12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Sülh danışıqları: Vasitəçisiz sülh mümkündür? - ŞƏRH



"Azərbaycan Vətən müharibəsində qələbə qazanmaq və ərazi bütövlüyünü tam təmin etməklə münaqişəyə son qoydu".

Bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov "Cebhe.info"-ya açıqlamasında deyib.

O bildirib ki, münaqişə bitdikdən sonra bölgədə yeni siyasi politranın formalaşması başladı:

"Təbii ki, bu da Ermənistanın sülh müqaviləsini imzalamasından keçən bir məsələdir. Azərbaycan və Ermənistan arasındakı münasibətlərin normallaşması, eləcə də sülh müqaviləsinin imzalanması üçün Rusiya, ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə görüşlər keçirildi. Cənab Prezident İlham Əliyev bütün görüşlərdə iştirak etdi.

Bizi uğura aparan əsas məqam o idi ki, bütün görüşlərdə masada Azərbaycanın təklif etdiyi sülh gündəlikləri müzakirə olunurdu. Üstəlik, dövlət başçımız hər səfərdən uğurla qayıdırdı. Ermənistanın Baş naziri Nikol Paşinyan isə ölkəsinə qayıdanda çox böyük qınaqlara tuş gəlirdi və onun səriştəsizliyi qeyd olunurdu".

Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycan öz təklif etdiyi prinsiplərin üzərində duraraq bölgəyə daimi və dayanıqlı sülhün gəlməsi üçün real addımlar atırdı:

"Həmin sülh gündəliyi yalnız Azərbaycanın mənafeyi üçün yox, Ermənistanın və bölgənin də mənafeyinə uyğun idi. Sonradan Fransanın proseslərə qoşulmaq cəhdləri, qeyri-konstruktiv addımları və şərin yanında yer alması görüşlərin dayandırılmasına səbəb oldu.

Azərbaycan Prezidenti doğru addım ataraq Fransanın olduğu yerdə Türkiyənin də olacağını və yaxud da bu görüşlərin keçirilməyəcəyini qeyd etdi. Ondan sonra isə həmin formatdakı görüşlər dayandırıldı. Əslində dövlət başçımız görüşlərdə vasitəçilərin də maraqlarının olduğunu söylədi".

Deputat qeyd edib ki, ən düzgün və doğru seçim Azərbaycanla Ermənistan arasında müzakirələrin vasitəçisiz aparılmasıdır:

"Rəsmi Bakı və İrəvanın təkliflərini verməsi qismən də olsa iki ölkə arasında artıq müzakirələrin başlamasına işarə oldu. Hətta tərəflər bu yaxınlarda nümunə ortaya qoydu və dünyanı heyrətə gətirdi.

Heç bir vasitəçi olmadan hər iki ölkənin administrasiyası çox uğurlu bir layihə icra etdi. Beləliklə, xoş məram nümayiş etdirərək, tərəflər arasındakı görüşlərin gedişinə pozitiv not qatıldı".

Vüqar İskəndərov vurğulayıb ki, artıq Ermənistan cəmiyyətində də reallığı dərk edən insanlar var:

"Ümumiyyətlə, iki ölkə arasındakı müzakirələrin vasitəçisiz aparılması daha məqsədəuyğundur. Biz də bu məsələni zaman-zaman qeyd edirik. Əsasən də cənab Prezident İlham Əliyev dəfələrlə söyləyib ki, ən düzgün qərar iki ölkənin birbaşa danışıqlar aparmasıdır.

Erməni cəmiyyətində də bunu yavaş-yavaş anlamağa başlayır. Təbii ki, oradada prosesləri düzgün qiymətləndirən insanlar var. Onlar da artıq başa düşürlər ki, tərəflər bunu çox normal şəkildə müzakirə edə bilərlər. Əlbəttə, bunun üçün fürsətlər var və onun qaçırılması Ermənistan üçün arzuolunan deyil".

O qeyd dib ki, hazırda dalana dirənmiş və kommunikasiyalardan kənarda qalmış bir ölkəyə sülh müqaviləsinin imzalanması, sərhədlərin açılması hava-su kimi lazımdır:

"Azərbaycanın böyüklüyü ondan ibarətdir ki, sülh müqaviləsi imzalamaqla və Zəngəzur dəhlizinin açılması ilə yalnız öz milli maraqlarını deyil, Ermənistan və bütün bölgə üçün çox vacib fürsətlərin yaranması şərait yaradır. Ona görə də Ermənistan zaman itirmədən sülh müqaviləsinin imzalanması üçün vacib addımlar atmalıdır".

Tarix: 15-01-2024, 15:30 Oxunub: 18


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı