12:00 / 28-07-2026
Əliyevlə Putin telefonla danışdı
11:52 / 28-07-2026
Dini inanclı şəxslərlə bağlı paylaşım edən şəxs SAXLANILDI
11:21 / 28-07-2026
Rusiyanın yanacaq böhranı Azərbaycana bunları vəd edir
11:12 / 28-07-2026
Bakı və Abşeronun bu qəsəbələrində 2 gün su olmayacaq
10:41 / 28-07-2026
Əli Əsədov hərbi xidmətə çağırış üzrə komissiya ilə bağlı qərarı dəyişdi
10:26 / 28-07-2026
Prezident təsdiq etdi: Bu şəxslərə hər ay müavinət ödəniləcək
09:51 / 28-07-2026
Yol idarəsində KÜTLƏVİ İXTİSARLAR - Nə baş verir?
09:37 / 28-07-2026
“Həmin vaxt maşını 220 ilə sürürdü” - 21 yaşlı qız həbs edildi
09:27 / 28-07-2026
Türkiyə F-16-ları bu ölkəyə yerləşir - Ermənistanda panika
09:21 / 28-07-2026
Pulsuz çimərlikdə “yemək-içmək qadağası” - qanun nə deyir?
09:13 / 28-07-2026
Ermənistan çöküş həddində – Moskva bunu da dayandırdı
09:00 / 28-07-2026
"Azərbaycana torpaq verməyə hazırlaşırlar" – İrəvanda çalxalanma başladı
09:00 / 28-07-2026
Soyuducunu bu temperaturda işlədəndə daha az işıq pulu yazır
08:55 / 28-07-2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq — VİDEO
08:50 / 28-07-2026
ABŞ və İran arasında danışıqlar bərpa olundu
08:23 / 28-07-2026
SOS: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı
16:00 / 27-07-2026
Bakının yeni düşməni – Trampın adamı: onu tanıyaq!
15:30 / 27-07-2026
Putin postsovet ölkələrini YENƏ hədələdi: "Torpaqlarınız..." – Şüşəli evdən atılan DAŞ...
13:00 / 27-07-2026
U-15 dünya çempionatı Azərbaycanda keçiriləcək - SƏRƏNCAM
12:56 / 27-07-2026
İlham Əliyev 4 qanuna dəyişikliyi təsdiqlədi
12:53 / 27-07-2026
Prezident mühüm Fərman imzaladı
12:50 / 27-07-2026
Azərbaycanın İstanbul və Qarsdakı baş konsulları geri çağırıldı
11:46 / 27-07-2026
Traktor dirəyə çırpıldı - Pilləkəndəki şəxs yıxılıb öldü
11:41 / 27-07-2026
Bakıda sınan ağaclar yollardan götürüldü - Fotolar
11:35 / 27-07-2026
Binəqədidə obyekt yanır
11:31 / 27-07-2026
Küləyin aşırdığı ağacın altında qalan şəxs xəsarət alıb - RƏSMİ
11:24 / 27-07-2026
Kreditini qaytara bilməyənlərə şad xəbər: Bu halda borcunuz bağlanacaq
Ramin Qasımov: Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm günlər gözləyir”

Salyan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramin Qasımov - “Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər və Laçın rayonlarına səfər etdilər. Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq 26 avqust Laçın Şəhəri Günüdür. İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçın rayonunda da bərpa-quruculuq işlərinin miqyası olduqca genişdir. Dövlət başçısı İlham Əliyev bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində Böyük Qayıdış proqramının uğurlu icrasından bəhs edərkən bu hədəfi açıqladı ki, 2023-cü ildə laçınlılar Laçın şəhərinə qayıdacaq. Görülən işlərin sistemli xarakter alması bir daha belə bir reallığı təsdiqləyir ki, bütün planlar zamanında və yüksək səviyyədə həyata keçirilir. Laçın şəhərinə soydaşlarımızın qayıdışının ilk mərhələsi 28 May-Müstəqillik Günündə reallaşdı. Qısa zamanda görülən işlər, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı dövlətimizin qətiyyətinin, böyük səylərinin, iqtisadi və maliyyə imkanlarının göstəricisidir.”

Ramin Qasımov Qarabağın və Şərqi Zəngəzurun hazırda yenidən qurulmasından böyük qürur hissi ilə bəhs edərək dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdikləri sosial obyektlərin say tərkibinə diqqəti yönəldib: “Belə ki, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 5,3 MVA gücündə olan “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında, Kəlbəcər rayonunun Zar kəndinin təməlqoyma mərasimində iştirak etdilər, Kəlbəcər rayonunda “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlər ilə tanış oldular. Prezident İlham Əliyev Kəlbəcər rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2”, Laçın rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak etdi, Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə tanış oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonuna səfəri zamanı Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış oldular. Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməlqoyma mərasimində, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, “Həkəri Balıq Təsərrüfatı”nın, 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak etdilər. O da məlumdur ki, avqustun 25-də 20 ailə Zabux kəndinə qayıtdı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış oldular və burada kənd sakinləri ilə görüşdülər. Dövlət başçısı və birinci xanım, həmçinin avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirak etdilər. Bir səfər çərçivəsində atılan addımlar ümumilikdə görülən işlərin miqyası barədə aydın təsəvvür yaradır. Laçın rayonunun timsalında dirçələn Azərbaycan reallıqlarını görürük. Dirçələn Laçın, Qarabağ, Şərqi Zəngəzur gücümüzü göstərir. Bu, onun təsdiqidir ki, istədiyimizə hər zaman nail oluruq”.

Dövlət başçısı İlham Əliyev bir daha diqqəti bu ilin aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin yaradılmasına yönəldərək bildirdi ki, iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək bunu etdik. Ölkəmizə nə qədər təzyiqlər oldu. Bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar Azərbaycana qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir.
“Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycan bütün addımlarında bu prinsiplərə söykənir” söyləyən Ramin Qasımov qeyd edib ki, Azərbaycanın bütün uğurlarının əsasında məhz bu prinsiplərə söykənərək həyata keçirdiyi müstəqil siyasət dayanır: “Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri bu məkanlardan Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları ilə zəngindir. Prezident İlham Əliyev Laçından bir daha bəyan etdi ki, heç kim bizim iradəmizə təsir edə bilməz.”

Bu torpaqlarda görülən işlər, soydaşlarımızın qayıdışı, ən əsası dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mütəmadi səfərlərinin hər biri bir çağırışdır: “Bu torpaqların sahibi bizik, qurub yaradırıq. İşğaldan azad edilmiş Füzulidə, Zəngilanda, o cümlədən Laçında beynəlxalq statusa malik hava limanlarının inşası, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi ilə Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının dünyaya açılması ölkəmizin həyatında mühüm tarixi hadisələr, bu torpaqların gələcəkdə böyük turizm məkanı kimi mövqeyinin möhkəmlənməsinə xidmət edən mühüm addımlardır. Laçın Beynəlxalq Hava Limanının 2024-cü ilin sonu 2025-ci ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur. Böyük turizm potensialına malik olan Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm günlər gözləyir”.

Bölməyə aid digər xəbərlər

Tarix: 30-08-2023, 10:14 Oxunub: 156
Bölməyə aid digər xəbərlər
29-08-2023, 14:44
Azərbaycan reallıqlarını dirçələn Laçının timsalında görmək mümkündür
29-08-2023, 12:14
Mərdan Əliyev: Qəhrəman ANA - Azərbaycan qadınının parlaq rəmzi Mehriban xanım Əliyeva
26-08-2023, 09:26
Şərəfli xidmət missiyası
28-03-2023, 13:20
İlham Əliyev Prezidentin Laçın üzrə xüsusi nümayəndəsini qəbul etdi
20-10-2022, 09:11
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Ağalı kəndində sakinlərlə görüşüblər - YENİLƏNİB
26-08-2022, 09:00
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
25-08-2022, 23:09
MEHRİBAN ƏLİYEVAYA XAS OLAN YÜKSƏK MƏNƏVİ KEYFİYYƏTLƏR BİR MƏDƏNİYYƏT MƏKTƏBİ KİMİ ÖYRƏNİLMƏLİDİR
1-11-2021, 22:20
Prezident və birinci xanım Lahıcda məsciddəki bərpa-təmir işləri ilə tanış olublar - YENİLƏNİB
27-02-2021, 00:45
İlham Əliyev mətbuat konfransı keçirdi - Video
15-01-2021, 18:16
Prezidentin Şuşa səfərindəki çıxışları - TAM VERSİYA, YENİLƏNİB
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
19-07-2020, 12:29
Azərbaycanda 25 həkim koronavirusdan ölüb – SİYAHI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU