12:10 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
“Laçın” sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini qorumaq məqsədilə yaradılıb


    

“Laçın dəhlizi” adlanan yol Azərbaycanın suveren ərazisi daxilində, heç bir ekstraterritorial statusu olmayan, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, ilk növbədə, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması üçün nəzərdə tutulmuş yoldur. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib. Sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini qorumaq üzrə təməl hüququ çərçivəsində, Ermənistanın bu marşrutdan Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyası, silah, sursat, mina və xarici terrorçuların daşınması, habelə bu ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması və daşınması kimi qeyri-qanuni hərbi və digər fəaliyyətlər üçün ardıcıl və açıq-aşkar sui-istifadə etməsinin qarşısını almaq məqsədilə yaradılıb.
Azərbaycan dövlətinin humanistliyi hər kəsə məlumdur. Məhz Ermənistan kapitulyasiya aktına qol çəkəndən sonra ölkəmizin hərbi əməliyyatları dayandırması, erməni əsilli Azərbaycan vətəndaşlarının təhlükəsizliyinitəmin etməsi bunun sübutudur. Biz Zəfər qazanmış dövlətik, heç kəs bizimlə şərtlə və ya hədə ilə danışa bilməz. Təəssüf ki, Ermənistan hələ də məkrli siyasətindən əl çəkmir. Hər kəsə məlumdur ki, Xankəndində yaşayan ermənilərin onlar üçün heç bir əhəmiyyəti yoxdur. Məqsədləri onlara yardım etmək deyil, hətta onların taleyi belə, onlar üçün maraqlı deyil. Belə olmasa idi, Xankəndində yaşayanların adlarından istifadə edərək təxribat törətməz, özlərini isə informasiya blokadasında saxlamazdılar. 
Samiyə Abdulkərimova - 12 saylı şəhər poliklinikasının baş həkimi

Tarix: 28-08-2023, 10:44 Oxunub: 31


Bölməyə aid digər xəbərlər