Xalqımızın uzun illər həsrətində olduğu müstəqillik arzusunu Ulu Öndər Heydər Əliyev gerçəkləşdirmişdir





1991-ci ilin 30 avqust tarixində ölkəmiz üçün daha bir əlamətdar hadisənin - müstəqilliyə gedən yolun təməli qoyuldu.  Xalqımızın uzun illər həsrətində olduğu müstəqillik arzusunu Ulu Öndər Heydər Əliyev gerçəkləşdirmişdir. Bu gün hər birimiz müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmağımız, suveren dövlətdə yaşamağımıza görə Ulu Öndərə borcluyuq. Hadisələrə nəzər salanda bir daha əmin oluruq ki, məhz müasir dövlətimizin inkişaf tarixi 1990-cı ilin iyulundan başladı. 1990-cı il iyulun 20-də Bakıya qayıdan Ulu Öndər Heydər Əliyev iki gün sonra 22 iyul tarixində Naxçıvana yola düşüb. 30 sentyabr 1990-cı il tarixində Ulu Öndər Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçildi;
 Millətini, xalqını dərin məhəbbətlə sevən Ulu Öndər əslində hələ SSRİ dağılmamışdan əvvəl azərbaycan xalqına qarşı olan ədalətsizliyə və faciəyə biganə qala bilməyərək 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək 20 Yanvar faciəsinin təşkilatçılarını cəsarətlə ifşa etmişdir. Vətənə qayıtması ilə Ulu Öndərin xilaskarlıq missiyası da başlamış oldu. Ulu Öndərin xilaskarlıq missiyasının məhz Naxçıvandan başlaması təsadüfi deyildi. Həmin dövrdə bütün ölkə səviyyəsində özbaşınalıq və siyasi hərcmərclik hökm sürsə də, ən çətin siyasi-ictimai vəziyyət blokada şəraitində qalmış Naxçıvanda idi.  Beləliklə də o, hələ Azərbaycan Respublikasının suverenliyinin hələ rəsmi bəyan olunmadığı bir vaxtda, SSRİ-nin saxlanması ilə bağlı referendumun Naxçıvan ərazisində keçirilməsinə imkan verməyərək Naxçıvanda sovet rejiminın sonuna çıxdı və üçrəngli bayrağımızı qaldırmaqla Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gedən yolun təməlini qoymuş oldu.  Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet məhz həmin Bəyannaməyə əsaslanaraq “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günü məhz müstəqillik günü kimi dəyərləndirib və bunu obyektiv yanaşmalarla əsaslandırıb: “1918-ci ildə Azərbaycan xalqı müdrik oğullarının fəaliyyəti nəticəsində öz müstəqilliyinə nail ola bildi və Xalq Cümhuriyyəti yarandı. Bununla da Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandı.Həmin vaxt Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrildi. 1992-ci il noyabrın 21-də isə Heydər Əliyev Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçildi və bununla da xalqın Heydər Əliyevin ətrafında sıx birləşmə prosesi daha da sürətləndi və bu proses sonda Ulu Öndərin xalqın çağırışına səs verərək Bakıya qayıtması ilə nəticələndi. 15 iyun 1993-cü ildə Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi, bununla da Heydər Əliyev-xalq birliyinin gücü digər bütün bölücü qüvvələrə qalıb gəldi. Ağır blokada vəziyyətində inkişafa, yüksəlişə aparan yolun əsası  3 sentyabr 1991-ci ildə qoyulub. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu hal qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etməsinə meydan açıb. Yeni müstəqil dövlətlərlə bərabər  Azərbaycan Respublikasının da dünya ölkələri, müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınması isə, sadəcə formal olaraq, beynəlxalq hüquq normalarının qanuni təzahürü idi. Yenidən müstəqillik yoluna qədəm qoymuş Azərbaycan Respublikasının qarşısında bu tarixi inkişaf mərhələsində dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi kimi taleyüklü, mühüm tarixi vəzifələr dururdu. Bütün bunlar ardıcıl, məqsədyönlü, düşünülmüş daxili və xarici siyasət kursunun hazırlanıb həyata keçirilməsini və bu məqsədlə ölkənin intellektual və sosial-iqtisadi potensialından, ictimai-siyasi qüvvələrindən səmərəli istifadə olunmasını tələb edirdi. Təəssüf ki, 1991-1993-cü illərdə bu istiqamətdə heç bir iş aparılmadı. Dövlət müstəqilliyinin ilk illərində hakimiyyətdə olan qüvvələr Konstitusiya Aktının prinsiplərinə əməl edə bilmədilər. O zamanlar hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin də itirilməsinə gətirib çıxaracaqdı. Bir-birini əvəz edən Mütəllibov və AXC-Müsavat iqtidarları əslində dövlətçilik deyil, hakimiyyətlərini qoruyub saxlamaq maraqlarından çıxış edir və beləliklə, hələ kövrək olan dövlət müstəqilliyini təhlükə altına salırdılar. Nəhayət ki, 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev hakimiyyətə gəldi və bununla da ölkəmizin parçalanmasının qarşısı alındı, inkişaf yoluna qədəm qoyuldu. 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında da sözügedən Bəyannamədə olan insan hüquq və azadlıqlarının qorunması, şəxsiyyətin toxunulmazlığı, mətbuat azadlığı və digər vacib normalar öz əksini tapdı
    Maştağa qəsəbəsi,187 saylı orta məktəbin  
ibtidai sinif müəllimi Səidə Məmmədova 



Tarix: 1-09-2023, 11:16 Oxunub: 29


Bölməyə aid digər xəbərlər
30-08-2023, 09:49 Xilaskarlıq missiyası