09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
10:47 / 27-07-2026
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
10:35 / 27-07-2026
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
10:26 / 27-07-2026
Qarabağ və Şərqi Zəngəzura 1 milyard manatdan çox pul qoyulub
10:21 / 27-07-2026
Kalininqrad uğrunda yeni savaş – Putindən qəzəbli açıqlama
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil

Rusiya ilə savaşda məğlub olarsa, Ukraynanın bərpası və NATO üzvlüyünə hazırlanması onilliklər boyu davam edə bilər, digər tərəfdən, müharibədə qalib gələcəyi təqdirdə, Rusiya buna heç bir halda, imkan verməz... Əslində, Rusiyanın Ukraynaya hərbi müdaxiləsində də NATO-ya üzvlük cəhdlərinə Kremlin radikal reaksiya faktoru birbaşa rol oynamışdı, bu baxımdan, ABŞ-ın dövlət katibi yeni şərtli vədi ilə rəsmi Kiyevin bütün ümidlərini “dəfn” etmiş oldu...
ABŞ və Qərbin MBD məkanı üzərində qurduğu bütün planlar bir-birinin ardınca iflasa uğramağa başlayıb. Belə ki, Qərb siyasi dairələri Rusiya ilə qlobal qarşıdurmada MDB məkanına yerləşmək, postsovet dövlətlərini Kremldən uzaqlaşdırıb, əks düşərgənin təsiri altına salmaq ssenariləri üzrə hərəkət edirdilər. Son illərdə bu istiqamətdə müəyyən uğurlar da qazanılmışdı. Və Qərbin Rusiya ilə qarşıdurmada daha radikal davranması, MDB məkanına hərbi-siyasi cəhətdən yerləşmək qərarı verməsi bumeranq effekti vermiş oldu.
Hazırda ABŞ və Qərbin Rusiya ilə açıq toqquşma platsdarmları kimi, ilk növbədə Ukrayna və Cənubi Qafqaz diqqəti çəkir. Belə ki, Qərb siyasi dairələri MDB məkanına məhz Ukrayna üzərindən yerləşməyin vaxtı çatdığını düşünməklə, əslində, strateji səhvə yol vermiş oldular. Çünki NATO-nun hərbi-siyasi dəstəyi ilə Ukraynanın Rusiyaya qarşı savaşa sövq edilməsindən sonra Qərbi məyus edən əsas faktorlar üzə çıxmağa başladı. Məlum oldu ki, Rusiya Qərbdə düşünüldüyü kimi zəif deyilmiş, uzunmüddətli savaş ssenarilərinə qarşılıq vermək potensialına malikmiş. Və indi Rusiya Ukrayna savaşında hərbi təşəbbüsü ələ keçirmiş kimi görünür.
Ən əsasısa, belə davam edərsə, Ukraynanın hərbi məğlubiyyəti qaçılmaz olacaq. Üstəlik, Rusiyaya hərbi-siyasi məğlubiyyətə paralel olaraq, ABŞ və Qərb dağıdılmış Ukraynanın timsalında yeni ağır problemlə qarşı-qarşıya qalacaq. Çünki məğlub Ukraynanın gələcək taleyini müəyyən etmək o qədər də asan məsələ deyil. İlk növbədə Rusiyanın hərbi qələbə sayəsində qabaran iştahını təmin etmək lazım gələcək. Bunun ardıncasa, indiki Ukraynadan geri qalan hissənin yenidən dövlət statusu qazanmasına, böyük ölçüdə dağıdılmış bu ölkənin bərpasına yüzmilyardlarla maliyyə vəsatinin xərclənməsi üçün qaynaqlar da tapılmalıdır.
Digər tərəfdən, savaşdan sonra fərqli sərhədlərə malik olacaq Ukraynanın təhlükəsizliyi barədə də düşünməyə ehtiyac yaranacaq. Halbuki, Qərb siyasi dairələrində də artıq etiraf olunmağa başlandığı kimi, güclənmiş Rusiyanın iddialarına paralel olaraq, Ukraynaya təhlükəsizlik təminatı vermək də qəliz məsələdir. Hər halda, Kremlin bu məsələdə Rusiyanın qlobal və geopolitik maraqları çərçivəsində Qərbə şərtləri diqtə etməyə çalışacağı artıq indidən qətiyyən şübhə doğurmur.
Xüsusilə də, onu nəzərə almaq lazımdır ki, Kreml Ukrayna savaşından sonra Avropa məkanında hərbi-siyasi və maliyyə-iqtisadi proseslərə daha kobud müdaxilədən çəkinməyə bilər. Bu haldasa, ABŞ və Qərbin yalnız Ukraynanın deyil, həm də Avropa Birliyi məkanının gələcək taleyi barədə düşünmək məcburiyyətində qala biləcəyini iddia etmək mümkündür. Halbuki, ABŞ və Qərbin bu qədər ağır hərbi-siyasi və maliyyə-iqtisadi ziddiyyətlərin yaradacağı problemləri daşımaq imkanları ümidverici təsir bağışlamır. Və bu baxımdan, Qərbin qarşısında Ukraynaya Rusiya üzərində hərbi qələbə qazandırmağın yollarını tapmaq kimi önəmli mərhələ dayanır.
Təbii ki, Rusiya üzərində hərbi qələbəni sadəcə, ABŞ dövlət katibi Entoni Blinkenin Ukrayna paytaxtı Kiyevin gecə barlarında gitara ilə “konsert” verməsi hesabına təmin etmək qətiyyən mümkün deyil. ABŞ dövlət katibinin bu davranışı Ukrayna əhalisinin yalnız əhval-ruhiyyəsini bir qədər yüksəldə bilər. Ancaq savaş meydanında konkret hərbi uğurlar qazanmaq üçün daha fərqli variantların sınaqdan keçirilməsi olduqca vacibdir. Və Qərbin belə ehtiyat variantlarının olub-olmadığı isə hələlik müəmmalı xarakter daşıyır.
Məsələ ondadır ki, ABŞ və Qərbin son vaxtlar Ukraynaya ayırdığı maliyyə dəstəyi Rusiya üzərində hərbi qələbəni təmin etmək üçün yetərli görünmür. Üstəlik, Qərbdə bəzi ölkələr Ukrayna savaşının maliyyələşdirilməsi ilə bağlı yükü daşımağa daha o qədər də həvəsli olmadıqlarını da qətiyyən gizlətmirlər. Halbuki, Qərbdə bu məsələ ilə bağlı Ukraynanın üzərinə minnət qoyulması da rəsmi Kiyev tərəfindən açıq-aşkar qıcıqla qarşılanır. Və prezident Volodimir Zelenskinin buna verdiyi reaksiya da əslində, Qərbə narazılıq mesajı kimi qəbul oluna bilər.
Prezident Volodimir Zelenski açıq mətnlə bildirib ki, ABŞ və digər Qərb ölkələrinin ayırdığı maliyyə dəstəyi qətiyyən Ukraynaya verilmir. Belə ki, həmin maliyyə vəsaitləri onu ayıran ölkələrin daxilində xərclənir, yeni müəssisələr və iş yerləri açılır. Yəni, maliyyə vəsaiti ayıran ölkələrin əslində, elə bir ciddi itkiləri olmur. Əksinə, Ukraynaya ayrılmış maliyyə vəsaitləri ABŞ və Qərb ölkələrinə gəlir gətirir. Ayrılmış maliyyə vəsitinin məbləği isə Ukraynanın hesabına borc kimi yazılır. Və bu, Ukraynanın gələcək taleyini daha da qəlizləşdirir.
Göründüyü kimi, Ukraynanı heç də vəd olunan “parlaq gələcək” gözləmir. Bu ölkənin gələcək sərhədləri elə indidən qeyri-müəyyən xarakter daşıyır. Savaşdan sonra belə bir dövlətin olub-olmayacağı, Qərb ölkələrinin onun bərpasına xərc çəkməyə həvəs göstərəcəkləri də müəmmalı olaraq qalır. Üstəlik, son vaxtlar ABŞ və Qərbin Ukraynaya verdiyi vədlərin məzmunu da situasiyanın olduqca qəliz olduğuna əminlik yaradır.
NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna məğlub olarsa, bu ölkənin bərpasına xərc çəkməyə ehtiyac olmayacağını artıq indidən açıq mətnlə bəyan edib. ABŞ-ın dövlət katibi Entoni Blinken isə Kiyev səfəri zamanı Qərbin Ukraynanı əvvəlcə NATO-ya üzvlüyə yaxınlaşdıracağını, yalnız bundan sonra bu qurumun sıralarına qatacağını biıdirib. Və bu, əslində, Ukraynanın NATO-ya heç vaxt üzv ola bilməyəcəyinə yumşaq eyhamdır.
Hər halda, Rusiya ilə savaşda məğlub olmuş Ukraynanın bərpa edilməsi və NATO üzvlüyünə hazırlanması onilliklər boyu davam edə bilər. Digər tərəfdən, savaşda qalib gələcəyi təqdirdə, Rusiya Ukraynanın NATO üzvlüyünə heç bir halda, imkan verməz. Əslində, Rusiyanın Ukraynaya hərbi müdaxiləsində də NATO-ya üzvlük cəhdlərinə Kremlin radikal reaksiya faktoru birbaşa rol oynayır. Və bu baxımdan, ABŞ dövlət katibinin şərtli vədləri Ukraynanın bütün ümidlərinin üzərindən çarpaz xətlərin çəkilməsi anlamı daşıyır.(Yeni Müsavat)
Bölməyə aid digər xəbərlər

Tarix: 18-05-2024, 09:18 Oxunub: 73
Bölməyə aid digər xəbərlər
18-03-2024, 10:00
NATO indi də Cənubi Qafqaza can atır: Bu hərbi-siyasi alyansın hədəfləri Bakının mövqeyindən asılıdır
28-02-2024, 08:12
Ukrayna Qərblə qisas savaşına başlayır: “Ölkəmizi məhv etdiniz” ittihamı ilə məhz Avropa hədəfə alınıb
18-12-2023, 09:41
Qoca Co Rusiyanın qələbəsini anons etdi: ABŞ-ın ardınca NATO da Ukraynaya arxa çevirir
4-12-2023, 08:23
Ağ Ev Kiyevə ayırdığı paraları amerikalılara "yedirdib": NATO isə Ukraynaya üzvlük vəd etsə də, "qapıları" qapadır
25-11-2023, 10:00
Qərb Moldova və Gürcüstana sarsıdıcı zərbə vurdu: Ukraynanı isə Donbas və Krımı Rusiyaya verməyə məcbur edirlər
8-08-2023, 08:15
Kreml "Avropada xaos planı"nı hərəkətə gətirir: Rus kəşfiyyatına bağlı "yatmış hücrələr" oyadılır
22-04-2023, 21:27
NATO Ukraynaya sərt üzünü göstərdi, ağır şərtlər qoydu: Rusiya darmadağın edilməsə, o "qapı" açılmayacaq
6-04-2023, 09:36
Rusiyanın Türkiyə ümidləri boşa çıxdı: NATO nüvə savaşını anons etdi
2-03-2023, 09:00
ABŞ Rusiyanın cənub sərhədlərini qapadır: Qafqazın ardından Orta Asiya da Kremlin əlindən alınır
23-01-2023, 09:00
Türkiyə masadan çəkildi, NATO-nun planı bloklandı: Rusiya niyə İslam ölkəsi olduğunu iddia edir
31-01-2022, 09:12
NATO-dan erməni separatizminə sarsıdıcı zərbə: Rus sülhməramlılar Xankəndidən çıxmalı olacaq
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO