15:30 / 28-07-2026
Moskvanın Qarabağ açıqlaması İrəvanı ayağa qaldırdı – yeni siyasi qalmaqal
14:22 / 28-07-2026
Türkiyə İsrailə müdaxiləyə hazırlaşır – Təl-Əvivdə Ankara qorxusu
14:10 / 28-07-2026
Tacikistandan geri çağırıldı - Qazaxıstana səfir təyin edildi
14:00 / 28-07-2026
Şəhid oğlunun iddiaları ilə bağlı - Rəsmi açıqlama
12:00 / 28-07-2026
Əliyevlə Putin telefonla danışdı
11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
Aqiyə Naxçıvanlı: “Prezident İlham Əliyev Avropa ictimaiyyətini ən çox düşündürən enerji təhlükəsizliyi və qaz təchizatı məsələləri ilə bağlı əhəmiyyətli açıqlamalar verib”

“Ölkə Prezidenti cənab İlham Əliyevin 2023-cü il 19 yanvar tarixində Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında etdiyi çıxışında Orta Dəhliz layihəsi, Mərkəzi Asiya, Qafqaz və Avropa ölkələri arasında daha da sıx əməkdaşlıq imkanları, Avropa bazarlarına təbii qaz ixracı həcminin artırılması perspektivləri və Avropa ictimaiyyətini maraqlandıran bir çox digər vacib məsələlər barədə ətraflı açıqlamalar təqdim olunmuşdur. İlk növbədə möhtərəm dövlət başçımız qeyd etmişdir ki, istənilən çoxmillətli təşəbbüsün uğur qazanması üçün əsas şərtlərdən biri həmin layihədə iştirak edən ölkələr arasında yaxşı münasibətlərin mövcud olmasıdır. Orta Dəhliz layihəsinın də belə bir üstünlüyü vardır. Məlumdur ki, Azərbaycan özünün xarici əlaqələrinin genişlənməsinə, dost və tərəfdaş ölkələrlə münasibətlərin dərinləşməsinə və möhkəmlənməsinə hər zaman xüsusi diqqət yetirir. Xüsusilə son dövrlərdə cənab Prezident İlham Əliyevin istər Avropa, istərsə də Orta Asiya ölkələrinə etdiyi çoxsaylı səfərlər də əməkdaşlıq əlaqələrinin şaxələnməsinə xidmət edir. Məhz bu baxımdan da Azərbaycanın iştirakçısı olduğu bütün digər beynəlxalq layihələr kimi, Orta Dəhliz layihəsinə də mühüm töhfələr verdiyini əminliklə demək olar.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Fikirlərini davam etdirən deputat həmçinin qeyd edib ki, Azərbaycan layihənin ən qısa zamanda tam gücü ilə reallaşması üçün öz üzərinə düşən işlərin böyük hissəsini artıq başa çatdırıb: “Dövlət başçımızın da öz çıxışında qeyd etdiyi kimi, bu gün Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanı 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün dövlətimiz tərəfindən vəsait ayrılıb. Təbii ki, bu addımlar Avrasiya məkanında cərəyan edən proseslərin təhlili nəticəsində, məqsədyönlü şəkildə hazırlanır. Hazırda Mərkəzi Asiyadan böyük həcmdə yüklərin istiqamətinin dəyişilməsi müşahidə olunur və bu, hələ başlanğıcdır. Məlumdur ki, ötən ilin sonlarına qədər Azərbaycan neftin tranzitini sadəcə Türkmənistandan həyata keçirirdi. Artıq bu ildən isə neftin daşınmasına həmçinin Qazaxstandan da başlanıb. Həmçinin bu dəhlizdən karbohidrogenlərin nəqli üçün də istifadə etmək potensialı mövcuddur. Təbii ki, bütün bu imkanları reallaşdırmaq üçün “Vahid pəncərə” sistemini tətbiq etmək, gömrük inzibatçılığı və tarif siyasəti üzərində daha da fəal işləmək, bütün iştirakçı ölkələr arasında, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında daha da sıx əməkdaşlıq aparılmasını təmin etmək lazımdır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Lakin Azərbaycan üçün bunun daha böyük əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır. Bu səbəbdən də ölkəmiz iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ciddi iş aparır. Xüsusilə yeni nəqliyyat layihələri Azərbaycanın ixrac imkanlarını daha da genişləndirəcək. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad iqtisadi zonanın açılışı isə daha böyük perspektivlər vəd edir.”
Daha sonra A.Naxçıvanlı Avropa ictimaiyyətini bu gün daha çox düşündürən məsələlərdən biri, enerji təhlükəsizliyi və qaz təchizatı ilə bağlı Prezident İlham Əliyevin verdiyi açıqlamaların əhəmiyyətini vurğulayaraq bunları deyib: “Moderatorun suallarını cavablandıran dövlət başçımız bildirdi ki, Azərbaycan Təbii qazla bağlı Avropa Komissiyasından müraciət daxil olandan dərhal sonra müxtəlif istiqamətlər üzrə işlərə start verdi. O cümlədən hasilatın fiziki artımı, səmərəliliyin artırılması, itkilərin azaldılması və daxildə istifadə edilən qaza qənaət olunması istiqamətində məqsədyönlü addımlar atıldı. Məlumdur ki, 2021-ci ildə Avropa bazarına Azərbaycandan qaz ixracı təqribən 8 milyard kubmetrdən çox idi. Bu il isə ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Ümumi tələb olunan həcm isə 24 milyard kubmetrdir. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda 2027-ci ilə qədər təchizatın iki dəfə artırılması nəzərdə tutulur. Avropa İttifaqına təchizatın minimum 20 milyard kubmetr səviyyəsində olacağı nəzərdə tutulur ki, bunun üçün Avropada daha çox interkonnektorların olması lazımdır. Avropa istehlakçılarının artan tələbatını ödəmək üçün Azərbaycan TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ı isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirməyi planlaşdırır”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Bölməyə aid digər xəbərlər

Tarix: 24-01-2023, 15:00 Oxunub: 38
Bölməyə aid digər xəbərlər
23-01-2023, 15:15
Azərbaycan da bərpa olunan enerji mənbələrindən istifadənin inkişaf etdirilməsi üzrə geniş potensiala malik olan ölkələrdəndir
22-01-2023, 16:51
Eltun Süleymanov: “Ermənistan öz aqressiv siyasəti ilə özünü bütün layihələrdən kənarda qoyub”
28-12-2022, 16:10
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”
22-11-2022, 09:21
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
3-06-2022, 10:21
Aqiyə Naxçıvanlı: “Azərbaycanın enerji siyasəti regionun təhlükəsizliyinə xidmət edir”
1-06-2022, 11:07
İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət ünvanlayıb - TAM MƏTN
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
11-02-2022, 13:54
Prezident açılışda - YENİLƏNİB + FOTO
11-02-2022, 12:15
Prezident AZƏRTAC-a müsahibə verib - TAM MƏTN
4-02-2022, 10:01
Aqiyə Naxçıvanlı: “Azərbaycan etibarlı tərəfdaş kimi bundan sonra da Avropanın enerji təhlükəsizliyində aparıcı rol oynayacaq”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO