusiya Qafqazı qarışdırır, Ermənistanda çevriliş qərarı verilib
26-01-2023, 14:22
Rusiya Ermənistanda NƏ ETMƏK İSTƏYİR? - Ekspertlər danışır
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
13-09-2020, 18:35
Karantin rejimi ilə bağlı yeni qərar - BU MƏHDUDİYYƏTLƏR QALIR
13-09-2020, 17:01
Şərablar anbarlarda qalıb - MÜƏSSİSƏLƏR ÇƏTİN VƏZİYYƏTDƏ
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI