20:18 / 05-06-2026
AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
16:00 / 05-06-2026
Dünyanı lərzəyə gətirən terror zərbəsi: Omanın nəhəng neft terminalında dəhşətli partlayış
15:30 / 05-06-2026
Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
15:28 / 05-06-2026
Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
14:29 / 05-06-2026
Prezidentdən Azərbaycan Minifutbol Federasiyası ilə bağlı Sərəncam
14:22 / 05-06-2026
İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
12:48 / 05-06-2026
Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
11:41 / 05-06-2026
Onlar belə maaş alacaqlar
11:37 / 05-06-2026
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
11:21 / 05-06-2026
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
11:13 / 05-06-2026
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
10:39 / 05-06-2026
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
10:29 / 05-06-2026
Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
10:13 / 05-06-2026
Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
10:08 / 05-06-2026
Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
09:52 / 05-06-2026
Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
09:24 / 05-06-2026
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
09:00 / 05-06-2026
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
08:53 / 05-06-2026
Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
08:49 / 05-06-2026
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
08:41 / 05-06-2026
"Bitcoin" kəskin ucuzlaşdı
08:36 / 05-06-2026
Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
08:29 / 05-06-2026
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Almatıda keçiriləcək Mirzoyan-Bayramov görüşündə Ermənistan məğlub olduğu dövlətlə tək, vasitəçisiz, çətin vəziyyətdə qalacaq. Bu sözləri türkoloq Varujan Geqamyan erməni mediasına açıqlamasında deyib. Onun fikrincə, görüşdə vasitəçilərin iştirak etməməsi Azərbaycanın danışıqlarda dominantlıq etmək istəyindən xəbər verir: “Adətən daha zəif və daha həssas tərəfin maraqlarını qorumaq üçün vasitəçi tələb olunur, lakin indiki vəziyyətdə Ermənistan beynəlxalq birliyin dəstəyinə arxalana bilməyəcək və mövcud şəraitdə hərəkətə keçmək məcburiyyətində qalacaq. Türkiyə və Azərbaycan vasitəçilik platformasının mövcudluğunu istisna edən bir formatın yaradılmasına nail oldular ki, nəticədə Ermənistan onu məğlub edən iki ölkə ilə birbaşa təmasda olacaq, indi o, dəstək tapa bilməyəcək. Xüsusilə demarkasiya kontekstində sərhədyanı rayonların sakinlərinin hüquqlarını qoruya biləcək vasitəçi kimi beynəlxalq birliyə arxalanmaq çətindir”. Analitik deyib ki, Qərb də Azərbaycanı dəstəkləyir: “Ermənistan müdafiə siyasətinə sadiq qalmaq əvəzinə, güzəşt xəttinə üstünlük verdi və bu, son nəticədə onun suverenliyinin əhəmiyyətli dərəcədə zəifləməsinə, ölkənin Türkiyənin təsir zonalarından birinə çevirməsinə səbəb oldu”.
Məlumat üçün deyək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşəcəyi gözlənilir.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Astananın görüşdəki təşəbbüskarlığı böyük güc rəqabətinin gücləndiyi vaxtda Qazaxıstanın Rusiya, ABŞ və Çinlə getdikcə həlledici xarakter alan münasibətləri fonunda baş tutur. Ekspertin sözlərinə görə, görüş baş tutsa, Azərbaycan-Ermənistan münasibətlərinə təsir etmək istəyən ABŞ ilə Rusiya bunu az qala özünün “kölgə vasitəçiliyi” kimi qələmə verməkdən çəkinməyəcək:
"Eyni zamanda Qazaxıstanın Bakı-İrəvan münasibətləri üzrə dinamikası Çinin Mərkəzi Asiyada göstərəcəyi şücaəti üçün məqamlara da təkan verə bilər. Bu baxımdan, üç güc mərkəzi arasındakı böyüyən rəqabətin Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər uzanan (Zəngəzur dəhlizi layihəsinin mənzərəsində) əlaqələri təbii ki, Bakı-İrəvan gündəliyinə də təsirsiz ötüşməyəcək. Qısası, Azərbaycanla Ermənistan ikitərəfli qaydada danışıqlarda həvəslərini göstərsələr də, bunun kənar geosiyasi təsirlərə açıq qalmaq ehtimalı mövcuddur. Buna baxmayaraq, Bakı-İrəvan proqramının Almatı səhnəsi ikitərəfli razılıqların çərçivəsini genişləndirməyə imkan verən fürsətləri qiymətləndirir. Bundan əvvəl Ermənistan Qazaxın nəzarətində olan 7 kəndindən 4-nün Azərbaycana qaytarılmasına razılıq vermişdi. Almatı görüşündən sonra isə sülh müqaviləsinin mətninin hazırlanması və delimitasiya mövzusunun paralel formada inkişaf edəcəyini söyləyə bilərik. Üstəlik, bu görüş Cənubi Qafqazda təhlükəsizlik şəraitini aqressiv şəkildə dəyişməyə çalışanlara qarşı dirəniş nöqtəsi kimi bir nəticə hasil etməlidir. Azərbaycan buna çalışır, maksimal şəkildə İrəvanı ikitərəfli rejimdə razılıqlara dəvət edir. İrəvanda müəyyən siqnallar müsbətdir, lakin zəmanət tapmaq çətindir ki, Ermənistan gələcəkdə regionu beynəlxalq oyunçuların qarşıdurma sığınacağına çevirmək xəttinə getməyəcək. Almatı danışıqlarında Azərbaycan tərəfi yüksələn manevr imkanları fonunda Ermənistandan həmin zəmanətləri tələb edə bilər".
Politoloqun qənaətincə, XİN başçılarının gözlənilən görüşü baş tutsa, əldə edilən sülh düsturları üzrə yeniliklər Azərbaycan və Ermənistan rəhbərliyinə təqdim ediləcək: "Təqdim olunan tezislər sülh üzrə bundan sonrakı diqqətin necə ayrılmasını müəyyənləşdirəcək və Azərbaycan-Ermənistan liderlərinin növbəti görüşünə hazırlıq məqsədlərini özündə ehtiva edəcək. Azərbaycan və Ermənistan baş diplomatlarının Qazaxıstan görüşü Cənubi Qafqazla Mərkəzi Asiya arasında daha sıx əlaqə yaratmaq baxımından kritik məqama təsadüf edir. Güc episentrləri əldə oluna biləcək nəticələrə müdaxilə etmək potensiallarını bir daha nümayiş etdirə bilərlər. Lakin onların neytrallaşması daha çox İrəvanın sülh sükanını necə əlində saxlamasından asılı olacaq".
Bölməyə aid digər xəbərlər

Tarix: 6-05-2024, 14:00 Oxunub: 77
Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
2-05-2024, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
29-12-2023, 16:00
Paşinyan sülh müqviləsi BAĞLASA BELƏ... - eyni uğurla poza da bilər...
2-08-2023, 09:32
Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi - TAM MƏTN
4-04-2023, 12:12
Prezident “Azəri-Mərkəzi-Şərqi” platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edib - YENİLƏNİB
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
17-01-2023, 09:00
Ərdoğan Baydeni məğlub edir: ABŞ Türkiyə qarşısında niyə geri çəkildi
21-12-2022, 12:04
Dəhliz açılır, Azərbaycan polisi Xankəndiyə girir - Geqamyan
2-11-2022, 15:30
Soçidə daha çox Rusiyanın taleyi həll olundu... - NƏ BAŞ VERİR?
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO