09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
10:47 / 27-07-2026
Putindən şok iddia: Polşa, Macarıstan və Rumıniya Ukraynanın bu ərazilərini alacaq
10:35 / 27-07-2026
Bakını üzərini toz basıb - Səbəbi açıqlandı
10:26 / 27-07-2026
Qarabağ və Şərqi Zəngəzura 1 milyard manatdan çox pul qoyulub
10:21 / 27-07-2026
Kalininqrad uğrunda yeni savaş – Putindən qəzəbli açıqlama
Eltun Süleymanov: “Müstəqillik yolumuz Ümummilli lider Heydər Əliyevin parlaq zəkasının, onun Azərbaycan torpağına, insanına olan sevgisinin təzahürüdür”

“Ulu öndər Heydər Əliyevin şah əsəri müasir müstəqil Azərbaycan dövlətidir. Müasir müstəqil Azərbaycan dövlətinin ideya əsaslarını da azərbaycançılıq ideologiyası təşkil edir. Heydər Əliyevin mənəviyyat, təhsil, mədəniyyət, əxlaq, milli adət-ənənələrin qorunması və inkişafı sahəsində gördüyü işlər müstəqil dövlətimizin yaradılması ilə nəticələndi. Azərbaycançılıq ideologiyası da məhz buradan qaynaqlanır. Bu ideologiya ölkəmizdə yaşayan xalqları bir amal uğrunda birləşdirir: Hamımızın Vətəni Azərbaycandır və biz müstəqil dövlətimizi qoruyub inkişaf etdirməliyik. Hələ 1978-ci ildə Azərbaycan SSR Konstitusiyası qəbul edilərkən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət dili Azərbaycan dili kimi təsdiq olundu. Eyni zamanda, o dövrdə iqtisadiyyatı, sənayeni inkişaf etdirməklə, bu sahədə güclü baza yaratmaqla, bütün sahələr üzrə peşəkar milli kadrlar yetişdirməklə ulu öndər Heydər Əliyev müstəqilliyin əsasını qoymuşdu.
Ulu Öndər hələ sovet dövründə Azərbaycanı qarış-qarış gəzməyə üstünlük verirdi. Respublikanın hər bir guşəsinə səfər edən, inkişafla maraqlanan, insanların həyat tərzi ilə tanış olan Heydər Əliyev bu siyasəti yorulmadan həyata keçirirdi. Bununla da o, Azərbaycan insanını daha yaxından tanıdı, onların ənənələrini, mənəvi dəyərlərini və digər milli keyfiyyətlərini ümumiləşdirərək toplayıb bu ideologiyanın əsasını qoydu. Təbii ki, bunların hamısı Azərbaycanın gələcək müstəqilliyinə hesablanmışdı.”
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz qeyd edib ki, “Müstəqillik illərində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər azərbaycançılıq ideologiyasının təbliği və mənimsənilməsində müstəsna əhəmiyyət kəsb etdi. Ötən zaman göstərdi ki, müstəqillik yolumuz ümummilli lider Heydər Əliyevin parlaq zəkasının, onun Azərbaycan torpağına, insanına olan sevgisinin təzahürü kimi meydana çıxdı. Azərbaycan xalqı, ictimaiyyətin nümayəndələri çox haqlı olaraq bu illər ərzində ölkədə bütün sahələrdə uğurlara aparan yolun parlaq bir yol olduğunu qeyd edir və bu yol Heydər Əliyev yolu adlandırılır. Bu gün ölkəmiz Ümummilli Liderin ideyaları əsasında inkişaf edir. Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, ölkəmizdə inkişafın, sabitliyin və həmrəyliyin təmin olunması bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin əməli və nəzəri fəaliyyətinin mühüm bir hissəsini onun milli dövlətçilik təlimi, milli-mənəvi və ideya-siyasi dünyagörüşü təşkil edir. Onun bu sahə üzrə toplanmış zəngin irsi təkcə bugünkü ictimai-siyasi dairələr üçün deyil, həm də gələcək nəsillər, Azərbaycana rəhbərlik etmək istəyən bütün liderlər üçün örnək olmağa layiqdir. Müasir Azərbaycanın möhkəm özülünü qoymuş bu tarixi şəxsiyyətin ideya dünyası onun davamçılarının yoluna həmişə işıq salacaq.
Heydər Əliyevin ideya və fikirləri, həyata keçirdiyi siyasət Azərbaycan şəraitində sosialist ictimai-iqtisadi sistemindən yeni cəmiyyətə keçidin elmi-nəzəri və konseptual əsaslarını yaratmışdır. İmperiya və sosialist sistemindən azad olaraq müstəqillik yolu tutmuş, lakin region və dünya güclərinin üst-üstə düşməyən, kəsişən maraqları ilə üz-üzə qalmış, qloballaşan dünyada öz yerini axtaran, milli mənafelərini qorumağa çalışan gənc Azərbaycan üçün Heydər Əliyevin dövlətçilik təlimi əsl fəaliyyət strategiyası və proqramı idi. Uzun illər öz dövlətçiliyindən və milli-mənəvi köklərindən ayrı salınmış, milli və dövlətçilik maraqları tapdanmış Azərbaycan xalqının özünəqayıdış və özünütəsdiqində Heydər Əliyevin əməli fəaliyyəti və ideya-siyasi baxışlarının çox böyük rolu olub.”
Eltun Süleymanov əlavə edərək bildirib ki, “Heydər Əliyevin dövlətçilik təlimi - azərbaycançılıq ideologiyası, ilk növbədə, bütün ölkə vətəndaşlarından Azərbaycanın dövlətçilik maraqlarına, xalqımızın milli-mənəvi dəyərlərinə, dövlət dilinə həqiqi sevgi və qayğı tələb edirdi. Sonrakı illərdə, xüsusən də 1995-ci ildə Azərbaycanın yeni Konstitusiyasının hazırlanması və qəbulu ərəfəsində Heydər Əliyev azərbaycançılıqla bağlı əvvəlki illərdə səsləndirdiyi fikirlərini bir qədər də inkişaf etdirərək, bu birləşdirici ideyaya tamamilə yeni bir hüquqi-siyasi və ideoloji məzmun verdi, onu tamamilə ölkənin milli-etnik xüsusiyyətlərinə və dünyanın müasir şəraitinə uyğunlaşdırdı. Odur ki, bu gün çəkinmədən və inamla söyləmək olar ki, Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının - dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisidir. Çünki azərbaycançılıq ideologiyası məhz Ulu Öndərin dövründə həqiqi siyasi-ideoloji məzmun alaraq mükəmməl bir təlimə çevrildi və müstəqil dövlət ideologiyası səviyyəsinə qaldırıldı. Azərbaycançılıq ideologiyası sonrakı illərdə mükəmməl bir konsepsiya kimi tədricən bütün Azərbaycan vətəndaşlarının, dünyada yaşayan əksər həmvətənlərimizin, Azərbaycanla bağlılığı olan hər bir soydaşımızın milli birlik platforması rolunu oynamağa başladı. Əgər Heydər Əliyevə qədər azərbaycançılıq ideyası əsasən etnolinqvistik, ədəbi-bədii, mədəni-estetik, fəlsəfi və mənəvi dəyər kimi mövcud idisə, onun dövründə ciddi hüquqi-siyasi məzmun alaraq bitkin ideyalar sisteminə - dövlət quruculuğunun ayrılmaz tərkib hissəsinə çevrildi.
Gündən-günə inkişaf edən, modernləşən, Azərbaycan Respublikası bu il 100 illiyini böyük ehtiramla qeyd etdiyimiz Ulu Öndərin işıqlı xatirəsinə ən böyük töhfədir. İlk növbədə onun ideyalarını yaşadan, inkişaf etdirən siyasi varisi cənab Prezident İlham Əliyevin bu mirasa-milli məfkurəyə xidmət ideologiyasına sadiqliyi qürurvericidir. İnanırıq ki, milli dövlətimiz yaşadıqca, var olduqca Heydər Əliyev Azərbaycan xalqının qəlbində yaşayacaq, onun nurlu ideyaları daim yolumuza işıq salacaqdır.”
Bölməyə aid digər xəbərlər

Tarix: 4-05-2023, 09:25 Oxunub: 88
Bölməyə aid digər xəbərlər
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
19-04-2023, 09:58
Aqiyə Naxçıvanlı: “Ulu Öndər Heydər Əliyev milli mənafelərimizə xidmət edən mövqeyini dil məsələsində də qətiyyətlə bildirmiş və müdafiə etmişdi”
4-04-2023, 17:51
Millətin qəlbində həmişə yaşayan unudulmaz şəxsiyyət
5-12-2022, 19:31
Deputat: Getdiyimiz yol daim Heydər Əliyev irsinin parlaq nuru ilə işıqlandırılacaq
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
2-09-2022, 10:27
Eltun Süleymanov: “Ulu Öndər Heydər Əliyevin misilsiz fəaliyyətinin Naxçıvan dövrü Azərbaycan dövlətçiliyi tarixinin ən parlaq səhifələrindən biridir”
9-06-2022, 14:09
Azərbaycanda milli ideyanın yüksəlişi ulu öndər Heydər Əliyevin böyük vətənpərvərliyinin nəticəsidir
21-04-2022, 14:42
Rüstəm Nağıyev: “Ulu Öndərin səyləri ilə Azərbaycanda hətta SSRİ dönəmində də gəncliyin ana dilində təhsilinə üstünlük verilib”
18-04-2022, 10:00
Aqiyə Naxçıvanlı: “Ulu Öndər hələ sovet dönəmində müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərmişdi”
17-03-2022, 14:05
Eldar Quliyev: “Azərbaycanda həyata keçirilən dövlət siyasəti xalqın rifah yüksəlişinə, ölkənin güclənməsinə xidmət edir”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO