20:18 / 05-06-2026
AAYDA-nın sədr müavinləri işdən çıxarıldı - Sərəncam
16:00 / 05-06-2026
Dünyanı lərzəyə gətirən terror zərbəsi: Omanın nəhəng neft terminalında dəhşətli partlayış
15:30 / 05-06-2026
Marketlərdə satılan bu UCUZ MƏHSUL ciddi problemin dərmanı imiş
15:28 / 05-06-2026
Vətəndaşlarımızın öldüyü gəminin - Videosu
14:29 / 05-06-2026
Prezidentdən Azərbaycan Minifutbol Federasiyası ilə bağlı Sərəncam
14:22 / 05-06-2026
İşıqpulu çox gəlirsə, bu cihaza diqqət edin
12:48 / 05-06-2026
Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib
11:41 / 05-06-2026
Onlar belə maaş alacaqlar
11:37 / 05-06-2026
Bu şəxslər hərbi xidmətə çağırılan zaman imtiyazlar veriləcək
11:21 / 05-06-2026
Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
11:13 / 05-06-2026
Sürücülərin 20 bal problemi parlamentə çıxdı
10:39 / 05-06-2026
Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başlayıb
10:29 / 05-06-2026
Paşinyandan şok etiraf: ATƏT MQ yaradılmışdı ki, Qarabağ münaqişəsi həll edilməsin
10:13 / 05-06-2026
Paşinyan: KTMT-dən çıxacağıq, Lukaşenkoya bir daha imkan vermərik ki...
10:08 / 05-06-2026
Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək
09:52 / 05-06-2026
Zeynəb Cavadlı eks-ərinin şikayəti əsasında saxlanılıbmış
09:24 / 05-06-2026
Prezident millimizi qələbə münasibətilə təbrik etdi
09:00 / 05-06-2026
Avtobus və metrodan istifadə edənlərə ŞAD XƏBƏR
08:53 / 05-06-2026
Tokayev Qazaxıstan prezidenti haqqında qanunu imzaladı
08:49 / 05-06-2026
DTX-də kibertəhqiqat istiqaməti fəaliyyətə başladı
08:41 / 05-06-2026
"Bitcoin" kəskin ucuzlaşdı
08:36 / 05-06-2026
Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
08:29 / 05-06-2026
Azərbaycanın minifutbol millisi Avropa çempionu olub
16:00 / 04-06-2026
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
15:30 / 04-06-2026
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
12:34 / 04-06-2026
Sabah 32 dərəcə isti olacaq
12:30 / 04-06-2026
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
12:26 / 04-06-2026
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən Xocalı hava limanında Rusiya sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə Azərbaycan Müdafiə Nazirliyinin, eləcə də Rusiya Müdafiə Nazirliyinin, sülhməramlı kontingentinin, Azərbaycandakı Rusiya səfirliyinin rəsmi nümayəndələri, hərbi qulluqçular və media nümayəndələri iştirak ediblər. Qonaqlar Rusiya sülhməramlı kontingentinin Qarabağ iqtisadi rayonu ərazisində fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olduqdan sonra fəxri kürsüyə dəvət olunub və mərasimin proqramı elan edilib.
Tədbirdə əvvəlcə həlak olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev tədbirdə çıxış edib.
Daha sonra Rusiya Quru Qoşunlarının Baş Qərargah rəisi, general-polkovnik Yevgeni Nikiforov çıxış edərək Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin fəaliyyətindən danışıb. Rusiya Federasiyasının müdafiə naziri, Baş Qərargah rəisi və öz adından Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularına hərbi vəzifələrini layiqincə yerinə yetirdiyinə, Azərbaycan Silahlı Qüvvələrinin hərbi rəhbərliyinə isə səmərəli birgə əməkdaşlığa və əldə edilmiş anlayışa görə dərin minnətdarlığını bildirib.
Daha sonra Azərbaycan və Rusiya müdafiə nazirlərinin əmrləri ilə təltif olunan hərbi qulluqçulara medallar təqdim olunub, rəsmi qonaqlar arasında hədiyyə mübadiləsi baş tutub. Tədbirin sonunda Azərbaycan və Rusiya Müdafiə nazirliklərinin yaradıcı kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.
Bununla da rus hərbçilərinin Qarabağdakı 4 illik missiyası sona yetib. Lakin bu 4 ildə sülhməramlılar yaddaşlarda heç də yaxşı iz buraxmadılar. Qarabağdakı erməni separatçılarının hamisi rolunda çıxış etmiş rus hərbçilərinin bölgəni tərk etməsi ətrafında AYNA-nın suallarını ehtiyyatda olan polkovnik Şair Ramaldanov cavablandırıb. Hərbçi qeyd edib ki, sülhməramlıların bölgəni tərk etməsi gözlənilən idi:
- Azərbaycan yeni reallıq yaratdı, addımları ilə Rusiyanın sülhməramlılarının bölgədə varlığına səbəb vermədi. Ötən ilin sentyabrında Azərbaycanın Qarabağda separatçı ünsürlərə qarşı keçirdiyi antiterror əməliyyatından sonra rusların ərazilərimizdə xidmət aparmasına ehtiyac qalmamışdı. Bir növ, antiterror əməliyyatı sülhməramlı missiyanın başa çatmasına da zəmin yaratdı və onlar vaxtından əvvəl əraziləri tərk etdilər. Rusiya sülhməramlılarının missiyası Qarabağ bölgəsindəki erməni əhalinin təhlükəsizliyini təmin etmək, onların Azərbaycana inteqrasiyasında köməklik göstərmək idi. Antiterror əməliyyatından sonra isə erməni əhali bölgəni könüllü şəkildə tərk etdi. Onlar Azərbaycanın şərtlərini qəbul etmədilər, vətəndaşımız olmaq istəmədilər və çıxıb getdilər. Bundan sonra isə sülhməramlıların artıq orada işi qalmadı. Nəticədə, dünən sülhməramlılar Xocalıda keçirilən təntənəli tədbirlə yola salındılar.
Çoxları bildirirdilər ki, Rusiya sülhməramlıları bölgədən çıxmayacaq. Hətta Ermənistandakı Rusiya hərbi bazasının Qarabağa köçürüləcəyini iddia edənlər də var idi. Amma Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin dəqiq siyasəti nəticəsində bu iddiaların əsassız olduğu ortadadır. Prezident incə diplomatik gedişlə sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılmasına nail oldu. Mərhələli, zərgər dəqiqliyi ilə aparılan siyasət Rusiya ilə hansısa qarşıdurma olmadan sülhməramlıların çıxarılması ilə nəticələnmiş oldu.
- Dörd ilə yaxın Qarabağda olan Rusiya hərbçiləri yaddaşlarda necə qaldı?
- Deməzdim ki, xoş xatirələr qoydular. 44 günlük müharibədən sonra Qarabağa yerləşən sülhməramlılar bölgədə qalmış erməni separatçılarına köməkləri ilə yaddaşlarda mənfi iz buraxdılar. Separatçılar Qarabağda separatizmi davam etdirdilər, inteqrasiyaya mane oldular. Onların bu addımlarına sülhməramlılar susqun yanaşdılar. Eyni zamanda, ərazilərimizdə separatçı terrorçular səngərlər qazdılar, bölgəyə Ermənistandan silah-sursat daşıdılar. Rusiya hərbçiləri bunlara nəinki göz yumdular, hətta bəzən yardım da etdilər. Bununla yanaşı, Qarabağda 2021-22-ci illərdə istehsal olunmuş minalar aşkarlandı. Azərbaycan bunu əyani faktlarla nümayiş etdirdi. Həmin minalar təbii ki, 44 günlük müharibədən sonra erməni terrorçular tərəfindən əraziyə gətirilmişdi. Bunların hamısı da sülhməramlıların gözü qarşısında həyata keçirilmişdi. Demək olar ki, həmişə sülhməramlılar Azərbaycana qarşı qərəzli mövqedə dayandılar. Onların pis əməlləri haqqında yüzlərlə fikir söyləmək olar. Dəfələrlə Azərbaycan rəsmi şəkildə Rusiya tərəfinə sülhməramlıların fəaliyyətindən narazı olduğunu çatdırdı. Ona görə də deyə bilmərəm ki, 4 ilə yaxın müddətdə sülhməramlılar missiyalarını layiqincə yerinə yetirdilər.
- Sizcə, Qarabağdan çıxarılan sülhməramlılara Rusiya ordusunda bundan sonra hansı missiya həvalə olunacaq?
- Əlbəttə, bu, Rusiya Müdafiə Nazirliyinin qərarına bağlıdır. Mən deyə bilmərəm ki, onların bundan sonrakı xidməti nə olacaq, hara olacaq. Amma ehtimal var ki, Ukrayna müharibəsində xidmətə cəlb ediləcəklər. Ola bilsin ki, rus əsgərləri Ukrayna cəbhəsinə göndərilsinlər. Yaxud da ki, Rusiyanın başqa xidmət yerlərinə yönləndirilə bilərlər. Yenə deyirəm, bu, Rusiya Müdafiə Nazirliyinin, hərbi komandanlığının verəcəyi qərara bağlıdır.
Bölməyə aid digər xəbərlər

Tarix: 17-05-2024, 14:22 Oxunub: 229
Bölməyə aid digər xəbərlər
27-12-2023, 10:36
Elm adamı, neftçi və şair - Nazim Vəliyev
25-05-2023, 09:58
Kərim Vəliyev pakistanlı nazirlə birgə təlimləri və erməni təxribatlarını müzakirə edib - FOTO
4-05-2023, 10:14
Hərbi Prokurorluqda Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
24-02-2023, 00:38
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Hərbi Prokurorluqda elmi-praktiki konfrans keçirilib
14-09-2022, 11:44
50 şəhidin fotosu...
19-08-2021, 10:42
AZAL rəhbəri Cahangir Əsgərov sualları cavablandırdı
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO