10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
İslam İsmayılov: Kamillik və müdriklik məktəbi
Baş DYP-nin Xaçmaz rayonundakı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi İslam İsmayılov - Görkəmli Akademik Zərifə xanım Əliyeva Azərbaycanda oftalmologiya elminin inkişafı istiqamətində misilsiz xidmətlər göstərmiş, böyük töhfələr vermişdir. Ən yüksək insani keyfiyyətlərə malik Zərifə xanım Əliyeva heç kəsi naümüd qoymamış, öz şəfalı əlləri ilə neçə-neçə insanın gözünə nur vermiş, onları dünya işiğından məhrum olmaqdan xilas etmişdir.
Dünya şöhrətli Akademik Zərifə xanım Əliyeva apardığı araşdırmalar, elmi tədqiqatlar əsasında bir sıra geniş yayılmış göz xəstəliklərini müalicə etmişdir.
12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olan Zərifə xanım 1977-ci ildə tibb elmləri doktoru dərəcəsinə layiq görülmüşdür. Bu gün Zərifə xanımın müəllifi olduğu elmi əsərlər, dərsliklər oftalmologiya elminin nadir qaynaq incilərindəndir. Bundan başqa Zərifə xanım Əliyeva çox sayda beynəlxalq mükafatlara və adlara layiq görülmüş və onun səmərəli fəaliyyəti dünyanın tanınmış oftalmoloqları tərəfindən yüksək qiymətləndirilmişdir.
Səhiyyə sahəsində ixtisaslı və peşəkar kadrların hazırlanması məsələsini xüsusi diqqətdə saxlayan Zərifə xanım, bu istiqamətdə böyük və gərgin əmək sərf etmişdir.
Böyük və yorulmaz fəaliyyəti ilə yanaşı Zərifə xanım həm də qayğıkeş Ana, fədakar, sədaqətli ömür-gün yoldaşı olmuşdur. Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında bu fikirləri söyləmişdir: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”
Öz fəaliyyəti və yüksək şəxsi keyfiyyətləri ilə Azərbaycan qadınına nümunə olan Zərifə xanımın əziz xatirəsi Azərbaycan Xalqının qəlbində əbədi yaşayacaqdır.
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu öndər Heydər Əliyev tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz işlər görmüş, Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyət kimi əbədi olaraq yaddaşlara həkk olunmuşdur.
Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirib, müstəqilliyimizi daimi və dönməz etmişdir.
Ulu Öndər Azərbaycan naminə bütün fəaliyyəti zamanı milli ideologiyanın yaradılmasına xüsusi diqqət yetirmiş, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlər azərbaycançılıq anlayışının tərkib hissəsi kimi çıxış etmişdir. Onun dünya azərbaycanlılarının birinci qurultayındakı nitqi azərbaycançılığın tarixi proqram sənədidir. Buradakı əsas müddəalara nəzər salaq: “Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olub. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası dövlətçilik anlayışının milli təfəkkür tərzinə çevrilməsində, yeni dövrün tələblərinə uyğun, heç bir qüvvənin təsirindən asılı olmayan müstəqil dövlətin formalaşdırılmasında fövqəladə dərəcədə mühüm rol oynadı və bütün bunlar, əlbəttə ki, nəticə etibarilə Azərbaycanın ümumi strateji inkişafının parametrlərini özündə ehtiva edən tarixi nailiyyətlərdir. Həqiqətən də azərbaycançılıq ideologiyası bütün soydaşlarımızı vahid amal ətrafında birləşdirdi, bu ideologiya bəlli bir inkişaf mərhələsindən keçərək bizim bir millət olaraq formalaşmağımızda mühüm rol oynadı.
Bu gün Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Azərbaycan Prezidenti cənab İlham Əliyev də dünya azərbaycanlılarının təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayır və bu sahədə dövlət siyasətini uğurla həyata keçirir.
Heydər Əliyevin dövlətçilik haqqında nəzəri-təcrübi konsepsiyasının ən mühüm cəhətlərindən biri ondan ibarətdir ki, o, bu konsepsiyanın əsas müddəalarını Azərbaycanın dövlətəqədərki dövrünə və dövlətçilik tarixinə tətbiq etmiş, onun hər bir dövrünün mühüm cəhətlərini müəyyən etməyə və ümumi dövlətçilik tarixində yerini aşkar etməyə nail olmuşdur. Ona görə də Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib məsələdir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ili "Heydər Əliyev İli" kimi elan etməsi azərbaycançılıq ideologiyasının daha böyük arealda, daha sistemli formada təbliğinə, Heydər Əliyev irsinin daha yaxından öyrənilməsinə xüsusi töhfələr verəcək, dahi şəxsiyyətin bizə miras qoyduğu azərbaycançılıq ideologiyasının öyrənilməsi və təbliğ edilməsi aktual olacaq.
Bölməyə aid digər xəbərlər

Tarix: 1-05-2023, 12:54 Oxunub: 157
Bölməyə aid digər xəbərlər
27-04-2023, 15:49
Səttar Möhbalıyev: “Zərifə xanım Əliyeva həm övlad, həm həyat yoldaşı, həm də Ana adlarını şərəflə daşıyıb”
17-04-2023, 10:54
Eltun Süleymanov: “Zərifə Əliyeva xalqımızın yetişdirdiyi nadir şəxsiyyətlərdən biridir”
15-04-2023, 09:36
Fuad Hacıyev: Əsl elm fədaisi...
17-04-2023, 08:57
Aqiyə Naxçıvanlı: “Zərifə xanım Əliyevanın xalq qarşısında, Azərbaycan səhiyyəsi qarşısında misilsiz xidmətləri daim minnətdarlıq hissi ilə xatırlanır”
15-04-2023, 09:39
Kamaləddin Qafarov: “Zərifə xanım qayğıkeş ana, fədakar həyat yoldaşı, böyük alim idi”
15-04-2023, 09:00
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
24-01-2023, 09:32
Qeydiyyat-İmtahan və Texniki Baxış şöbələrində tətbiq olunan yeni qaydalar razılıqla qarşılanır
28-04-2022, 08:51
Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 99 il ötür
15-04-2022, 10:57
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
27-07-2020, 09:20
“Acıbadem”dən COVID-19-a qarşı Bakıya qardaş əli
26-07-2020, 10:56
DİM abituriyentlərə müraciət etdi
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 15:37
İyulun 23-24-də keçiriləcək buraxılış imtahanlarının qrafiki elan edildi
7-07-2020, 14:32
Azərbaycanlı həkim: “Xəstə bir saat əvvəl su içib test versə, neqativ cavab ala bilər” - MÜSAHİBƏ
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
2-07-2020, 01:26
DİM budəfəki imtahanda da qanun pozuntusu aşkar etmədi