09:19 / 13-06-2026
Polis əməliyyat keçirdi
09:11 / 13-06-2026
Şuşada TDT Forumu keçirilir
Emin Əmrullayev məzunları təbrik etdi

Emin Əmrullayev məzunları təbrik etdi


Elm və təhsil naziri Emin Əmrullayev sosial media hesabında "Son Zəng"lə bağlı paylaşım edib.

Paylaşımda deyilir:

"Əziz məzunlar,

Bu gün həyatınızın yeni bir mərhələsi başlayır. Geridə qoyduğunuz məktəb illəri sizə yalnız bilik deyil, həm də dəyərlər və həyatda doğru seçimlər etmək bacarığı qazandırdı. Bu yolda sizə böyük fədakarlıqla yol göstərən dəyərli müəllimlərimizə, övladlarının hər uğur və çətinliyində yanlarında olan əziz valideynlərimizə təşəkkür edirəm.

Müasir və güclü Azərbaycanın gələcəyi sizin bilik, bacarıq və intellektinizdən asılıdır. İnanıram ki, seçəcəyiniz peşədən asılı olmayaraq, hər biriniz ölkəmizin inkişafına dəyərli töhfə verəcəksiniz.

Əziz məzunlar, sizə uğurlar və yeni-yeni nailiyyətlər arzulayıram!"

Tarix: Bu gün, 09:57 Oxunub: 2


Bölməyə aid digər xəbərlər