10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Eltun Süleymanov:” Azərbaycanı qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaşa çevrilib”

“Dünya gücləri qalibiyyətli müharibədən sonra Azərbaycanın enerji diplomatiyasının daha geniş fəaliyyət imkanları tapdığını görür, eyni zamanda işğal problemindən qurtulmuş Azərbaycanın daha etibarlı və dinamik enerji siyasəti yürüdəcəyini başa düşür və qiymətləndirirlər.
Prezident İlham Əliyevin enerji diplomatiyasının davam etdiyi barədə fikirləri göstərir ki. 25 aprel tarixində Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində çıxışında verdiyi bəyanatlar da məhz bu amilə söykənir.
Cənab Prezidentin "Avrasiyanın enerji xəritəsini yenidən cızmaq" fikri də Azərbaycanın yeni enerji diplomatiyasının bir qoludur. Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi və onun yenidən cızılması kimi bir-birini tamamlayan anlayışların və ideyaların müəllifinin də məhz Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyev olması hər birimizdə qürur və iftixar hissi oyadır.”
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz qeyd edib ki, “ölkə başçısının bu gün həyata keçirdiyi enerji siyasəti özünü iqtisadiyyata təsirində gösərdiyi kimi Azərbaycanın siyasi mövqeyinə də ciddi təsir edib. İndi Avropada Azərbaycan etibarlı tərəfdaş kimi tanınır. Bu, ilk növbədə cənab prezidentin fəaliyyətinin nəticəsidir. Cənab Prezdientin dediyi kimi “Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var.”
Prezident İlham Əliyevin xarici siyasəti və qlobal təşəbbüsləri beynəlxalq münasibətlər sistemində ölkəmizin nüfuzunu artıraraq, ona regionda yeni geosiyasi güc mərkəzi statusu qazandırıb. Onun rəhbərliyi ilə Azərbaycan bütün dünyada tolerantlığın, multikulturalizmin, fərqli mədəniyyətlər arasında hörmət ruhunun örnəyini yaradır.
Qeyd etmək yerinə düşər ki, Ötən ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası arasında “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Memorandum əsasında Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz çatdırıldı, bu il isə 12 milyard kubmetr hədəflənib. Beləliklə, həmin həcm bu il üçün planlaşdırılmış 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracının təxminən yarısını təşkil edəcək.”
Eltun Süleymanov bildirib ki, “bugünkü enerji syasətimizin əsasını qoyan ulu öndər Heydər Əliyevin uzaqgörənliyinin və dahiliyinin daha bir nümunəsi kimi “Yeni əsrin müqaviləsi” olduğunu bildirərək demişdir: “1994-cü ildə Azərbaycan iqtisadiyyatının kiçik olmasına baxmayaraq bağlanan “Əsrin müqaviləsi”ndə ölkəmizin maraqlarını qorumaq mümkün oldu. O zaman Azərbaycanın ümumi daxili məhsulunun həcmi 374 milyon manat idi. Ötən müddətdə ümumi daxili məhsulun həcmi 161 dəfə artıb. Buna baxmayaraq “Əsrin müqavilə”sində öz dövlət və milli maraqlarımıza uyğun olaraq şərtlər xarici şirkətlərlə razılaşdırıldı. Bu da, birbaşa ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində mümkün oldu ki, Azərbaycan o zaman zəif ölkə olmasına baxmayaraq “Əsrin müqaviləsi”ni öz maraqları çərçivəsində hazırlayıb imzalaya bildi. İndi artıq Azərbaycan tamamilə fərqli mövqedədir, iqtisadiyyatı inkişaf edir. Ölkəmizin iqtisadiyyatı 1994-cü illə müqayisədə xeyli inkişaf edib. Bu kontekstdə “Yeni Əsrin müqaviləsi” Azərbaycana 3,6 milyard dollar bonusu əldə etmək imkanı verəcək. Qeyd etdiyim kimi, 1994-cü ildə Azərbaycanın dövlət gəlirləri çox az idi. O zaman imzalanan “Əsrin müqaviləsi”nə əsasən, Azərbaycana xarici şirkətlər tərəfindən 300 milyon dollar bonus ödənilmişdi. Ötən müddət iqtisadiyyatımızın inkişaf etməsi və Azərbaycanın mövqeyinin daha da güclənməsi əldə edilən bonusun həcminin 12 dəfə artmasına gətirib çıxartdı ki, bu da nəticə etibarilə ölkəmizə xarici valyutanın daxil olması baxımından vacibdir. “
Müsahibimz son olaraq qeyd edib ki, “cənab Prezidentin Sofiyada verdiyi bəyanatlar göstərir ki, Azərbaycan Azərbaycan bütün hədəflərə nail olmaq üçün lazımi addımları davam etdirməyə hazırdır. Üç əsas enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından sonra, yəni – iki neft boru kəməri – biri Xəzərdən Aralıq dənizinə, digəri isə Xəzərdən Qara dənizə gedən boru kəməri və uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizindən sonra, hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışmalar aparılır. Azərbaycan 25 qiqavatdan artıq bərpaolunan enerjinin istehsalı məqsədilə bərpaolunan enerji sahəsində aparıcı beynəlxalq şirkətlərlə müqavilələri və anlaşma memorandumlarını imzalayıb. İlk külək və günəş enerjisi stansiyalarının tikintisi başlayıb. Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat enerji potensialı mövcuddur. Yaşıl enerjinin əsas ixrac istiqaməti Avropadır. Bu da onu göstərir ki. ölkə başçısının Azərbaycanı qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaşa çevirmiş uzaqgörən siyasəti sayəsində ölkəmizin iqtisadi müstəqilliyi möhkəmlənib. Azərbaycanın enerji ölkəsi kimi dünya enerji sisteminə qayıdışının və inkişafının təminatçısı məhz cənab Prezident İlham Əliyevin “Neft Strategiyası”nın hədəflərinə nail olunmuşdur.
Bölməyə aid digər xəbərlər

Tarix: 27-04-2023, 15:04 Oxunub: 182
Bölməyə aid digər xəbərlər
25-04-2023, 12:52
Azərbaycan-Bolqarıstan əməkdaşlığı - Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə
2-03-2023, 13:09
İlham Əliyevin Bakıda keçirilən zirvə görüşündəki çıxışının tam mətni - YENİLƏNİB - FOTO/VİDEO
14-02-2023, 12:47
Eltun Süleymanov: "Qərb Azərbaycanı özünün enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi qəbul edir"
4-02-2023, 09:59
Eltun Süleymanov: "Azərbaycan-Rumıniya əməkdaşlığı , bir sıra infrastruktur sahələrinin inkişafı üçün zəmin yaradacaqdır"
28-12-2022, 16:10
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
6-10-2022, 11:12
Kamaləddin Qafarov: “Bu gün Avropa Azərbaycanla münasibətlərə xüsusi həssaslıqla yanaşır”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
6-01-2021, 16:56
“SOCAR Construction” şirkəti Belaru zavodunda qurğusunun montajını uğurla başa çatdırıb
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
11-07-2020, 10:44
SOCAR tenderlər elan edib - SİYAHI