10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Elmira Şükürova: Qardaşımız üçün səfərbərik!
Kəlbəcər rayon Təhsil Sektorunun müdiri Elmira Şükürova - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı: “Türkiyədə zəlzələ nəticəsində insan tələfatı barədə xəbər Azərbaycanı sarsıdıb. Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər Azərbaycanı çox sarsıtdı və kədərləndirdi” - deyə söyləmişdir. Bu sözlər qardaşlığın, səmimiyyətin göstəricisi, qardaşımızın acısını acımız, ağır gününü ən ağır günümüz hesab etməyimizdən xəbər verən qürurverici haldır.
Prezident İlham Əliyev qeyd edib ki, bu böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.
Dövlət başçımız İlham Əliyev fevral ayının 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olmuş, qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı vermişdir: “Bilirsiniz ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik.”
Prezident İlham Əliyevin sözləri Azərbaycan xalqının ürəyindən xəbər verən sözlərdir. Məhz cənab Prezident xalqımızın bu ağır günlərdə qardaş Türkiyənin yanında olmasını bir daha öz çıxışı zamanı ifadə etmiş, lazım olan dəstəyin veriləcəyini bildirmişdir. Dövlət, xalq olaraq hər zaman qardaşımızın yanındayıq və bu bütün dövrlədə belə olacaqdır.
Eyni zamanda, dövlətimizin Xarici İşlər naziri Ceyhun Bayramovun da qardaş respublikaya səfəri və orada zəlzələ baş verən əraziyə baş çəkməsi, rəsmilərlə görüşü, fəlakətdən əziyyət çəkən vətəndaşlarla söhbətləri bir daha dövlətimizin qardaşının yanında olmasının ifadəsidir.
Həmçinin, ictimai təşkilatlarımızın, özəl şirkətlərimizin də bu fəlakətdən əziyyət çəkənlərə dəstək vermək məqsədilə həyata keçiridikləri yardım layihələri xalqımız tərəfindən dəstəklənmiş, xalqımız da lazım olan dəstəyi vermişdir. Bu gün də xalqımız yardım etmək məqsədilə təyin olunmuş məntəqələrə yardımlar aparır, ürək ağrısı ilə qardaş Türkiyənin acısına şərik olurlar.
Türkiyə səfirliyində çıxışı zamanı Prezident İlham Əliyev bu məsələyə toxunaraq bildirmişdir: “Bilirsiniz ki, Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir. Bizim ictimai təşkilatlarımız da öz dəstəyini göstərirlər. Heydər Əliyev Fondu artıq böyük təşəbbüsə start verdi. Fondun bütün imkanları, Fondun nəzdində çalışan bütün insanlar artıq bu yardım kampaniyasına qoşulmuşlar.”
Eyni zamanda, cənab Prezidentin də qeyd etdiyi kimi bizim ən böyük şirkətlərimizdən olan SOCAR-ın da işə cəlb olunub. “Mənə verilən məlumata görə, özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar. Mənim göstərişimlə bizim ən böyük şirkətimiz SOCAR öz dəstəyini verməyə başlayır. Bilirsiniz ki, SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq.”
Bu cür fəlakətlər yaşandığı zaman məhz gərəkli və atılmalı olan addımlardan biri – mərkəzi qaydada koordinasiya olmaq, bütün yardımların bir mərkəzdən idarə olunaraq lazımi yerlərə çatdırılmasını təmin etməkdir. Prezident İlham Əliyev bu məsələnin də artıq ilk saatlardan müəyyənləşdirildiyi, bununla bağlı göstərişlər verdiyini ifadə etdi. “Mənim göstərişimlə bütün yardım məsələləri bir mərkəzdən idarə olunacaq, Prezident Administrasiyasının rəhbərinə göstəriş verildi. O cümlədən bizim xəstəxanalarda yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb və əgər ehtiyac olarsa, biz xəstələri gətirməyə də hazırıq.”
Təbii fəlakət baş verən yerlərdə adətən çətinlik çəkilən məsələlərdən biri də insanlara göndərilən yardımların paylanılması, orada təbii fəlakətdən əziyyət çəkmiş insanlara bu və ya digər formalarda dəstək üçün lazımi könüllü dəstələrin mövcud olmamasıdır ki, bunun həlli üçün artıq dövlətimiz tərəfindən addımalar atılmışdır. Belə ki, könüllülərdən ibarət qruplar da, artıq qardaş respublikaya yola düşmüşdür. Bir qismi artıq oradadırlar və zəlzələndən əziyyət çəkmiş vətəndaşlara öz xidmətlərini göstərirlər. Bunu cənab Prezident öz çıxışı zamanı ifadə etmişdir. “Paralel olaraq, böyük bir qrup könüllü artıq yola düşür. Bizim böyük könüllü qruplarımız var - həm Heydər Əliyev Fondunun nəzdində fəaliyyət göstərən könüllülər, həm ASAN könüllüləri, yəni, onlar hər zaman Azərbaycanda bədbəxt hadisə baş verdikdə, - məsələn, bizdə də Şamaxı, Ağsu, İsmayıllıda zəlzələ baş verdikdə, - ilk yardıma yetişən də onlar olmuşlar. Onlar indi hərəkətdədir, yoldadırlar.”
Zəlzələ baş verən saatdan qardaş Türkiyəyə ezam olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri orada xidmət göstərərək dağıntılar altında qalmış vətəndaşlara öz yardım – qardaş əlini uzadırlar. Bu günədək FHN-nin 725 nəfərlik şəxsi heyət, onların arasında 34 nəfəri həkim, 7 nəfəri isə texniki heyət olmaqla tibbi heyət fəaliyyət göstərirlər. Bu günədək FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ, 655 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verilmişdir.
Prezident İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı Kahraman-maraşda fəaliyyətə başlayıb. Ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə hadisənin ilk saatından etibarən qardaş ölkəyə ezam olunub.
Təbii ki, bu fəlakət nəticəsində yara almış Türkiyəmiz bu ağır günləri də geridə qoyaraq işıqlı günlərə çıxacaqdır. Qardaş dövlətimiz bu fəlakətdən zərər görmüş insanların yaralarını sarıyaraq onları yenidən gözəl günlərə çıxara bilmək iqtidarındadır və tezliklə gözəl günlər xalqlarımıza qismət olacaq.
Bölməyə aid digər xəbərlər

Tarix: 15-02-2023, 12:42 Oxunub: 347
Bölməyə aid digər xəbərlər
14-02-2023, 12:57
Rəfail Məmmədov: Bütün çətinliklərə rəğmən…
14-02-2023, 11:36
Şafiq Heydərov: Biz birlikdə güclüyük!
14-02-2023, 09:52
Natiq Talıbov: Böyük güclərin yaratdıqları çətinliklərə baxmayaraq, Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuş, bir – birinə dəstək olmuşlar
14-02-2023, 09:43
Kamaləddin Qafarov: “Azərbaycan hər zaman Türkiyənin yanındadır”
13-02-2023, 15:02
Fəqan Azadəliyev: Mənəvi borc
13-02-2023, 13:16
Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu bütün dünya gördü
13-02-2023, 12:49
Gülnarə xanım Məmmədova: Birgə yaşayırıq: qürur anlarımızın fəxrini, hüznlü günlərimizin acısını...
12-02-2023, 11:40
Goranboylular da qardaş Türkiyə dövlətinə və xalqına öz dəstəyini əsirgəmirlər -Fotolar
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU