17:17 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
11:37 / 25-11-2024
Əli Əsədov qərar imzaladı
12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Baqrat Nikolu bəs NECƏ DEVİRMƏK İSTƏYİR Kİ... - HƏQİQƏTƏN DƏ...



Erməni keşiş Baqrat Qalstanyan siyasətdə naşı olduğunu və başından hündürə tullanmaq istədiyini bir daha biruzə verib. Keşiş jurnalistlərdən birinin “hökumət erkən seçkiyə qərar verərsə münasibətiniz necə olacaq” sualına belə cavab verib ki, bu məsələni nəzərdən keçirmirlər. Necə yəni nəzərdən keçirmirsiz? Bəs onda baş nazir Nikol Paşinyanı necə hakimiyyətdən uzaqlaşdırmaq istəyirsiniz? Adətən müxalifət hakimiyyətin istefasını tələb edəndə paralel olaraq erkən seçkilər tələb edir. Deməli keşiş və onun arxasındakı qüvvələrin dərdi seçki yoluyla hakimiyyətə gəlmək deyil, xunta rejimi formalaşdırmaqdır. Görünür, seçkidə yenə məğlub olacaqlarını anlayırlar. Əslində Nikol Paşinyan keşişin “erkən seçki istəmirik” ifadəsindən radikallara qarşı istifadə edə bilər.

Elxan Şahinoğlu

Tarix: 29-05-2024, 16:00 Oxunub: 40


Bölməyə aid digər xəbərlər