17:17 / 25-11-2024
Ədalət Verdiyev həbs edildi
16:00 / 25-11-2024
"Qarabağ" ölkə çempionatları tarixinin rekordunu təkrarlayıb
15:30 / 25-11-2024
Banka borcu olanları SEVİNDİRƏCƏK XƏBƏR
14:22 / 25-11-2024
Bakıda və bölgələrdə leysan olacaq - XƏBƏRDARLIQ
13:58 / 25-11-2024
Prezident bələdiyyələrin birləşməsi haqqında qanunu təsdiqləyib
12:42 / 25-11-2024
Nazirdən iş yerləri ilə bağlı xoş xəbər
12:02 / 25-11-2024
İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
11:37 / 25-11-2024
Əli Əsədov qərar imzaladı
11:33 / 25-11-2024
XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib
11:14 / 25-11-2024
Baş nazir Milli Məclisdə çıxış edəcək
09:57 / 25-11-2024
Balıqların qiyməti bahalaşdı - Ən çox bu balıqlar alınır
09:54 / 25-11-2024
Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
09:02 / 25-11-2024
Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
09:00 / 25-11-2024
Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi
08:58 / 25-11-2024
Rusiya planına Ankara əngəli: "Türklər ərazilərimizi işğaldan qurtardılar"
08:53 / 25-11-2024
Ukraynalı komandirdən Rusiyaya sərt sözlər - "Yer üzündən silinməlidir..."
08:49 / 25-11-2024
Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
08:44 / 25-11-2024
Mask mümkün üçüncü dünya müharibəsinin risklərindən danışdı
08:40 / 25-11-2024
İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
08:36 / 25-11-2024
Bu gün Kəlbəcər Şəhəri Günüdür
16:00 / 23-11-2024
Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
15:30 / 23-11-2024
Bazar gününün havası açıqlandı
13:16 / 23-11-2024
Paşinyan: Bakıya qarşı iddiadan da əl çəkəcəyik
12:19 / 23-11-2024
Türkiyədən İraqa xəbərdarlıq: İraq türkmənlərinin yanındayıq
12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
11:55 / 23-11-2024
70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş
11:50 / 23-11-2024
Daha bir ölkə Netanyahunu həbs edəcək
Kamaləddin Qafarov: “Ermənistan regional layihələrdən kənarda qala bilər”
“Ölkə Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirakı zamanı moderatorun suallarını cavablandırarkən Orta Dəhlizin bir çox üstünlüklərini qeyd edib. Bu ildən etibarən Azərbaycanın neftin tranzitini artıq həm də Qazaxıstandan etməyə başladığını diqqətə çatdıran Prezidentimiz bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialının mövcudluğunu qeyd etdi və bildirdi ki, bunun üçün də bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmalıdır.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat Prezident İlham Əliyevin tezliklə Bakıda azad iqtisadi zonanın açılışı ilə bağlı verdiyi açıqlamanın da əhəmiyyətini qeyd edib: “Möhtərəm dövlət başçımız bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmağın vacibliyini vurğulamaqla yanaşı, ölkəmiz üçün bunun yeni iş yerlərinin açılması və yerli istehsalın daha da artması baxımından da xüsusilə əhəmiyyətli olduğunu qeyd etdi. Məhz bu səbəbdən Azərbaycan hazırda iqtisadiyyatın şaxələndirilməsi üzərində ciddi iş aparır ki, bu da ölkəmizə ixracı şaxələndirməyə imkan verəcək, çünki biz xidmət ixrac edəcəyik. Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşməsi Azərbaycan üçün əlavə biznes imkanları yaradır. Prezident İlham Əliyev tezliklə Bakıda, dəniz limanının yaxınlığında yerləşən azad iqtisadi zonanın açılışı olacağını diqqətə çatdırdı və bildirdi ki, bu azad iqtisadi zona istehsal müəssisələrinin fəaliyyəti və şirkətlərin investisiya yatırması üçün əlverişli yer olacaq. Əlbəttə ki, uğurun əldə olunması üçün biznes mühitinin təkmilləşdirilməsi mühüm amillərindən biridir. Lakin təkcə biznes mühiti kifayət deyil, tərəfdaş ölkələr arasında siyasi əlaqələrin vəziyyəti də son dərəcə mühümdür. Bu baxımdan qlobal miqyasda ən mehriban münasibətlərə əsaslanan Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə, Gürcüstan-Türkiyə ikitərəfli əlaqələri və Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələri həqiqətən də unikallığı ilə seçilir. Beləliklə, beynəlxalq dəhlizin bu tərəfində bütün məsələlər həll olunub. Lakin dövlətimizin başçının dediyi kimi, Şərq-Qərb istiqamətinin üstünlükləri üzərində işləməklə yanaşı, Qərb-Şərq istiqamətinin də əhəmiyyətini nəzərdən qaçırmaq olmaz. Hələ ki, əsas diqqət Çindən, Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Avropaya yüklərin daşınmasına yönəlsə də, artıq yüklərin əks istiqamətdə daşınması barədə də düşünmək lazımdır.”
K.Qafarov Ermənistanın bütün bu layihələrdən təcrid olunmasının yeganə səbəbkarının bu ölkənin öz hökuməti olduğuna dair Prezident İlham Əliyevin verdiyi birmənalı açıqlamaların ünvanlı mesaj xarakteri daşıdığını qeyd edib: “Panel iclasda iştirak edən Avropa təmsilçisi, komissar Yoxannes Han bu önəmli beynəlxalq tədbirdə üç Cənubi Qafqaz ölkəsindən yalnız ikisinin, Azərbaycan və Gürcüstanın iştirak etdiklərini diqqət mərkəzinə çəkməklə müzakirələri müəyyən qədər Azərbaycan-Ermənistan münasibətlərinə yönəltməyə çalışdı. Lakin cənab Prezident İlham Əliyev bu kimi eyhamlara hər zaman açıq və birmənalı ifadələrlə cavab verir. Ermənistanla münasibətlərin hazırda faktiki olaraq “havadan asılı” vəziyyətdə olmasının yeganə səbəbi, əlbəttə ki, Azərbaycanın beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifinə rəsmi İrəvanın hələ də cavab verməməsidir. Ermənistan üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Azərbaycan və Gürcüstanın birgə irəli sürdükləri təklifi də rədd edib. Təbii ki, belə olan vəziyyətdə Ermənistan hələ uzun müddət bütün regional layihələrdən kənarda qalacaq. Azərbaycanın irəli sürdüyü təkliflər isə, əlbəttə ki, daim masa üzərində qala bilməz. Odur ki, Ermənistan hökuməti bütün bu məsələlər barədə yaxşı-yaxşı düşünməlidir.”
Bölməyə aid digər xəbərlər

Tarix: 26-01-2023, 11:03 Oxunub: 35
Bölməyə aid digər xəbərlər
22-01-2023, 16:51
Eltun Süleymanov: “Ermənistan öz aqressiv siyasəti ilə özünü bütün layihələrdən kənarda qoyub”
28-12-2022, 16:10
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”
2-12-2022, 08:44
Kamaləddin Qafarov: “Azərbaycan sülh istəyir”
22-11-2022, 09:21
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
20-10-2022, 09:11
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər - YENİLƏNİB
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
15-09-2020, 11:19
Baş nazir Qərar imzaladı
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək