12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Hikmət Hacıyev: Ermənistanın mina terrorunun qurbanları arasında uşaqlar da var

Hikmət Hacıyev: Ermənistanın mina terrorunun qurbanları arasında uşaqlar da var


Ermənistanın mina terrorunun qurbanları arasında uşaqlar da var.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"də yazıb.

Onun sözlərinə görə, Ermənistanın 30 ildir davam edən hərbi işğalı nəticəsində Azərbaycanın azad edilmiş əraziləri Ermənistan tərəfindən minalarla ciddi şəkildə çirkləndirilib: "Minalar, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğular mülki vətəndaşlarımızın ölümünə və yaralanmasına səbəb olmaqda davam edir, yenidənqurma işlərinə və məcburi köçkünlərin geri qayıtmasına mane olur. Qurbanlar arasında mülki şəxslər, o cümlədən uşaqlar da var".

Tarix: 4-04-2024, 09:11 Oxunub: 34


Bölməyə aid digər xəbərlər