12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Bu yol Ermənistanı müharibə təhlükəsindən uzaqlaşdıracaq - GƏLİŞMƏ



Ermənistanda “Gallup International” mərkəzinin keçirdiyi son sorğunun nəticəsinə görə, faktiki hər iki ermənidən biri Azərbaycanla yeni müharibə təhlükəsinin real olduğunu bildirib. Əslində bunun obyektiv səbəbləri var. Biz nə qədər yeni müharibə istəmədiyimizi bildirsək də, 8 kənd və Zəngəzur dəhlizi məsələsində qətiyyətli mövqeyimizi davam etdiririk. Bu da ermənilərdə belə əhval-ruhiyyə yaradıb ki, Azərbaycan istəklərini əldə etmək üçün yeni müharibəyə başlaya bilər. Deməli, əgər ermənilər müharibə istəmirlərsə bu iki məsələnin həllini sürətləndirməlidirlər. Baş nazir Nikol Paşinyan bölgədə sülhün əldə olunması və əməkdaşlığa başlanılması üçün addım atarsa bunun qarşlığında Azərbaycan və Türkiyə Ermənistanın regional layihələrə qoşulması üçün imkan yaradacaqlar. Bu yol Ermənistanı müharibə təhlükəsindən uzaqlaşdıracaq.

Azər Fikrətoğlu

Tarix: 5-03-2024, 15:30 Oxunub: 34


Bölməyə aid digər xəbərlər