12:00 / 28-07-2026
Əliyevlə Putin telefonla danışdı
11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
Vaqif Həsənov: İnam və səmimiyyət: Mehriban xanım Əliyeva Azərbaycana parlaq nailiyyətlər qazandırır

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov - Bu gün dünyada mürəkkəb geosiyasi kataklizmlərin yaşandığı, müxtəlif ölkələrin xaos, anarxiya və böhran vəziyyəti ilə üzləşdiyi bir şəraitdə Azərbaycan iqtisadi yüksəlişi, ictimai-siyasi sabitliyi və müsbət beynəlxalq imici ilə diqqəti cəlb edir, möhtəşəm uğurlar qazanaraq yeni zirvələr fəth edir. Əlbəttə, Cənubi Qafqazın lider ölkəsinin ardıcıl nailiyyətlərinin və güclü dövlətçilik konsepsiyasının təməlini uğurlu – milli maraqlara, müasir çağırışlara və yeni reallıqlara əsaslanan strateji kurs təşkil edir. Heydər Əliyev ideyalarını inamla və əzmlə reallaşdıran Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti Azərbaycana yeni qələbələr bəxş edir, respublikamızın geosiyasi statusu artır, beynəlxalq mövqeyi daha da möhkəmlənir.

Heç şübhəsiz, intibah və inkişaf dövrünü yaşayan Azərbaycanın milli tərəqqisində dövlət başçısının ən yaxın silahdaşı - Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın milli maraqlara əsaslanan çoxşaxəli fəaliyyətinin müstəsna rolu var. Başqa sözlə, Azərbaycanın möhtəşəm uğurlarında Mehriban xanım Əliyevanın xüsusi imzası var.

Mehriban xanım Əliyevanın çoxşaxəli, məqsədyönlü fəaliyyəti həm ölkəmizdə ayrı-ayrı sahələrin inkişafı, həm də Azərbaycanın müsbət beynəlxalq imicinin daha da möhkəmləndirilməsi baxımından böyük önəm kəsb edir.
İnkaredilməz həqiqətdir ki, Azərbaycanın birinci xanımı xalqa və dövlətə ləyaqətlə xidmət edərək milli maraqları daim üstün tutub. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə genişmiqyaslı sosial-iqtisadi layihələr həyata keçirilib, yeni tibb ocaqları, məktəblər, uşaq bağçaları, internat məktəbləri istifadəyə verilib. Bu isə əsasında Azərbaycan vətəndaşının mənafeyinin dayandığı sosial siyasətə böyük dəstəkdir. Mehriban xanım Əliyeva, həmçinin Milli Məclisdə amnistiya aktlarının qəbul olunması təşəbbüsləri ilə çıxış edib və bunun sayəsində minlərlə məhkum azadlığa qovuşub. Bu fakt onun fəaliyyətinin, eyni zamanda, humanizm prinsiplərinə söykəndiyini təsdiqləyir.
Xüsusi qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu Öndərimizin ideyalarını əzmlə və sədaqətlə həyata keçirir. Xüsusilə də, Birinci xanımın təşəbbüsü ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın mədəni irsinin, milli mədəniyyət nümunələrinin beynəlxalq miqyasda təbliği istiqamətində çox mühüm addımlar atılır. Bu yöndə görülən işlər Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsini şərtləndirib və tarixi Qələbəmizi təmin edən çox mühüm amillərdən biri olub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi”.

Eyni zamanda, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yeni layihələr əsasında ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə yaralananların xüsusi tibbi xidmətlərlə təmin olunmaları, əlilliyi olan şəxslərə, müharibə veteranlarına, qazilərə, şəhid ailələrinə və erməni vandalizmindən, müharibədən əziyyət çəkən digər kateqoriyadan olan insanlara sosial dəstək xarakterli işlərin görülməsi və yüksək mənəvi dəstək verilməsi cəmiyyətdə böyük rəğbətlə qarşılanır, olduqca yüksək dəyərləndirilir.

Daha bir mühüm məqam Mehriban xanım Əliyevanın qurucusu Ümummilli Liderimiz Heydər Əliyevin olduğu Yeni Azərbaycan Partiyası çərçivəsində səmərəli və məqsədyönlü fəaliyyəti ilə əlaqədardır. Ümumxalq və qələbələr partiyası kimi səciyyələndirdiyimiz YAP-ın güclənməsində, inkişafında, xüsusilə gənclərin, qadınların partiyaya üz tutmasında Mehriban xanım Əliyevanın müstəsna rolu var.
Bütövlükdə, Azərbaycanın birinci xanımının fəaliyyəti həm ölkə miqyasında, həm də beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Müxtəlif nüfuzlu beynəlxalq mükafatlara layiq görülməsi Mehriban xanım Əliyevanın milli məzmunlu, bəşəri xarakterli və beynəlxalq əhəmiyyətli fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir.
Heç şübhəsiz, "İnam və səmimiyyət olan yerdə yaradıcılıq əzmi xarüqələr yaratmağa qadirdir", - deyən Mehriban xanım Əliyevanın səmimi yanaşması, əzmkar fəaliyyəti, xalqın isə ona dərin rəğbəti, tükənməz sevgisi, sarsılmaz inamı və güclü etimadı müstəqil və qalib dövlətimizə yeni və daha möhtəşəm uğurlar qazandıracaqdır.
.jpg)
Bölməyə aid digər xəbərlər

Tarix: 26-08-2023, 11:35 Oxunub: 263
Bölməyə aid digər xəbərlər
26-08-2023, 09:26
Şərəfli xidmət missiyası
9-05-2023, 10:51
Bəkir Yusifov: Heydər Əliyev ideyalarının təntənəsi
27-04-2023, 14:16
Aydın Mirzəzadə: Gələcək inkişafın əsası
21-12-2022, 09:48
Eltun Süleymanov: Bu gün Azərbaycan möhtərəm Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ən uca zirvələri fəth edir
22-11-2022, 11:00
Əbdülhüseyn Abdullayev: YAP tərəqqidən zəfərə aparan partiyadır
20-10-2022, 09:11
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər - YENİLƏNİB
26-08-2022, 09:00
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
25-08-2022, 23:09
MEHRİBAN ƏLİYEVAYA XAS OLAN YÜKSƏK MƏNƏVİ KEYFİYYƏTLƏR BİR MƏDƏNİYYƏT MƏKTƏBİ KİMİ ÖYRƏNİLMƏLİDİR
9-06-2022, 14:09
Azərbaycanda milli ideyanın yüksəlişi ulu öndər Heydər Əliyevin böyük vətənpərvərliyinin nəticəsidir
30-08-2021, 09:10
Peykan Mehrəliyevə: Səhiyyənin inkişafı üçün böyük işlər görülür
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO