10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
11:16 / 27-07-2026
18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi
11:11 / 27-07-2026
Güclü küləklə bağlı əhaliyə növbəti XƏBƏRDARLIQ
11:00 / 27-07-2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır — Həkimlər xəbərdarlıq edir
10:56 / 27-07-2026
Bakı-Sabunçu qatarının gecikmə səbəbi açıqlandı
10:51 / 27-07-2026
Müavinət alanların nəzərinə - Nazirlik məlumat yaydı
Cənab Prezidentin həyat keçirdiyi siyasət ölkəmizin mövqeyini daha da möhkəmləndirir

“Əsrin müqaviləsi” nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatının bütün sahələrində dönüş yarandı və nəhəng layihələrin həyata keçirilməsinə başlandı. Birinci növbədə, 1995-ci ildə ilkin neft hasilatı çərçivəsində Çıraq-1 özülü dünya standartlarına uyğun olaraq bərpa edildi. 1997-ci ildə Çıraq yatağından neft hasilatına başlandı. 1997-ci ildə simal istiqamətində Bakı-Novorossiysk neft kəməri bərpa və inşa edildi. 1999-cu ildə Qərb istiqamətində Bakı-Supsa neft boru kəməri istifadəyə verildi. 2006-cı ilin iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihələrindən biri olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açlış mərasimi keçirilmişdi. Bu kəmərin texniki-iqtisadi əhəmiyyətindən başqa, onun siyasi rolu da böyükdür. Belə ki, bu neft kəməri dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin, dünya xalqları ilə Azərbaycan xalqının əlaqələrinin genişləndirilməsinə təkan vermiş, Azərbaycanın xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə şərait yaratmışdır. Daha sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Hazırda Avropada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin tikintisi sürətlə gedir. Dörd layihədən ibarət olan bu meqalayihə artıq son mərhələdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş nefr strategiyası uğurla inkişaf etdirir. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyev bu sahəyə xüsusi diqqət ayırmış və bu sahənin inkişafına dair müvafiq Fərman və Sərəncamlar imzalamışdır.
Bu günlər keçirilməkdə olan 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ölkəmizdə bu sahənin inkişaf yoluna nəzər salmağa imkan verməklə yanaşı, beynəlxalq aləmdə Azərbaycana münasibətin nə qədər dəyişdiyini, 30 il ərzində həyata keçirilən strategiyanın uğurlu fəaliyyətini sərgiləmiş olur.
Tədbirin açılış mərasimində iştirak edən cənab Prezident İlham Əliyev
demişdir: “30 ildir - 1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. Biz 1994-cü ildə neft strategiyamızın - Ulu Öndər Heydər Əliyevin neft strategiyasının astanasındaydıq. Bu il biz müasir Azərbaycanın yaradıcısı Ulu Öndərin 100 yaşını qeyd edirik. 1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin il məhz “Əsrin müqaviləsi” imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və əlbəttə ki, Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu.
1994-cü ildə Birinci Qarabağ müharibəsi başa çatdı, atəşkəs imzalandı və ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalandı. Yəni, o zaman Azərbaycan olduqca riskli bir məkan sayılırdı, müstəqilliyini yeni əldə etmişdi, müstəqilliyimizin 3 yaşı var idi və əlbəttə ki, bir çox insan Azərbaycan haqqında məlumata malik deyildi, ölkəmizin harada yerləşdiyini bilmirdi və ölkəmiz keçid dövründə idi, sovet sistemindən bazar iqtisadiyyatına keçid dövrünü yaşayırdı. Bununla yanaşı, ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması – bütün bunlar, əlbəttə ki, sərmayəçiləri bir növ qorxudurdu. Ona görə də bir çox səylər tələb edildi ki, biz tərəfdaşlarımızı buraya dəvət edə bilək. Məsələn, bizim BP kimi 30 illik tərəfdaşımızı və ilk konsorsiumun ovaxtkı üzvlərini də buraya dəvət etmək üçün olduqca böyük səylər lazım oldu. Bizim neft kəmərlərimiz yox idi, infrastrukturumuz yox idi, hətta ölkədə mülki infrastruktur da geridə qalmışdı. Ona görə də 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması yeganə addım idi ki, o, Azərbaycana dayanıqlı inkişaf, iqtisadi müstəqillik və bunun nəticəsində də siyasi müstəqillik gətirdi.”
Məhz bu müqavilənin vaxtında imzalanması üçün mübarizə aparan, Azərbaycanın gələcək inkişafının təməlini qoyan Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və onun layiqli varisi İlham Əliyevin bu strategiyanı uğurla həyata keçirməsi nəticəsində bu gün Azərbaycan iqtisadi cəhətdən azad ölkələrdən biridir.
Bu gün biz dünyaya enerji ixrac edirik. Halbuki 30 il bundan əvvəl enerji çatışmazlığından əziyyət çəkirdik. İndi isə enerji sahəsində ən mötəbər tədbirlər məhz bakıda keçirilir. ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Sunakın tədbirə göndərməsi hər iki ölkənin bizim tə\şəbbüsləri və layihələri dəstəklədiyini göstərir. Ölkəmizin beynəlxalq statusunu artıran önəmli amillərdən biri də Avropa İttifaqının liderlərinin Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırmasıdır.
Qaz kəmərlərinin şaxələndirilməsi sahəsində görülən işləri yüksək qiymətləndirən cənab prezident İlham Əliyev demişdir: “Əhəmiyyətli tədbirlərdən biri Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışıdır. Bunun nəticəsində artıq Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanlarını nəzərdən keçiririk və tezliklə qonşu ölkələrə də bizim qazımız nəql ediləcək. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür. Bu ilin sonuna qədər qazımız Macarıstana və Serbiyaya nəql ediləcək. Bununla da bizim qaz ixracımızın coğrafiyası genişlənəcəkdir.”
Azərbaycan, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyanın daxil olduğu “Həmrəylik halqası” layihəsinin həyata keçirilməsi əlavə interkonnektorlar inşa edilməsinə və nəticədə Avropanın qazla təchizatına səbəb olacaqdır.
Bərpaolunan enerji layihələrinin zərurətini vurğulayan cənab Prezident qeyd etmişdir ki, “Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı var. Onun artıq ilkin hesablaması aparılıb, 157 qiqavat həcm yalnız Xəzər dənizində var. Quruda isə bizim potensialımız çox böyükdür. Beynəlxalq investorlarla imzalanmış iki müqavilə növbəti bir il, ya da il yarım ərzində 500 meqavata yaxın “yaşıl enerji” əldə etməyə imkan verəcək.”
Bu gün ölkəmizin beynəlxalq əhəmiyyətli layihələrdə tutduğu mövqe istər-istəməz Azərbaycana olan münasibətlərə yenidən baxmağı tələb edir və ölkə başçısının həyata keçirdiyi strategiya nəticəsində bu baxış müsbətə doğru dəyişməkdədir. Bu artıq özünü siyasi və iqtisadi sferada göstərməkdə, ölkəmizin mövqeləri möhkəmlənməkdədir.
Rüstəm Nağıyev,
YAP gədəbəy rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər

Tarix: 7-06-2023, 13:32 Oxunub: 90
Bölməyə aid digər xəbərlər
10-05-2023, 10:00
Aqiyə Naxçıvanlı: “Bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş Ulu Öndər Heydər Əliyev öz misilsiz fəaliyyətində həmişə xalqa arxalanmışdır”
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
24-04-2023, 15:35
Kamaləddin Qafarov: “ Heydər Əliyev ölkə iqtisadiyyatını islahatlar yolu ilə böhrandan çıxardı”
12-12-2022, 14:52
Əhməd Əhmədzadə: Ulu Öndər Heydər Əliyev böyük amalları və misilsiz əməlləri ilən seçilən siyasət adamı idi
13-12-2022, 14:17
Əlisalman Cəbiyev: Ulu Öndər Heydər Əliyev böyük amalları və misilsiz əməlləri ilən seçilən siyasət adamı idi
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
3-06-2022, 10:21
Aqiyə Naxçıvanlı: “Azərbaycanın enerji siyasəti regionun təhlükəsizliyinə xidmət edir”
11-02-2022, 13:54
Prezident açılışda - YENİLƏNİB + FOTO
11-02-2022, 12:15
Prezident AZƏRTAC-a müsahibə verib - TAM MƏTN
12-04-2021, 17:33
İlham Əliyev Hərbi Qənimətlər Parkında - Foto
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO