Eltun Süleymanov: “Cənab Prezident yeni hədəflərin istiqamətini göstərdi”

Eltun Süleymanov: “Cənab Prezident yeni hədəflərin istiqamətini göstərdi”


“29 il bundan qabaq 1994-cü ilin sentyabr ayının 20-də Bakıda Azərbaycan və dünyanın 8 müxtəlif ölkəsini təmsil edən 13 məşhur neft şirkəti arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və Günəşli yataqlarının dərinliklərində yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəkilində bölüşdürülməsi” haqqında saziş - tarixə “Əsrin müqaviləsi” adı ilə düşmüş sənəd imzalanmışdır.
Müqavilənin bağlanmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev misilsiz rol oynamışdır. Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qaydışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev Azərbaycanı siyasi böhrandan çıxarmaqla yanaşı, iqtisadi böhrandan da çıxarılması üçün öz ideyalarını həyata keçirməyə başladı. Bu müqavilənin bağlanması ilə müstəqil dövlətimizin neft strategiyası və doktirinasının əsası qoyuldu. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafeyini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya nümayiş etdirdi, dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi. Müqavilənin hazırlanmasının ilk günlərindən o vaxtlar ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin üzvü İlham Əliyev yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Cənab İlham Əliyevin bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir möhkəm ideya durur - “Bizim məqsədimiz təkcə neft hasil etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətin həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir”.
O dövrə nəzər təkrar nəzər salanda keçən 29 ildə baş verən sürətli dəyişikliklər, güclənən iqtisadiyyat, ölkəmzin siyasi mövqeyi ulu öndər Heydər Əliyev strategiyasının möhtəşəmliyini bir daha təsdiq edir.”


Bu sözləri AİA.Az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki. Bu günlərdə keçirilən Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışı olub. Bu sərgilər Azərbaycanın 30 illik enerji strategiyasının inkişaf tarixini çox aydın şəkildə diqqətə actdırır. Sərginin acısında iştirak edən cənab Prezident İlham Əliyev dərin və məzmunlu nitq söyləmiş, Azərbaycanın enerji sahəsində keçdiyi yola nəzər salmışdır. 30 il bundan əvvəl hətta bəzi ölkələrdə yeri belə bilinməyən Azərbaycanın bu gün belə nəhəng tədbirlərə ev sahibliyi etməsi, dünyanın aparıcı şirkətləri ilə əlaqə, investisiya mühitinin getdikcə yaxşılaşması, Avropada ölkəmizin, eləcə də cənab Prezidentin etibarlı tərəfdaş imicinin formalaşması onu göstərir ki, ulu Öndərin müəyyən etdiyi yol düzgün qət edilməkdədir.
Caənab prezident öz çıxışında bu məqamıə belə ifadə etmişdir: “1994-cü ildə Birinci Qarabağ müharibəsi başa çatdı, atəşkəs imzalandı və ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalandı. Yəni, o zaman Azərbaycan olduqca riskli bir məkan sayılırdı, müstəqilliyini yeni əldə etmişdi, müstəqilliyimizin 3 yaşı var idi və əlbəttə ki, bir çox insan Azərbaycan haqqında məlumata malik deyildi, ölkəmizin harada yerləşdiyini bilmirdi və ölkəmiz keçid dövründə idi, sovet sistemindən bazar iqtisadiyyatına keçid dövrünü yaşayırdı. Bununla yanaşı, ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması – bütün bunlar, əlbəttə ki, sərmayəçiləri bir növ qorxudurdu. Ona görə də bir çox səylər tələb edildi ki, biz tərəfdaşlarımızı buraya dəvət edə bilək. Məsələn, bizim BP kimi 30 illik tərəfdaşımızı və ilk konsorsiumun ovaxtkı üzvlərini də buraya dəvət etmək üçün olduqca böyük səylər lazım oldu. Bizim neft kəmərlərimiz yox idi, infrastrukturumuz yox idi, hətta ölkədə mülki infrastruktur da geridə qalmışdı. Ona görə də 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması yeganə addım idi ki, o, Azərbaycana dayanıqlı inkişaf, iqtisadi müstəqillik və bunun nəticəsində də siyasi müstəqillik gətirdi.”
Məhz “Əsrin müqaviləsi” Azərbaycanı investisiyalara açıq bir dövlətə çevirdi və xarici investorlar bu layihənin ardından sərbəst şəkildə ölkəmizə investisiya yatırmağa başladılar. Digər tərəfdən, bu, iqtisadi inkişafın təməlinin qurulmasına imkan yaratdı. Həmin dövrdən etibarən ölkəmizə milyardlarla dollar həcmində xarici investisiyalar yatırıldı, neft sektorunun inkişafı isə özlüyündə qeyri-neft sektorunun da inkişafını təmin etdi. Məhz bu layihədən əldə olunan gəlir sayəsində Azərbaycan vətəndaşlarının sosial təminatının yüksəldilməsi istiqamətində əsaslı addımlar atıldı, müxtəlif layihələr həyata keçirildi. Ölkədə sabitliyin yaranması isə yeni-yeni sahələr üzrə investisiyaların Azərbaycana cəlb olunmasına köməklik göstərdi. Bu da nəticə etibarı ilə ölkəmizdə regionların sosial-iqtisadi inkişafını və digər mühüm aspektləri özündə ehtiva edən genişmiqyaslı proqramların, konsepsiyaların reallaşmasına şərait yaratdı.
Cənab Prezident ulu öndərin əsasını qoyduğu neft strategiyasını uğurla həyata keçirməklə yanaşı, özü də bir yeni strategiyanın müəllifi oldu. Bu gün ilk addımlarını atan, həm də bir sıra şirkətlərin maraq dairəsində olan “yaşıl enerji” strategiyası çox aktualdır və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaqdır.”

Eltun Süleymanov əlavə olaraq bildirmişdir ki, son dövrlərdə keçirilən mühüm tədbirlərin çoxu “yaşıl enerji” layihələrinə həsr olunur. Bu da onu göstərir ki, azərbaycanın başlatdığı layihələr diqqəti cəlb edir. İkinci tərəfdən tərəfdaş kimi ölkəmizin ardıcıl siyasəti bu layihələrin cəlbediciliyini artırır. Hamı bilir ki, cənab prezident sözünü həyata keçirən adamdır. Bir lider kimi nüfuzludur və qətiyyətlidir. Sözü də imzası qədər keçərli olan belə bir liderlə işləmək, tərəfdaşlıq etmək Avropa ölkələri və investorlar üçün rahatdır.
Cənab Prezident ölkəmizin bərpaolunan enerji sahəsində yüksək potensiala malik olduğunu qeyd etmiş və bildirmişdir: “Ötən ilin dekabr ayında Buxarest şəhərində yaşıl enerjiyə dair digər bir mühüm tədbir keçirildi. Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya bir araya gəldi və Avropa Komissiyasının Prezidenti də həmin tədbirdə iştirak etdi. Orada yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzalandı. Əminəm ki, bu, qlobal əhəmiyyətə malik bir layihə olacaqdır. Bu layihə daha çox ölkələr və şirkətlər cəlb edəcəkdir. Biz artıq təşkilat komitəsinin ilk iclasını keçirdik və razılıq əldə olundu. Belə ki, layihə çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorundan əldə olunacaq külək enerjisini ötürücü xətlər və Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə Avropa bazarlarına nəqli nəzərdə tutulur.
Biz indi elə bir mərhələdəyik ki, layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir. Hesab edirik ki, bu layihə çərçivəsində ən azı 4 qiqavat “yaşıl enerji”ni Avropaya nəql edə biləcəyik ki, bu da bizim əlavə töhfəmiz olacaq. Bərpaolunan enerji haqqında danışarkən deyim ki, Azərbaycanın nəhəng potensialı var. Onun artıq ilkin hesablaması aparılıb, 157 qiqavat həcm yalnız Xəzər dənizində var. Quruda isə bizim potensialımız çox böyükdür. Beynəlxalq investorlarla imzalanmış iki müqavilə növbəti bir il, ya da ilyarım ərzində 500 meqavata yaxın “yaşıl enerji” əldə etməyə imkan verəcək.”
Göründüyü kimi düzgün strategiya hədəfləri müəyyən etməklə bərabər dayanıqlı inkişafın əsasıdır. Ölkəmizin başçısı da məhz bu starteji hədəfləri düzgün müəyyən edərək Azərbaycanın siyasi və iqtisadi dayaqlarınınm möhkəmlənməsi uğrunda mübarizədən bir an belə çəkilmir.
“Əlbəttə, görüləcək işlər çoxdur, TANAP genişlənməlidir, TAP genişlənməlidir. Bizim digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır və Balkanlarda belə bir çıxışımız olmalıdır. Avropada interkonnektorların sayı mütləq artırılmalıdır. Bütün bu məsələlər əlaqələndirilmiş şəkildə həyata keçirilməlidir. Çünki biz burada böyük sərmayə qoymalıyıq. Ona görə biz əmin olmalıyıq ki, hasil etdiyimiz əlavə qazın, planlaşdırmadığımız həcmlərin, - biz ancaq artan tələbatı nəzərə alaraq bunu hasil edirik, - real alıcısı olacaqdır. Ona görə də biz bu komanda işini davam etdirməliyik. Dediyim kimi, Cənub Qaz Dəhlizi layihəsi artıq başa çatsa da, Məşvərət Şurasının işi hər il fevral ayında Bakıda davam edir. Növbəti toplantı üzümüzə gələn fevral ayında Bakıda keçiriləcəkdir. Çünki artıq yeni iştirakçılarımız var, yeni ideyalarımız var, planlarımız var. Biz bunları reallaşdırdıqca, bütün işlərimiz uğurla gedəcəkdir.”-deyə çıxışını yekunlaşdıran cənab Prezident hədəflərimizin istiqamtəini göstərmiş oldu.

Tarix: 2-06-2023, 19:10 Oxunub: 41


Bölməyə aid digər xəbərlər