12:42 / 25-11-2024
Nazirdən iş yerləri ilə bağlı xoş xəbər
12:02 / 25-11-2024
İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib
11:37 / 25-11-2024
Əli Əsədov qərar imzaladı
11:33 / 25-11-2024
XİN Bosniya və Hersoqivinanı Milli Günü münasibətilə təbrik edib
11:14 / 25-11-2024
Baş nazir Milli Məclisdə çıxış edəcək
09:57 / 25-11-2024
Balıqların qiyməti bahalaşdı - Ən çox bu balıqlar alınır
09:54 / 25-11-2024
Parkinqdə avtomobilin nömrəsini çıxaranlar cərimələnə bilərmi? - Cavablar
09:02 / 25-11-2024
Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! - Bu gündən...
09:00 / 25-11-2024
Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi
08:58 / 25-11-2024
Rusiya planına Ankara əngəli: "Türklər ərazilərimizi işğaldan qurtardılar"
08:53 / 25-11-2024
Ukraynalı komandirdən Rusiyaya sərt sözlər - "Yer üzündən silinməlidir..."
08:49 / 25-11-2024
Məktəblərdə payız tətilindən sonra dərslər başlayıb
08:44 / 25-11-2024
Mask mümkün üçüncü dünya müharibəsinin risklərindən danışdı
08:40 / 25-11-2024
İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib
08:36 / 25-11-2024
Bu gün Kəlbəcər Şəhəri Günüdür
16:00 / 23-11-2024
Ağciyəriniz pambıq kimi yumşalacaq, öskürəyiniz dayanacaq
15:30 / 23-11-2024
Bazar gününün havası açıqlandı
13:16 / 23-11-2024
Paşinyan: Bakıya qarşı iddiadan da əl çəkəcəyik
12:19 / 23-11-2024
Türkiyədən İraqa xəbərdarlıq: İraq türkmənlərinin yanındayıq
12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
11:55 / 23-11-2024
70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş
11:50 / 23-11-2024
Daha bir ölkə Netanyahunu həbs edəcək
11:42 / 23-11-2024
Paşinyan: Bakının tələbəni yerinə yetirməsək dövlətçiliyimiz məhv olacaq
10:20 / 23-11-2024
COP29 iştirakçıları üçün PULSUZ ictimai nəqliyyat xidməti başa çatır
10:14 / 23-11-2024
Paşinyan saqqalını qırxmasının səbəbini açıqladı: Qızımın istəyidir
Kamaləddin Qafarov: “Azərbaycan-Türkiyə münasibətləri daha da inkişaf edəcək ”
“Azərbaycan-Türkiyə birliyinin gücü və önəmi getdikcə artır. Bu gün ölkələrimiz arasında olan müttəfiqlik münasibətlərindən irəli gələn məqamlar hər iki dövlətin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə, nüfuzlarının artmasına xidmət edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 12-də Azərbaycana səfəri bu birliyin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Keçirilən görüşlərdən sonra bəyanatla çıxış edən Azərbaycan və Türkiyə Prezidentləri qardaş ölkədə bu yaxınlarda keçirilmiş prezident seçkilərindən sonra yeni imkanların açıldığını vurğuladılar. Öz çıxışında Prezident İlham Əliyev iki il bundan öncə imzalanmış Şuşa Bəyannaməsinin tarixi anlaşma olduğunu qeyd etdi. Şuşa Bəyannaməsi bütün Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin əsas qarantı kimi çıxış edən vacib tarixi sənəddir. Məhz bu Bəyannamənin imzalanması ilə tarixən dost və qardaş ölkələr olan Türkiyə və Azərbaycan artıq həm də strateji müttəfiqlərə çevrildilər. Bu müttəfiqliyin ən önəmli tərəfi də sözsüz ki, hərbi sahədə əməkdaşlığın təmin edilməsidir. Müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. İki qardaş ölkə bundan sonra həm iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, həm də müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunması istiqamətində yanaşı addımlayacaqlar.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat Azərbaycan-Türkiyə münasibətlərinin xüsusilə enerji və nəqliyyat-logistika sahələrində sürətlə inkişaf etdiyini vurğulayıb: “Məlumdur ki, Azərbaycandan Türkiyəyə təbii qazın ixracı ildən-ilə artır. Türkiyə ərazisindən Avropa ölkələrinə ixrac edilən Azərbaycan təbii qazının da həcmi artmaqdadır. Lakin dövlət başçımızın dediyi kimi, hazırda ölkələrimiz arasında bərpaolunan enerji növləri üzrə əməkdaşlığın da böyük perspektivləri var. Azərbaycanın nəhəng bərpa olunan enerji ehtiyatları bu perspektivləri daha da genişləndirir. Logistika sahəsində əməkdaşlığın əhəmiyyəti də xüsusi qeyd edilməlidir. Müasir dünyada Avrasiya məkanında formalaşmış geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Ölkəmizin təşəbbüskarı olduğu beynəlxalq nəqliyyat layihələri hazırda bütün Avrasiya məkanı ölkələri üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan ərazisindən, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır. Bütün bunlar isə Zəngəzur dəhlizinin açılmasını qaçılmaz edir. Artıq reallığa çevrilməkdə olan Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Azərbaycan və Türkiyə bu istiqamətdə birgə səylərini daha da artıracaqlar.”
K.Qafarov Türkiyə-Azərbaycan birgə universitetinin yaradılmasına dair açıqlamanın önəmini qeyd edərək deyib: “Dövlət başçılarının görüşü zamanı müzakirə olunan məsələlərdən biri də təhsil sahəsi ilə bağlı oldu. Qeyd olundu ki, Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqlar indi son mərhələdədir. Universitetin yaradılması ilə azərbaycanlı gənclərin Türkiyəyə rahatlıqla gedə bildikləri kimi, türk gəncləri də eyni qaydada Azərbaycandakı universitetdə oxumaq şansı əldə edəcəklər. Əlbəttə ki, bu layihənin reallaşması Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə daha bir önəmli töhfə verəcək. Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi “Bir millət, iki dövlət” ideyası ilə bu günə qədər birgə addımlayan ölkələrimiz, bundan sonra da bu yolla inamlı şəkildə parlaq gələcəyə doğru çiyin-çiyinə hərəkət edəcəklər”.
Bölməyə aid digər xəbərlər

Tarix: 16-06-2023, 09:48 Oxunub: 6
Bölməyə aid digər xəbərlər
15-06-2023, 07:58
Şuşa Bəyannaməsinin imzalanmasından iki il ötür
9-06-2023, 13:50
Aqiyə Naxçıvanlı: “Şuşa Bəyannaməsində nəzərdə tutulan təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunun artmasına mühüm töhfədir”
9-06-2023, 09:00
Eltun Süleymanov: “Şuşa Bəyannaməsi tarixi sənəd olmaqla yanaşı, Azərbaycan-Türkiyə qardaşlığının simvolurur”
28-12-2022, 16:10
Eldar Quliyev: “Prezident cənab İlham Əliyevin irəli sürdüyü Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması artıq dövlət əhəmiyyətli məsələdir”
22-11-2022, 09:21
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
21-11-2022, 13:11
Eldar Quliyev: “Fransa Cənubi Qafqazda Azərbaycan və Türkiyənin mövqelərinin getdikcə möhkəmlənməsindən ciddi şəkildə narahat olur”
10-10-2022, 11:28
Eldar Quliyev: “Azərbaycan Prezidenti cənab İlham Əliyev Praqada növbəti tarixi diplomatik qələbəyə imza atdı”
2-06-2022, 09:41
Kamaləddin Qafarov: “TEKNOFEST” Azərbaycan-Türkiyə birliyinin daha bir təntənəsi idi”
18-05-2022, 17:41
Rüstəm Nağıyev: “Azərbaycan-Türkiyə münasibətləri xalqlarımız və ölkələrimiz arasında mövcud olan sarsılmaz tarixi dostluğa əsaslanır”
17-05-2022, 17:33
Aqiyə Naxçıvanlı: Azərbaycan-Türkiyə birliyinin möhkəmlənməsi bütün Türk dünyasının inkişafına xidmət edir
23-02-2022, 09:00
Kamaləddin Qafarov: “Moskva Bəyannaməsi çox mühüm tarixi sənəddir”
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO